Körpədən pensiyaçıya, tələbədən aliməcən...
Ölkədə yaşından və işindən asılı olmayaraq heç kim Prezidentin növbəti sosial paketindən kənarda qalmayıb
Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları, rifahı dayanır. Birbaşa mətləbə keçərək vurğulayaq ki, Prezident İlham Əliyevin bu il yanvarın 5-də və 13-də imzaladığı sərəncam və fərmanlar öz təsdiqini tapmış bu həqiqətin daha bir aydın təzahürüdür.
Dövlət başçısı hələ neçə il bundan əvvəl bildirmişdi ki, ölkənin iqtisadi gücü artdıqca insanların sosial müdafiəsi daha da güclənəcək, onların maddi rifah halına daha çox vəsait ayrılacaq. Hər sahədə verdiyi vədə sadiq qalan, sözü də imzası qədər etibarlı olan Prezidentimiz artıq dördüncü sosial paketi ilə bunu bir daha sübut etdi. Həm də qeyd edək ki, bu sosial paket heç də sadə bir dövrdə təqdim olunmur. Belə ki, dünya pandemiyadan sonrakı çətin bir zamanda yaşayır. Ən inkişaf etmiş ölkələr belə, bir çox problemlərlə mübarizədədir. Azərbaycan dünyanın ayrılmaz hissəsi olduğundan həmin çətinliklər müəyyən qədər bizdən də yan keçməyib. Lakin dövlətin apardığı düzgün, müdrik sosial-iqtisadi siyasət nəticəsində ölkə təzəcə başa vurduğumuz 2022-ci ili uğurlarla yola saldı. Üstəlik, biz erməni vandallarının viran qoyduğu kənd və şəhərlərimizi yenidən tikib qururuq. Bu isə olduqca böyük vəsait tələb edən bir işdir. Bununla belə, hər bir vətəndaşının dolanışığı, güzəranı dövlətin diqqət mərkəzindədir. Bəli, hər bir vətəndaşın! Dövlət başçısının son günlərdə imzaladığı sözügedən sənədlərə bir daha diqqətlə baxsaq görərik ki, əhalinin heç bir təbəqəsi yaddan çıxmayıb. İxtiyar yaşlı pensiyaçıdan körpə uşağı olan ailəyədək, alimdən tələbəyədək, müxtəlif idarə və təşkilatlarda çalışan işçilərdən dövlət qarşısında xidmətlərinə görə fəxri ad almış şəxslərədək minlərlə insan yeni paketdən yararlanıb. Sağlamlıq imkanları məhdud olan uşaqdan böyüyə bir kəs də, hətta onlara qulluq edənlər də unudulmayıb. Qürur yerimiz olan şəhid ailələrinin birincilər sırasında yada düşməsi təbii və təqdirəlayiqdir. İkinci Dünya müharibəsi iştirakçılarına, vaxtilə Əfqanıstanda beynəlmiləl borc yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olanlara və digərlərinə dəstək də sosial paketdə öz əksini tapıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyilənləri fakt və rəqəmlərlə aydın şərh edib: "Hazırkı paket son beş ildə həyata keçirilən dördüncü sosial islahat paketidir. Bundan qabaq əvvəlki üç sosial islahat paketi ümumilikdə 40 faizi əhatə edib. Bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılmışdı və onların hər birində ilk növbədə əməkhaqqı sistemi önə çəkilirdi. Birinci növbədə vətəndaşların məşğulluğu, aşağı əməkhaqqının artırılması, aşağı əməkhaqqı alanlara əlavə dəstək verilməsi yolunu tuturuq. İkinci seqment hər zaman pensiyaçılar və onların pensiyalarının artırılmasıdır. Əgər rəqəmlərə nəzərə salsaq, 2018-ci ildə minimum əməkhaqqı Azərbaycanda 130 manat idi, bu gün artıq 345 manatdır. Minimum pensiya Azərbaycanda 110 manat idi, artıq 280 manata çatıb. Bunun üzərindən orta aylıq əməkhaqqının və orta pensiyaya da nəzər saldıqda çox ciddi şəkildə artımları görürük. Bununla yanaşı, pensiya almayan, amma sosial cəhətdən həssas olan böyük bir kəsim var: əlilliyi olan və müavinətlər alanlar, müxtəlif növ Prezident təqaüdü alanlar, şəhid ailələri, çoxuşaqlı ailələr, tələbələr və digər seqmentlər. Bu böyük kəsim də məhz bu sosial paketlərdə hər zaman əhatə olunub".
Sosial müavinət və sosial təqaüdlərlə bağlı bəzi rəqəmləri xatırladaq. Əgər 2018-ci ildə bu sahəyə ildə 3 milyon manat yönəldilibsə, artıq cari ildən bu məbləğ 1 milyard 500 mindən artıqdır, təqribən beş dəfəlik bir artım olacaq. Bu, cəmi 4-5 il ərzində əldə olunan nailiyyətdir. 810 min nəfəri əhatə edən bu paket məhz həssas təbəqədən olanların rifahının yaxşılaşdırılmasına yönəldilir.
Ünvanlı sosial yardım proqramının həyata keçirilməsi davam edir. Proqram çərçivəsində cari ildə hər ailəyə düşən dəstəyin orta hesabla 260 manat olacağı gözlənilir. Bu, aztəminatlı ailələr üçün ciddi dəstəkdir və bundan 60 mindən çox ailə yararlanır.
Bu gün ölkəmizdə 1 milyon 100 mindən çox vətəndaş aylıq əsasla pensiya alır. Ötən il yaşa görə pensiyalar orta hesabla 12 faiz artıb və 400 manata çatıb. Eyni zamanda ümumi orta pensiyanın da məbləği 12 faiz artaraq 372 manat olub. Əlilliyə görə də pensiyaların məbləği artıb. Üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda isə 400 manata çatıb. Bu, yanvarın 1-nə olan rəqəmdir. Cari il ərzində daha ciddi artım olacaq, çünki yanvarın 1-dən etibarən həm minimum pensiya artdı, həm də ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası həyata keçiriləcək.
"Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla artıq yanvarın 1-dən etibarən bir sıra dövlət sektorlarında çalışan vətəndaşlarımızın əməkhaqları, eləcə də sosial müavinət və təqaüdlərin artımı reallaşdı. Yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarında artımlar qeydə alınacaq. Onların əməkhaqları 15 faiz artacaq. Eyni zamanda sosial müavinətlərin də artırılması reallaşdı."
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun sözləridir. Deputat deyib: "Burada şəhid ailələrinə verilən ödənişin məbləğinin, eyni zamanda əlillik qrupları üzrə müavinətlərin artırılması, xüsusən birinci qrup üzrə artımlar həm də yaşayış minimumu nəzərə alınmaqla həyata keçirildi. O cümlədən digər istiqamətlərdə təqaüdlərin, Prezident təqaüdünün artırılması, doktorantura, magistratura, bakalavriatda oxuyan vətəndaşların təqaüdlərində artımlar oldu. Praktik olaraq bütün bu artımlar son fərman və sərəncamların geniş şəkildə fərqli sektorları əhatə etdiyindən xəbər verir. Xüsusən həssas qruplarda daha yüksək artımlar müşahidə olunur. Məqsəd təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə nail olmaqdan ibarətdir".
V.Bayramovun sözlərinə görə, artımlar artıq 2023-cü ildə bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial sferaya 15,2 milyard manat vəsait ayrılacaq. Bu, büdcə xərclərinin 46 faizi deməkdir və təbii ki, müstəqillik dövründə ən böyük sosial ayırmalardır.
Milli Məclisin deputatı Vüqar İskəndərov da vurğulayıb ki, 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və başqalarına yönələn sosial ödənişlərin artırılması təmin edilir: "Bu fakt Azərbaycan dövlətinin, şəxsən Prezident
İlham Əliyevin vətəndaşların sosial rifah halının gücləndirilməsini, o cümlədən yuxarıda sadalanan kateqoriyadan olanların daim diqqətdə saxlanmasını bir nömrəli vəzifə kimi öndə tutduğunun növbəti bariz nümunəsidir".
Qeyd edək ki, şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 600 manata çatdırılıb. Sosial paket tələbələri də əhatə edib. 150 minə yaxın tələbənin təqaüdləri orta hesabla 10 faiz artırılıb. Uşağın doğulması və dəfnə görə müavinətlərdə də artım olub. Bütün təqaüd və müavinətlərin nə qədər artırıldığını sadalamaq fikrində deyilik. Onlar sözügedən sənədlərdə öz əksini aydın şəkildə tapıb və hər birimizin həyatında, dolanışığında müsbət təsirini göstərəcək. Belə ki, bütün sosial paket dövrün çağırışlarına uyğun şəkildə tərtib olunub.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, ra...
04 Oktyabr
Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb...
04 Oktyabr
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
04 Oktyabr
Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb
04 Oktyabr
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
04 Oktyabr
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir
04 Oktyabr
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar...
04 Oktyabr
Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb
04 Oktyabr
VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub
04 Oktyabr
XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!