26 Avqust 2026 10:51
62
CƏMİYYƏT
A- A+
“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

Səhərin ilk şəfəqləri Laçının uca zirvələrini qızıla boyadıqca, uzun illərin nisgili də ərşə çəkilir. Uzun illər ata ocağı deyib ağlayan, hər gecə yuxusunda Həkəri çayının həzin səsini dinləyən neçə-neçə həsrət dolu qəlbin fəryadı bu gün sevinc gözyaşlarına bürünür. Yurd həsrəti ilə yaşayan, hər daşına, hər dərəsinə bələd olduqları Laçından didərgin düşərək illərlə köçkünlük həyatının ağrı-acıları ilə ömür sürən laçınlılar artıq öz ata-baba yurdlarına qayıdırlar.

Uca zirvələrin qoynunda yenidən canlanan, küçələrindən uşaq səsi və ocaq tüstüsü yüksələn Laçın bu gün öz doğma övladlarını qəbul edir. Laçına qayıdan hər yeni köç karvanı təkcə insanları deyil, illərlə dondurulmuş xatirələri, ümidləri və gələcəyə olan tükənməz inamı da özü ilə gətirir.

Böyük Qayıdışın bu möhtəşəm ab-havasını, Vətən qoxusunu bütün varlığı ilə hiss edən ailələrdən biri də Məmmədovlardır. Uzun illərin Vətən nisgilini Laçın torpağına qədəm qoyaraq sevinclə əvəz edən Məmmədovların ocağında artıq həsrətin deyil, vüsala qovuşmağın sevinci yaşanır.

AZƏRTAC-ın bölgə müxbirinin Məmmədovlar ailəsindən hazırladığı reportajı təqdim edirik.

Hər il avqustun 26-da təntənə ilə qeyd olunan Laçın Şəhəri Günü təkcə bir təqvim tarixi deyil, həm də otuzillik həsrətin bitdiyi, doğma yurdun yenidən canlandığı zəfər günüdür. İşğaldan azad edilən Laçında böyük coşqu ilə qarşılanan bu əlamətdar gün hər bir laçınlı ailənin ocağına ikiqat bayram sevinci gətirir.

26 avqust. Laçının Bəylik kəndində səhər açılır, küçələrdə həyat yavaş-yavaş canlanır. Həyətyanı sahələrdə görülən işlər, evlərdən gələn səslər və uşaqların şən qəhqəhələri burada yeni həyatın başladığını göstərir.

Ailə başçısı Rafiq Məmmədov, həyat yoldaşı Nübar Məmmədova, övladları və nəvələri illərlə gözlədikləri doğma yurda qayıtdıqdan sonra Bəylikdə özlərinə yeni həyat qurublar. 1992-ci ildə yurdlarını tərk edərək dörd övladı ilə birlikdə məcburi köçkün düşən Rafiq Məmmədov bildirir ki, müxtəlif yerlərdə məskunlaşsalar da, ən çətin anlarda belə doğma torpaqlara qayıdacaqlarına inamlarını heç vaxt itirməyiblər. O, məcburi köçkünlük illərində Ulu Öndər Heydər Əliyev tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduqlarını, dövlətin onlara hər cür dəstək verdiyini xatırladır.

Köçkünlük illəri ərzində uşaqları böyüyüb, təhsil alıb, ailə qurublar. Lakin bütün bunlara baxmayaraq, Vətən həsrəti heç vaxt səngiməyib. “Həyat gözləmirdi... Uşaqlar böyüdü, təhsil aldılar, ailə qurdular. Bütün şəraitimiz olsa da, Vətən həsrəti çəkirdik. Amma inanırdıq ki, doğma torpaqlara qayıdacağıq. Çox şükür ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və güclü Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi, bu günləri də gördük”, - deyə ailə başçısı bildirir.

Rafiq Məmmədov doğma yurda qayıdışını həyatının ən böyük xoşbəxtliyi kimi dəyərləndirir. Laçından çıxanda 40 yaşı olduğunu vurğulayan ailə başçısı, “Buradan dörd övladımla çıxmışdım, indi isə 12 nəvə ilə qayıtmışam. Qayıdanda özümü sanki yenidən dünyaya gəlmiş kimi hiss etdim”, - deyə hisslərini bölüşür.

Kəndlərinin dövlət tərəfindən yenidən inşa edildiyini, öz həyətində meyvə ağacları əkdiyini bildirən R.Məmmədov Vətən həsrətinin artıq geridə qaldığını diqqətə çatdırır.

O, 26 Avqust – Laçın Şəhəri Gününün onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayır: “Bu, bizim üçün əsl bayramdır. Ötən il ilk dəfə bu günü qeyd edəndə əvəzolunmaz gün kimi yaddaşımıza yazıldı. Bu il də nəvələrimizlə birgə Laçın Şəhəri Gününü gözləyirik”.

Evin xanımı ilə söhbət edirik. 1959-cu ildə Laçında anadan olan Nübar Məmmədova uşaqlıq və gənclik illərinin keçdiyi doğma torpağı tərk etməyin onlar üçün ağır olduğunu bildirir. O, Laçında təhsil alıb mühasib işlədiyini, firavan günlər keçirdiklərini və dörd övladının da orada böyüdüyünü xatırladaraq deyir: “1992-ci ilin may ayı bizim üçün ən ağrılı an oldu. Gözyaşlarımızla Vətəni tərk etdik”.

İllər sonra doğma yurda qayıtmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayan N.Məmmədova artıq Bəylik kəndində yeni həyat qurduqlarını, tərəvəz və meyvə bitkiləri əkərək ilk barlarını topladıqlarını söyləyir.

Məmmədovlar ailəsinin övladları və nəvələri də ata-baba yurdunun yenidən canlanmasının sevincini yaşayırlar. Ailənin övladlarından biri, 1982-ci təvəllüdlü Natəvan Baxşəliyeva da yay fəslini uşaqlığının keçdiyi ata evində keçirmək üçün övladları ilə birlikdə Bəyliyə gəlib.

On yaşında Laçından çıxan N.Baxşəliyeva məktəb illərini, bağlarındakı meyvə ağaclarını və qohum-qonşuya pay apardıqları uşaqlıq xatirələrini dünən kimi xatırladığını bildirir. Doğma yurda qayıdış hisslərini bölüşən N.Baxşəliyeva özünə verdiyi sözü belə xatırlayır: “Əhd etmişdim ki, Laçına, öz evimizə qayıdanda iməkləyərək daxil olacağam. Torpaqlarımız azad edildikdən sonra kəndə gələndə nə evimizi gördüm, nə də əvvəlki kəndimizi, hər şey dağılmışdı...”.

O, dövlətimizin dağılmış kəndin yerində daha gözəl evlər tikdiyini, Bəylik kəndinin abad küçələri və yaşıllıqları ilə göz oxşadığını diqqətə çatdırır. Artıq üç aydır kənddə olduqlarını və uşaqlarının da buradan getmək istəmədiklərini bildirən N.Baxşəliyeva ailə qurduğu üçün qeydiyyat ünvanının Quşçu kəndi olduğunu, gələcəkdə həmin kənd bərpa edildikdən sonra ata evinə daha yaxın ərazidə daimi yaşamaq arzusunda olduğunu əlavə edir.

Beləliklə, 33 ildən artıq davam edən həsrət və nisgildən sonra Məmmədovlar ailəsinin Bəylik kəndində yeni həyatı başlayıb. Vaxtilə kədər və gözyaşları ilə tərk etmək məcburiyyətində qaldıqları doğma torpaqlarda bu gün onların həyətlərində təzə tinglər boy atır, barlı-bəhərli bağlar salınır, uşaqların və nəvələrin şən qəhqəhələri ata-baba yurduna yeni nəfəs verir. İllərlə çəkilən əzab-iztirabın, Vətən nisgilinin yerini artıq gələcəyə olan böyük ümidlər, qurub-yaratmaq həvəsi və sonsuz rahatlıq tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

Qızıl və gümüş bahalaşıb

10:47
26 Avqust

“Brent”in qiyməti 87 dollara enib

10:45
26 Avqust

Azərbaycan nefti 91,93 dollara satılır

10:43
26 Avqust

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

10:37
26 Avqust

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!