28 İyul 2025 16:13
480
CƏMİYYƏT
A- A+
Kürdəmirdə “Aqrar Biznes” və “Bostan” festivalları keçirilib  

Kürdəmirdə “Aqrar Biznes” və “Bostan” festivalları keçirilib  

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda növbəti “Aqrar Biznes” və “Bostan” festivalları təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bostan” festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları bostan məhsullarını – qarpız, yemiş, balqabaq və digər bostan və tərəvəz məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdan alıcıya satış həyata keçiriblər.

“Aqrar Biznes” festivalı çərçivəsində ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdiriblər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Festivalın rəsmi açılış hissəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, Aqrar İnnovasiya Mərkəzinin direktoru, Milli Məclisin deputatları və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov bölgənin aqrar sahədəki potensialından bəhs edərək, bu festivalların yerli istehsalçıların təşviqi və məhsul satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov regionlarda məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini qeyd edib. Milli Məclisin deputatları Jalə Əliyeva, Əminə Ağazadə, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov çıxış edərək Kürdəmir rayonunun kənd təsərrüfatındakı rolu və potensialı barədə fikirlərini bölüşüblər. Natiqlər ölkədə aqrar sahəyə göstərilən dövlət qayğısının real nəticələrinin bu festivallarda aydın şəkildə göründüyünü, belə tədbirlərin regionlarda kənd təsərrüfatı məhsullarının tanıdılması və dəyər zəncirinə daxil edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, o cümlədən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu da fəal iştirak edib. İnstitut əməkdaşları tərəfindən yerli iqlim və torpaq şəraitinə uyğunlaşdırılmış tərəvəz sortları, yeni seleksiya nailiyyətləri, yüksək məhsuldar toxum nümunələri və müasir becərmə texnologiyaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Festival çərçivəsində banklar, bank olmayan kredit təşkilatları və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Fermerlər və sahibkarlar buradakı stendlərdə müxtəlif maliyyə qurumlarının təqdim etdiyi güzəştli kreditlər, lizinq imkanları və digər məhsullarla tanış olublar. Festival zamanı kredit yarmarkası ilə yanaşı, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Sessiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Sığorta Fondu, eləcə də bank və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel müzakirələrində iştirak edən dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı subyektləri üçün mövcud maliyyə dəstək alətləri, subsidiya mexanizmləri, güzəştli kreditlər, aqrar sığorta və digər imkanlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Sessiyada iştirakçılarla açıq dialoq formatında fikir mübadiləsi aparılıb, onları maraqlandıran praktiki suallar cavablandırılıb.

Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Ağgül Əhmədova tərəfindən “Torpaqların aqrokimyəvi analizləri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı torpaq analizlərinin əhəmiyyəti, gübrələmə rejimlərinin düzgün qurulması və aqrotexniki tədbirlərin elmi əsaslarla planlaşdırılması barədə fermerlərə faydalı məlumatlar verilib. Festival çərçivəsində sərgi ilə yanaşı, dequstasiya zonası, musiqi proqramları və uşaqlar üçün əyləncəli guşələr də təşkil olunub. Tədbir bölgənin aqrar potensialını nümayiş etdirməklə yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tərəflər üçün səmərəli əməkdaşlıq mühiti yaradıb.

Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə cari ildə ölkənin 9 iqtisadi rayonu üzrə 13 rayonda məhsul festivallarının keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!