27 Avqust 2025 08:50
778
CƏMİYYƏT
A- A+
Laçınlılar qürurlu günlərini yaşayırlar

Laçınlılar qürurlu günlərini yaşayırlar


Təqvimimizdəki qürur dolu günlərimizdən biri də 26 avqust Laçın Şəhəri Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. İllərdən bəri çəkilmiş ağrı-acılar, yurd həsrəti xoş və yaddaqalan günlərlə əvəzlənib. Buna görə də işğaldan azad edilmiş torpağın da, uzun illərdən sonra onun qoynuna dönmüş insanların da üzü gülür. 

Uca dağları, buz bulaqları, gözəl təbiəti, zəngin meşələri və bol sulu çayları ilə tanınan Laçın rayonu ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Zirvəsi buludlarla salamlaşan dağların əhatəsində, dərin dərələrin yamaclarında, sıx meşələrin qoynunda yerləşən Laçın rayonu olduqca mühüm strateji əhəmiyyətə malikdir. Rayonun torpaqları, dağları insanlar üçün çox gərəkli olan təbii sərvətlərlə zəngindir. Bu zənginlik Laçını insanlara çox sevdirir. Onun gözəlliyini görənlər heyrətlərini gizlətmir, bu gözəl diyarda qalmaq, yaşamaq istəyirlər. 

1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra xaricdəki havadarlarına arxalanan erməni qəsbkarlarının işğalçı hücumları ilə Laçın da üz-üzə qaldı. Qarabağda baş qaldıran erməni separatizmi ətraf rayonda  yaşayan sakinlər üçün də təhlükələr yaratmağa başladı. Laçın rayonu işğalçı Ermənistanla sərhəd idi. Həm də artıq tarixə qovuşmuş, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik idi. Laçın bir növ Qarabağla Ermənistan arasında dəhliz rolunu oynayırdı. Buna görə də ermənilər Qarabağa silah-sursat aparmaqda çətinlik çəkirdilər. Laçını özlərinə maneə bilən erməni separatçıları nəyin bahasına olursa olsun, bu gözəl diyarı ələ keçirməyə çalışırdılar.  

Çirkin məqsədlərinə çatmaq üçün erməni qəsbkarları bir neçə gün davam edən gərgin döyüşlərdən sonra 17 may 1992-ci ildə  Laçın rayonunu ələ keçirdilər. Bununla da, yağılar Ermənistandan Qarabağa maneəsiz keçmələrini təmin etdilər. Laçın rayonu düşmən işğalına məruz qalarkən 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Şəhər mərkəzini ələ keçirən daşnaklar evləri vəhşicəsinə dağıtdılar, yandırdılar. Erməni vandalları qısa müddət ərzində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələrini talan və məhv etdilər. 

Doğma ocaqlarından didərgin düşmüş sakinlər 27 il Laçının həsrətini çəkə-çəkə yaşadılar. Ata-baba yurdlarına qayıdacaqları günü intizarla gözlədilər. Erməni hücumları nəticəsində doğma yurdundan köçkün düşmüş insanların gözlədikləri həmin xoşbəxt gün axır ki, gəlib çıxdı.  27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Həmin günlərdə xalqımızın cəsur oğulları yurdumuzun müdafiəsinə atıldılar. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı işğaldan azad etməyə başladı. 44 günlük Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı. Ermənistan silahlı qüvvələri darmadağın edildi.  Zəfərlə başa çatan müharibə bir daha dünyaya göstərdi ki, torpaqlarının işğalı ilə barışmayan Azərbaycan xalqı mübariz xalqdır. İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə düçar edilmiş Ermənistan 10 noyabr 2020-ci ildə təslimçilik aktına imza ataraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atılmadan Azərbaycana qaytardı. Bütün dünya bir daha Ermənistanı işğalçı dövlət kimi gördü və tanıdı. Ermənilər 1 dekabr 2020-ci ildə Laçın rayonunu Azərbaycana təhvil verdilər. 

Prezident İlham Əliyevin sərkərdəlik şücaəti, liderlik bacarığı, diplomatik istedadı, yorulmaz fəaliyyəti nəticəsində tariximizdə yeni, şərəfli bir səhifə açıldı. Laçınlıların torpaq nisgilinə son qoyuldu. Rayon sakinlərinin yurd həsrəti geridə qaldı, həyatlarının xoşbəxt səhifəsi başladı. Bu gün laçınlılar böyük sevinc və fərəh içində doğma torpaqlarına qayıdırlar. Yaxşı bilirlər ki, onları qarşıda sevinc dolu günlər gözləyir. Doğma ocaqlarına dönmüş laçınlılar qürur, sevinc dolu günlərinin təntənəsini yaşayırlar. 

İftixarla demək olar ki, artıq Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf edir, sözün həqiqi mənasında, özünün çiçəklənmə dövrünü yaşayır. 2023-cü il mayın 28-dən, Müstəqillik Günündən laçınlıların doğma torpaqlarına qayıdışı başlayıb. Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə yaşamaq üçün keçmiş köçkünlərə hərtərəfli şərait yaradılıb. Rayonun başqa yaşayış məntəqələrində məskunlaşmağa başlayan əhalinin elektrik enerjisinə olan təlabatını ödəyəcək bir neçə elektrik stansiyası işə salınıb. Müasir yol infrastrukturu inşa olunub. Laçın rayonunun ərazisində aparılan geniş tikinti və quruculuq işləri bir gün, bir an olsun belə dayanmır. Yeni evlər, binalar tikilir, yeni məhəllələr salınır, yollar çəkilir. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də müvafiq addımlar atılır. Həkəri çayında yaradılan astana və göl ilə yanaşı, şəhərin giriş hissəsində salınan çaykənarı bulvar həm sakinlərin, həm də rayona gələn turistlərin zövqünü oxşayır, rahatlığını təmin edir.

İşğaldan azad olunmuş ərazilərimizin inkişafını, tərəqqisini daim diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfərlər edib. Bu səfərlərin birində dövlətimizin başçısı aparılan quruculuq işlərindən bəhs edərək demişdir: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Laçın rayonunda əlamətdar hadisələrdən biri də 28 may 2025-ci ildə baş verdi. Həmin gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aeroportun açılışını bildirən lenti kəsdilər. Dövlət başçılarına aeroportun simvolik açarları təqdim olundu. Bu hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdu. 

Laçın Beynəlxalq Hava Limanının işə düşməsi bölgənin inkişafında mühüm rol oynayacaq. Rayonun sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, turizm potensialını artıracaq. Laçında aparılan quruculuq işlərini daha da sürətləndirəcək. Doğma ocaqlarına qayıdacaq laçınlıların sayı isə gündən-günə artır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!