31 Avqust 2025 08:50
711
İQTİSADİYYAT
A- A+
Lerik ucqar dağ rayonu statusundan çoxdan xilas olub

Lerik ucqar dağ rayonu statusundan çoxdan xilas olub


Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında qarşıya qoyulan vəzifələr Lerikdə də uğurla icra edilmişdir. Rayonda müasir infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşmış, yeni yollar salınmış, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir.

Ən əsası yeni iş yerləri açılmışdır. Təkcə bu ilin birinci yarısında 670-i daimi, 512-si müvəqqəti olmaqla 1182 iş yeri yaradılmışdır. Ümumilikdə isə 2003-2024-cü illər və 2025-ci ilin birinci yarım ili ərzində 21,7 min yeni iş yeri açılmışdır ki, onların da 40 faizindən çoxu daimidir. 

Lerikdə həmçinin kənd təsərrüfatı sahəsində məhsul istehsalı artmışdır. Əldə etdiyimiz son məlumata görə, rayon üzrə yeni cins mal-qaranın yetişdirilməsi ilə əlaqədar 437 baş heyvanda süni mayalanma aparılmış, 373 baş sağlam buzov doğulmuşdur. Qaramalın sayı 37,5 min, davarınkı 83 min baş olmuşdur. Amma etiraf edək ki, qoyun və keçilərin sayında kəskin azalma müşahidə edilmişdir ki, bu da rayonun qoyunçuluq təsərrüfatlarına təhkim olunmuş qış otlaq sahələrinin geri alınması ilə bağlıdır. Ona görə də süd istehsalı da əvvəlki illə müqayisədə geriləmişdir.

Keçən ilin payızında cari ilin məhsulu üçün rayon üzrə 3 min 682 hektarda  payızlıq taxıl bitkiləri əkilmişdir. Əkin sahəsi əvvəlki ilə nisbətən 285 hektar artmışdır. Yeri gəlmişkən qeyd edək ki, rayon üzrə taxıl əkinlərinin  70 faizi relyefi çətin olan dağlıq ərazilərdə yerləşir. Bu səbəbdən artıq ikinci ildir ki, rayonda taxıl biçini müasir dağ kombaynları ilə aparılır. Qılqılov kəndində taxıl biçininə  yeni nəsil dağ kombaynı cəlb edilmişdir. Bu hesaba arpa və buğda sahələrinin məhsuldarlığı əvvəlki illərlə müqayisədə çoxalmışdır.

Lerikdən söz açıb arıçılığı qeyd etməmək düz olmazdı. Xüsusən də ovaxtkı rayon üzrə il ərzində orta hesabla 120 min tondan çox ekoloji cəhətdən təmiz bal istehsal edilir. Hazırda balın sənaye üsulu ilə qablaşdırılması istiqamətində tədbirlər görülür. Bu da Lerik balının ixracı üçün vacib şərtdir.  

Lerikdə 106 ümumtəhsil məktəbi, 13 uşaq bağçası var. Təkcə 10 il -  2003-2023-cü illər ərzində rayonda 81 məktəb inşa edilmiş, 9 məktəb binası əsaslı təmir edilmişdir. Artıq rayon üzrə təhsil müəssisələrinin 86,5 faizi yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş binalarda yerləşir. Qarşıdakı illərdə Soru, Lüləkəran, Vistən, Murya kənd məktəblərinin tikintisi, Blaband və Şingədulan kənd məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.

Rayon üzrə 162 yaşayış məntəqəsi var və onların 33-də yay aylarında su qıtlığı yaranır. Çünki isti havalarda bulaqların suyu azalır. Odur ki, Buruq, Murya, Barzavu, Soru, Bradi, Siyov, Nuravud, Blaband, Tikəband, Pirəsora, Kələxan, Qosmalian kəndlərində artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sudan söz düşmüşkən onu da qeyd edək ki, Heydər Əliyev Fondunun sifarişi ilə Piran kəndinə əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün 3,5 kilometrlik məsafədən su xətti çəkilmişdir. Kənd camaatının su ilə təmin edilməsinə çox vaxt qalmamışdır, tikintidə son işlər gedir. 

Prezidentin Lerikə ən böyük hədiyyələrindən biri rayona mavi yanacağın verilməsidir. Bu gün rayonun 66 yaşayış məntəqəsi tam qazlaşdırılmışdır. Magistral qaz xətti üzərində yerləşən, Ordahal qazpaylayıcı məntəqəsinə yaxın məsafədə olan Kirəvud, Boykəndil, Gürdəsər, Laman, Şingədulan, Lərmərud və daşıyıcı xətt üzərində olan Şonaçola, Qələsər, Hoveri, Divağac kəndlərinin qazlaşdırılması üçün də sənədlər hazırlanmışdır. 

İşığa gəldikdə, "Azərişıq" ASC tərəfindən Çayrud, Lüləkəran və Orand kəndlərində 10/04 kilovatlıq elektrik dirəklərinin bir hissəsi yeniləri ilə əvəzlənmiş, xətlər SİP kabellə yenilənmişdir. Bundan əlavə, Zərigüməco və Siyov yarımstansiyasının tikintisi başa çatdırılmış, Zenoni kəndində yeni yarımstansiyanın tikintisinin həyata keçirilməsi üçün texniki işlərə başlanmışdır.  96 kilometrlik Noda, Nüvədi, Vizəzəmin, Əliabad inzibati ərazi dairələrini qidalandıran 10 kilovatlıq elektrik hava xətləri isə yenidən çəkilir. 

Hazırda rayonun 110 yaşayış məntəqəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi ilə GPON layihəsinin icrasına başlanmışdır. Növbəti aylarda Lerikin telefon və internet olmayan bütün kəndlərinin tam GPON texnologiyası ilə telefon-internet xidmətinə qoşulması həyata keçiriləcək.  


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!