07 Dekabr 2023 11:34
260
SİYASƏT
A- A+
Küveytdə Şuşaya həsr olunmuş konfrans keçirilib  

Küveytdə Şuşaya həsr olunmuş konfrans keçirilib  

 

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” adlı konfrans təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda Küveyt Xarici İşlər, Səhiyyə, Təhsil və İnformasiya nazirliklərinin əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Küveytin ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, Küveyt Dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, bu ölkədə fəaliyyət göstərən Türk məktəbinin müəllimləri, habelə burada təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov konfransı açaraq Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə geniş nitq söyləyib.

Səfir çıxışında 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” və bu il ICESCO tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumat verib. Diplomat Şuşanın tarixi, coğrafiyası və mədəniyyətindən ətraflı bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Şuşa şəhərinin işğaldan azad edildiyi tarixin – 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini bildirib.

Səfir Şuşa şəhərində keçirilən çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə toxunaraq, Azərbaycanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdən geniş danışmış və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının bu il noyabrın 16-da Azərbaycanın işğaldan azad edilmiş daha bir rayonunda - Zəngilanda keçirildiyini vurğulayıb. O, həmçinin TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət rəhbərlərinin və hökumət üzvlərinin işğaldan azad edilmiş Qarabağa səfərlərini məmnunluq və minnətdarlıq hissi ilə xatırlayıb və bu ölkələr tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdən bəhs edib.

Səfir 30 il öncə öz doğma yurdlarından köçkün düşmüş insanların öz evlərinə qayıtmalarının təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən “Böyük Qayıdış” proqramının hazırlandığını diqqətə çatdırıb, Qarabağ və Şərqi Zəngəzur rayonlarının Prezident İlham Əliyev tərəfindən "Yaşıl Enerji Zonası" elan edildiyini və bunun qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsulu olduğunu bildirib.

Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfiri xanım Tuba Nur Sönməz çıxışında bildirib ki, bugünkü toplantı həm də Azərbaycanın məşəqqətli Qələbəsini xatırladır, onun xalqının dözümlülüyünün və qətiyyətinin göstəricisidir. Bu tarixi nailiyyətdən sonra Türkiyə işğaldan azad edilmiş bu ərazilərin inkişafı və yenidən qurulması üçün tərəfdaşlıq əlini uzatmağa hazırdır. Azərbaycanın çiçəklənməsinə sadiqliyimiz sarsılmazdır və xalqlarımız arasında dərin köklərə malik olan bağı əks etdirir. “Yeni nəqliyyat xətlərinin açılması, işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması və tarixi abidələrin bərpası ilə Azərbaycan, şübhəsiz ki, regionu iqtisadi və turizm mərkəzinə çevirəcək. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı çox böyükdür və bu potensialı həmin torpaqları vətən adlandıran insanların rifahı üçün açmaq bizim borcumuzdur”, -deyə türkiyəli diplomat vurğulayıb. O əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli əlaqələrimiz təkcə region üçün deyil, bütün dünya üçün nümunəvi səviyyəyə çatıb.

Daha sonra çıxış edən Qazaxıstanın Küveytdəki səfiri Azamat Berdibay bildirib ki, Qazaxıstan Prezidentinin göstərişi ilə bu ilin sonunda Azərbaycanın Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi tikiləcək. Mərkəz xalqlarımız arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyin nümunəsi kimi Qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olacaqdır. Səfir əlavə edib ki, Qazaxıstan və Azərbaycan dünya siyasətinin bir çox məsələlərinə dair oxşar mövqeyə malikdirlər və BMT, İƏT, MDB, İƏT, CİCA kimi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Qırğızıstanın Küveytdəki səfiri Azamat Karaqulov çıxışında bildirib ki, onun ölkəsi Qarabağda müharibənin başa çatmasını, regionda sabitlik və həyatın canlanmasını alqışlayır.O əlavə edib: “Biz, eyni zamanda, Cənubi Qafqaz regionunda xalqların mənafeyi naminə qalıcı sülhün yaradılmasına ümid edirik”.

Şimali Kipr Türk Respublikasının Küveyt Dövlətindəki Təmsilçiliyinin rəhbəri Altınc Keskin çıxışında qeyd edib ki, 30 illik Ermənistan işğalından və soyqırımı siyasətindən sonra qədim türk torpaqları olan Qarabağ ərazisi Prezident İlham Əliyevin rəhbərliyi altında və qəhrəman Azərbaycan xalqının şücaəti nəticəsində işğaldan azad edildi. “Qarabağın incisi” adlanan Şuşa Azərbaycan xalqı üçün böyük mənəvi və mədəni dəyərə malikdir. Orada çox sayda ziyalılar, yazıçılar, şairlər, musiqiçilər yaşayıb-yaradıblar. Ona görə Şuşa Azərbaycan xalqının zəngin mədəniyyətinin mənbəyi hesab olunur. Hesab edirəm ki, Şuşa hər bir türk vətəndaşı üçün xüsusi və unikal bir məkandır”, -deyə diplomat vurğulayıb.

Konfrans bitdikdən sonra iştirakçılara ziyafət verilib.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə məlumatları ehtiva edən kitabça hazırlanıb və orada Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini, habelə orada keçirilən mədəni tədbirləri özündə əks etdirən şəkillər yerləşdirilib.

Konfrans çərçivəsində səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, “İrs” jurnalının Şuşa şəhəri ilə bağlı xüsusi buraxılışı və Şuşa şəhərində təşkil olunmuş “Xarı Bülbül Festivalı”na həsr olunmuş nömrələri, habelə digər təbliğat materiallarından ibarət sərgi təşkil olunub.

Səfirlik tərəfindən “Youm əl-Bahar” parkında təşkil olunan Bahar Festivalında Şuşa şəhərinin 2023-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.

Bununla yanaşı, səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarı Bülbül Festivalı”na həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim olunub. Səfirlik üzərində Xarıbülbül və Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçalar təşkilatçılara hədiyyə olaraq təqdim edib.

Şuşa şəhərinin 2023-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş konfrans barədə məlumatlar Küveytin ərəbdilli “əl-Nahar”, “əl-Qabas”, “əl-Siyasa”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə”, “əl-Vasat” və ingilisdilli “Kuwaittimes” qəzetlərində, www.q8-press.com elektron xəbər portalında və həmin KİV-lərin sosial şəbəkələrində geniş işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

13:46
04 Oktyabr

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

13:41
04 Oktyabr

Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır

13:33
04 Oktyabr

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

13:29
04 Oktyabr

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

13:19
04 Oktyabr

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

13:16
04 Oktyabr

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

13:15
04 Oktyabr

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

13:02
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB

12:51
04 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

12:47
04 Oktyabr

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

12:43
04 Oktyabr

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

12:37
04 Oktyabr

Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib

12:33
04 Oktyabr

Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi

12:17
04 Oktyabr

Göldə gəmi qəzası: 78 nəfər batdı

12:12
04 Oktyabr

Kim Çen In xəbərdarlıq etdi 

11:55
04 Oktyabr

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun

11:54
04 Oktyabr

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

11:43
04 Oktyabr

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

11:40
04 Oktyabr

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

11:34
04 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb

11:28
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!