25 Oktyabr 2023 10:20
1009
Mədəniyyət
A- A+
Korifeyin ölməz əsəri

Korifeyin ölməz əsəri

 

"Arşın mal alan"ın ilk dəfə tamaşaya qoyulmasından 110 il ötür

 

"Arşın mal alan" musiqili komediyasını Üzeyir bəy Hacıbəyli hələ Moskvada və Peterburqda oxuyarkən, 1911-1913-cü illərdə yazmışdı. Operettanın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrının səhnəsində oynanılmışdı. Müəllif özü Peterburqda olduğuna görə tamaşada iştirak etməmişdi. Əsərin quruluşçu rejissoru Hüseyn Ərəblinski olmuş, orkestrə Müslüm Maqomayev dirijorluq etmişdi. 
İnqilabdan əvvəl Azərbaycan qadınının səhnəyə çıxması çətin məsələ olduğundan tamaşalarda çox vaxt qadın rollarını kişilər oynayırdılar. O vaxtlar Gülçöhrə rolunun ən məşhur ifaçısı Ağdamski sayılırdı. Telli rolunda isə sonralar Mövsüm Sənani ad çıxarmışdı. 
İnqilabdan sonra komediya daha da şöhrət qazandı, 80 dilə tərcümə edildi və 170-dən çox ölkədə tamaşaya qoyuldu. Operetta ilə rejissor B.Svetlov maraqlandı və onu ekranlaşdırdı. 
Filmin ilk tamaşası 1917-ci ildə yanvarın 3-də nümayiş olundu. Film 7 hissədən ibarət idi. Respubikamızın kinematoqrafçıları da bu komediyanı ekranlaşdırdılar. 1945-ci ildə adi ölçüdə, ağ-qara variantda, 1965-ci ildə isə rəngli, geniş ekranlı variantda lentə aldılar. Amma mütəxəssislər hesab edirlər ki, 1945-ci il variantı, yəni S.Rəhmanın ssenarisi əsasında çəkilmiş film daha uyğundur.
1916-ci ildə "Arşın mal alan" rus dilində tamaşaya qoyuldu. Sonra Həştərxanda, Saritsində, Rostovda və başqa şəhərlərdə oynanıldı. İnqilabdan sonra komediya daha da şöhrət qazandı. Fransada, Çində, Yaponiyada, Hindistanda və 1938-ci ildə Moskvada keçirilən Sovet Azərbaycanı incəsənəti dekadası zamanı paytaxt tamaşaçıları da "Arşın mal alan" komediyasına baxdılar. Tamaşanın rejissoru İ.Hidayətzadə idi. Tamaşanı Səid Rüstəmovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestri müşayiət etdi. Rolları Bülbül, Hacıbababəyov, S.Mustafayeva oynadılar.
Polşa dramaturqu S.Povolotski öz xatirələrində Üzeyir  bəy Hacıbəylini belə xatırlayırdı: "Mən də valeh olaraq, ürəyimin bütün məhəbbətini verərək dahi Ü.Hacıbəylinin əsərinin tərcüməçisinə çevrildim. Bəli, bu gün fəxr edirəm ki, "Arşın mal alan" komediyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam. "Arşın mal alan" musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Venqerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdu. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim artdı. Azərbaycan bəstəkarlarının musiqisi bütün dünyada, eləcə də mənim doğma Polşamda həmişə məhəbbətlə dinlənilir. İstedadlı əsər harada olursa-olsun insanların ürəyini fəth edir, insan o əsəri bütün varlığı ilə sevir. Uzun sürən intizardan sonra Pekində "Arşın mal alan" operettasının ilk tamaşası günüdür. Maraqlı burasıdır kı, Çindən çox uzaqlarda yaşayan bir xalqın keçmiş həyatına aid milli üslubda yazılmış "Arşın mal alan" özünün dərin məzmunu və bütün incəlikləri ilə Çin tamaşaçılarında gözəl təsir oyadır. Onun müxtəlif xalqlar tərəfindən həvəslə oxunub tamaşaya qoyulmasının səbəbi məhz canlı xalq dili, xalq yumoru və musiqisi əsasında yazılmasıdır. Əsərdə əsas tənqid hədəfi olaraq döyülən keçmişin mənfi adətləri zərif bir tel kimi Azərbaycan və Çinin keçmiş həyatını bir-birilə bağlayır və oprettanı məzmun etibarilə çinli tamaşaçıların ruhuna yaxınlaşdırır". 
Üzeyir bəy Hacıbəylinin uzaqgörənliyi, müdrikliyi, komediya janrı vasitəsilə cəmiyyətdəki çatışmazlıqları ən incə, zövqlü, estetik tərzdə təqdim etməsi sayəsində 110 illiyini qeyd etdiyimiz "Arşın mal alan" bu gün də öz məzmunu etibarilə tərbiyəvi əhəmiyyətə malikdir. 

Bəyim DADAŞOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!