03 Dekabr 2024 08:20
1995
Səhiyyə
A- A+
Lənkəranda tibbi aksiya keçirilib

Lənkəranda tibbi aksiya keçirilib


ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), "Referans Medical Group" və PAŞA Bankın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinələr keçirilib.

Müayinələr zamanı "Referans Medical Group"un Bakıdan dəvət olunmuş müxtəlif  ixtisaslı həkimləri tərəfindən müayinələr aparılıb və diaqnostik xidmətlər (USM, EKQ, EXO-KQ) göstərilib. Məqsədi bölgə sakinlərinin sağlamlığını dəstəkləmək, tibbi xidmətlərin regionda yaşayan hər kəsə daha əlçatan olmasını təmin etmək və ictimai sağlamlığa töhfə vermək olan sosial aksiyada gün ərzində 500-ə yaxın pasiyent müayinədən keçirilib.

ADAF-ın sponsorluq layihələri şöbəsinin rəhbəri Firuzə Əliyeva layihənin icrası ilə bağlı fikirlərini bölüşərkən bildirib: "Təcrübəli səhiyyə işçilərini Lənkərana dəvət etməklə sağlam həyat tərzini regionlarda da təbliğ edir, cəmiyyət üzvlərinə vaxtında tibbi müayinə mədəniyyətini aşılayırıq. Bu layihə həm də cəmiyyətin sağlamlığında əməkdaşlığın gücünü nümayiş etdirir".


S.CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!