26 Avqust 2026 10:37
77
SİYASƏT
A- A+
Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  


26 Avqust – Laçın Şəhəri Günü tariximizin şanlı səhifələrindən və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz Böyük Zəfərin mühüm nəticələrindən birini təcəssüm etdirir.

Laçın qədim tarixi, zəngin mədəni irsi, misilsiz təbiəti və strateji mövqeyi ilə Azərbaycanın ən mühüm bölgələrindən biridir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi formalaşdırılması bu qədim yurdun tariximizdəki xüsusi yerini göstərir.

Lakin 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan tərəfindən işğal olunması xalqımızın yaddaşında ağır faciə kimi qaldı. İşğal illərində Laçın əhalisi doğma yurdundan didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü, rayonun tarixi-mədəni irsinə, təhsil, səhiyyə və digər infrastrukturlarına ciddi ziyan vuruldu. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma və demoqrafik dəyişiklik siyasəti isə işğalçılıq siyasətinin daha bir bariz nümunəsi idi.


Laçının işğalı həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş məkrli siyasətin mühüm mərhələlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Şuşa və Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılmasına imkan vermiş və sonrakı faciələrin əsas səbəblərindən birinə çevrilmişdir.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər bu ədalətsizliyə son qoydu. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa edildi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.

Bu gün Laçın Böyük Qayıdışın, sürətli inkişafın, müasir şəhərsalmanın və yaşıl enerjiyə əsaslanan gələcəyin nümunəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin simasını tamamilə dəyişir. Yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, səhiyyə, mədəniyyət və turizm infrastrukturu yaradılır, iqtisadi və sənaye layihələri reallaşdırılır.

Laçının enerji potensialının inkişaf etdirilməsi xüsusilə diqqətəlayiqdir. Rayonun elektrik tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının uğurla həyata keçirildiyini göstərir. Yeni su elektrik stansiyalarının yaradılması ilə Laçın yalnız öz enerji tələbatını ödəyən deyil, ölkənin enerji sisteminə töhfə verən mühüm yaşıl enerji məkanına çevrilir.

Eyni zamanda, Kəlbəcər-Laçın avtomobil yolunun, Laçın Beynəlxalq Hava Limanının, yeni yaşayış məhəllələrinin və digər mühüm infrastruktur layihələrinin inşası bölgənin nəqliyyat, turizm və iqtisadi imkanlarını daha da genişləndirir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin beynəlxalq nəqliyyat əlaqələrinin və turizm potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Laçında aparılan quruculuq işlərinin ən mühüm nəticəsi isə, heç şübhəsiz, laçınlıların doğma yurda qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən başlayan Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə və rayonun kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə yerləşdirilməsi təmin olunur. Onilliklər sonra öz doğma torpaqlarına qayıdan sakinlərin burada müasir və rahat yaşayış şəraiti ilə təmin edilməsi dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə verdiyi böyük önəmin göstəricisidir.

Laçının inkişafında iqtisadi layihələr də mühüm yer tutur. Aqro-sənaye parkının, mebel və tikiş fabriklərinin, ayaqqabı istehsalı müəssisəsinin, balıqçılıq və digər istehsal sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Bu layihələr Laçının gələcəkdə Azərbaycanın mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan olunması da şəhərin beynəlxalq və mədəni nüfuzunun artmasının mühüm göstəricisidir. Bu qərar Laçının zəngin tarixi-mədəni irsinin, Qarabağın mədəni həyatındakı rolunun və gələcək turizm imkanlarının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib.


Bu gün Laçın şəhərində və rayonun kəndlərində aparılan bütün layihələr bir məqsədə xidmət edir. İnsanları doğma torpaqlarına qayıdır, bu ərazilərdə dayanıqlı və təhlükəsiz həyat qurulur, Laçın Azərbaycanın ən müasir və abad şəhərlərindən birinə çevrilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Laçın bundan sonra da sürətlə inkişaf edəcək, Böyük Qayıdış daha da genişlənəcək və bu qədim şəhər Azərbaycanın Qarabağda yaratdığı yeni həyatın ən parlaq simvollarından biri olacaq.

26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün bizə həm keçdiyimiz şərəfli Zəfər yolunu, həm də qarşıda bizi gözləyən böyük inkişaf perspektivlərini xatırladır.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

Qızıl və gümüş bahalaşıb

10:47
26 Avqust

“Brent”in qiyməti 87 dollara enib

10:45
26 Avqust

Azərbaycan nefti 91,93 dollara satılır

10:43
26 Avqust

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

10:37
26 Avqust

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!