20 İyul 2025 22:01
578
SİYASƏT
A- A+
Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib YENİLƏNİB 

Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib YENİLƏNİB 

Laçında Şuşa Qlobal Forumu çərçivəsində “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bir əsrdən çoxdur ki, agentliyin fasiləsiz şəkildə fəaliyyət göstərdiyini qeyd edib. "AZƏRTAC 1920-ci ildə Şərqdə o dövrdə yaradılan ilk demokratik dövlət tərəfindən təsis olunub. Həmin dövrdə AZƏRTAC müstəqil ölkənin xəbər mənbəyi kimi cəmi iki ay fəaliyyət göstərib. Lakin xəbər axını sonrakı sovet dövründə də davam edib, ölkəmiz haqqında yüz minlərlə foto və məlumatı özündə əks etdirən dəyərli bir resursa çevrilib. Agentliyin yüzillik tarixinə nəzər saldıqda bu irsin nə qədər qiymətli olduğunu aydın şəkildə görürük", - deyə İdarə Heyətinin sədri əlavə edib.

Onun sözlərinə görə, müasir, sürətlə dəyişən informasiya dövründə, xəbərin bir toxunuşla yayıldığı zamanda informasiya agentliklərinin rolu heç vaxt olmadığı qədər önəmlidir. "Məhz bu informasiya axını fonunda biz çağdaş dünyanın ən ciddi problemlərindən olan feyk xəbərlər və dezinformasiya ilə üz-üzəyik. Agentliklər hazırda feyk xəbərlərlə mübarizə aparır. Faktların yoxlanması bu gün agentliklərin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Süni intellekt və təsdiqləmə texnologiyaları saxta şəkillərin, deepfake videoların və manipulyativ kontentin müəyyənləşdirilməsi üçün geniş şəkildə istifadə olunur”, - deyə V.Əliyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, Laçın şəhəri Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin iştirakı ilə Zirvə görüşünün, həmçinin bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bugünkü tədbir bunu bir daha sübut edir.

Laçının tamamilə bərpa olunan şəhər olduğunu diqqətə çatdıran xüsusi nümayəndə şəhərin müxtəlif formada inkişaf etdiyini, son iki il ərzində burada hava limanı, beynəlxalq əhəmiyyətli tunellər inşa edildiyini bildirib.

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi AZƏRTAC-ın 105 illiyinə həsr olunan tədbirin onun üçün çox özəl olduğunu bildirib: "Bu qədər ölkəni təmsil edən xəbər agentliklərini burada bir arada görmək olduqca önəmlidir. AZƏRTAC-ın 105 illiyini qeyd etməsi böyük nailiyyətdir. Belə uzun tarixi olan agentliklər bu dövrdə çox nadir hallarda mövcuddur".

O qeyd edib ki, biz burada yalnız keçmişə deyil, eyni zamanda, gələcəyə fokuslanmalıyıq. “Hamımız elə bir dövrdə yaşayırıq ki, bu günün reallıqları əvvəlki dövrlərə nisbətən daha mürəkkəbdir. Gələcəyi düzgün planlaşdırmaq bizim üçün həyati əhəmiyyət daşıyır. Çünki texnologiya çox sürətlə inkişaf edir və bu da yeni çağırışlar yaradır. Müasir dövr qeyri-müəyyənliklərlə doludur və biz bu dəyişikliklərlə ayaqlaşmağa çalışmalıyıq", - deyə Alexandru Giboi bildirib.

BTA xəbər agentliyinin baş direktoru Kiril Valçev AZƏRTAC və BTA arasındakı əməkdaşlıq memorandumunun 2004-cü ildə imzalandığını diqqətə çatdıraraq, əlaqələrin artıq 21 ildir davam etdiyini deyib: "Agentliklər arasında xəbər mübadiləsi aparılır, əməkdaşlığımız genişlənir".

Xəbər agentliklərinin məsuliyyət təzahürü olduğunu qeyd edən baş direktor onların yalnız təcrübə deyil, həmçinin sülhün qurulmasında əhəmiyyətli rol oynadıqlarını bildirərək deyib: "Xəbər agentlikləri yeni alətlərdən faydalanmalı, peşəkar standartlara əməl etməlidir. Sosial şəbəkələrdə xəbər yerləşdirən şəxslər heç bir məsuliyyət daşımır. Xəbər agentlikləri olaraq biz insan hüquqlarını pozan xəbərlər paylaşmamalıyıq. Biz etikaya riayət etməli, yeni maliyyələşmə modelləri tapmalıyıq. Həmçinin gənclərə məlumatları yeni formatlarda ötürməliyik".

TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın tarixinin yarısı qədər bu agentliklə uzunmüddətli əlaqələrinin olduğunu deyib: "Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi tarixi olan bir xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir".

O qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev AZƏRTAC-a hər zaman yüksək dəyər verib, onun fəaliyyətini daim diqqətdə saxlayıb. Ulu Öndərin hakimiyyəti dövründə ölkə ilə bağlı ən vacib xəbərlər məhz AZƏRTAC vasitəsilə cəmiyyətə çatdırılıb. Heydər Əliyev bu agentliyə hər zaman xüsusi diqqət göstərib.

“Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Prezident İlham Əliyev AZƏRTAC-ın fəaliyyətinə yüksək dəyər verir. 105 illik yubiley – bu, sadəcə, bir rəqəm deyil, həm də zəngin peşəkar təcrübənin, sadiqliyin və milli medianın inkişaf tarixinin göstəricisidir. Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb", - deyə Mixail Qusman əlavə edib.

Pakistan Xəbər Agentliyinin (APP) baş direktoru Məhəmməd Asim Xiçi AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentliklərindən birinə çevrildiyini və bunun böyük uğurun göstəricisi olduğunu bildirib.

“Eyni zamanda vurğulamaq istərdim ki, APP xəbər agentliyi ilə AZƏRTAC arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən böyük məmnunluq duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid edirəm. AZƏRTAC-ı bu əlamətdar yubileyi münasibətilə bir daha təbrik edir, quruma davamlı inkişaf və yeni nailiyyətlər arzulayıram”, - deyə Məhəmməd Asim Xiçi əlavə edib.

Bosniya və Herseqovinanın FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç Laçında AZƏRTAC-ın 105 illik yubileyinin birgə qeyd olunmasının dəyərli və yaddaqalan hadisə olduğunu deyib: "Bu tədbir yalnız bir media qurumunun yubileyi deyil, həm də beynəlxalq informasiya əməkdaşlığının və dostluğun nümunəsidir".

O qeyd edib ki, bu il Bosniya və Herseqovina ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür. FENA xəbər agentliyi ilə AZƏRTAC arasında qurulan əməkdaşlıq bu münasibətlərin güclənməsinə töhfə verir.

Rumıniyanın AGERPRES xəbər agentliyinin baş direktorunun müavini Kristina Mixaela Tatu qeyd edib ki, AZƏRTAC müxtəlif ölkələrin xəbər agentlikləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub. Rumıniyanın AGERPRES xəbər agentliyi də bunlardan biridir. “Bizim əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm məlumatların paylaşılmasına xüsusi önəm veririk”, - deyə Kristina Mixaela Tatu bildirib.

Anadolu agentliyinin strateji kommunikasiyalar və beynəlxalq əlaqələr meneceri Bilgehan Öztürk AZƏRTAC-ın 105 ildir ki, xəbərlərin düzgün formada çatdırılmasına sadiq qaldığını deyib: "Qeyd etmək istərdim ki, bu il Anadolu agentliyi AZƏRTAC kimi eyni yubileyi - 105 illiyini qeyd edir".

Xəbər agentliklərinin müasir çağırışlara cavab verməsinin önəmini vurğulayan Bilgehan Öztürk bu məsələdə əməkdaşlığın mühüm əhəmiyyət daşıyan bir məqam olduğunu diqqətə çatdırıb.

"Dünyadakı transformasiyanı nəzərə alaraq əməkdaşlıq vacibdir. Əlbəttə, əməkdaşlıq mövcuddur, lakin biz institusional tərəfdən əlaqələr qurmalıyıq", - deyə o bildirib.

İordaniyanın Petra Xəbər Agentliyinin Xəbər departamentinin direktoru Cəmil Qadalrah qeyd edib ki, ən vacib məsələlərdən biri ictimaiyyətin bizə olan etimadını qorumaqdır. "Media qurumları üçün bu etimad çox qiymətlidir və onu itirmək olduqca asandır. Buna görə də əxlaqi və peşəkar dəyərlər media fəaliyyətimizin əsasında dayanmalıdır. Hər bir jurnalist bu dəyərləri şəxsi karyerasının ayrılmaz hissəsi kimi görməlidir. Biz inanırıq ki, jurnalistlər, sadəcə, xəbər ötürücüsü deyil, həqiqətin qoruyucularıdır. Onların üzərinə düşən məsuliyyət yalnız informasiyanı çatdırmaq deyil, həm də onu dürüst və vicdanla təqdim etməkdir”, - deyə Cəmil Qadalrah vurğulayıb.

O əlavə edib ki, AZƏRTAC bu prinsiplərə əməl etdiyi üçün əsl düzgün xəbər mənbəyidir.

Məsuliyyətli jurnalistin məlumatları ictimaiyyətə düzgün, sürətli və keyfiyyətli şəkildə çatdırmasının önəmini vurğulayan Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun bu istiqamətdə əməkdaşlığın çox vacib olduğunu, qərəzsiz xəbərlərin yayılmasında mühüm rol oynadığını bildirib.

AZƏRTAC-ı 105 illiyi münasibətilə təbrik edən direktor agentlik ilə 2018-ci ildən əməkdaşlıq etdiyini deyərək iki ölkə arasında fəal xəbər mübadiləsi aparıldığını vurğulayıb.

"Bəzi Avropa xəbər agentlikləri 44 günlük müharibə zamanı yanlış məlumatlar paylaşarkən, Pakistan mediası AZƏRTAC-la çox sıx əməkdaşlıq edərək ən son məlumatları ötürürdü", - deyə o əlavə edib.

Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə fotoşəkli çəkdirilib.

Qeyd edək ki, dəyirmi masada müxtəlif ölkələrin 40-dan çox media nümayəndəsi iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!