01 Fevral 2025 10:19
542
CƏMİYYƏT
A- A+
Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib

Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib


Bakıda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib.

İki yüzdən çox Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan forumda Milli Məclisin deputatı Asif Əsgərov, Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər.

Çıxış edənlər Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb, bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda, cəmiyyətə xidmətin mühüm bir formasıdır. Forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır.

Forumda könüllülər - “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Medianın İnkişafı Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Anar Əhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonra forumda gənc regional nümayəndələr və bir qrup könüllü səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra könüllülərin ifasında musiqili bədii proqram dinlənilib.

Forum çərçivəsində “Könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, AKTİ-nin İdarə Heyətinin üzvü Emiliya Bayramova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış ediblər. Onlar “Könüllülükdə dayanıqlı inkişaf və beynəlxalq təmsilçilik”, “Regionlarda gənclər üçün karyera imkanları” və “Region könüllülük hərəkatında mövcud problemlər və həlli yolları” mövzularında fikirlərini bölüşüblər.

Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Gənclərin beynəlxalq könüllülük hərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. Həmçinin könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. Regionlarda karyera imkanlarının artırılması gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. Könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz vasitədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!