27 May 2025 11:58
628
İQTİSADİYYAT
A- A+
Komitə sədri: 2024-cü il dövlət büdcəsinin icrası əlverişli makroiqtisadi şəraitdə həyata keçirilib  

Komitə sədri: 2024-cü il dövlət büdcəsinin icrası əlverişli makroiqtisadi şəraitdə həyata keçirilib  


Milli Məclisin iqtisadi siyasət sahəsində hökumətlə işgüzar və konstruktiv əməkdaşlığa önəm verməsi və dövlət büdcəsinə dair məsələlərə xüsusi diqqət yetirməsi vacib əhəmiyyət kəsb edir. Dövlət büdcəsinin icrası hər kəsin ortaq məsuliyyətidir.

AZƏRTAC xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Komitə sədrinin sözlərinə görə, “2024-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, ona dair illik hesabat və Hesablama Palatasının rəyi qanunvericiliyə uyğun olaraq vaxtında və lazımi formada Milli Məclisə təqdim olunub.

“Təqdim edilən sənədlər əhatəli, analitik və əməktutumludur. 2024-cü il dövlət büdcəsinin icrası əlverişli makroiqtisadi şəraitdə həyata keçirilib. İqtisadi artım 4,1 faiz, illik inflyasiya 2,2 faiz, tədiyyə balansının müsbət saldosu isə 4,7 milyard dollar təşkil edib. Büdcə gəlirləri və xərclərinin icrası, büdcə kəsiri və dövlət borcunun səviyyəsi müsbət qiymətləndirilib, eyni zamanda, büdcə qaydasına tam riayət olunub. Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir. Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməlidir”, - deyə Azər Əmiraslanov vurğulayıb.

İclasda qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsi dövlətin əsas funksiyalarının maliyyələşdirilməsi, xüsusilə də müdafiə və təhlükəsizlik, sosial müdafiə və işğaldan azad edilmiş ərazilərin bərpası sahələrində prioritetlərin təmin olunmasında mühüm rol oynayıb.

Komitə sədri əlavə edib ki, büdcə icrası makroiqtisadi sabitlik şəraitində həyata keçirilib. Hesablama Palatasının verdiyi rəy və tövsiyələrin faydalılığı xüsusi vurğulanıb, həmçinin Maliyyə Nazirliyi ilə Hesablama Palatası arasında mövcud olan konstruktiv əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi təklif edilib.

A.Əmiraslanov onu da vurğulayıb ki, büdcə prosesi fasiləsiz və davamlı xarakter daşıyır: “Bu görə də iclas zamanı səsləndirilən təklif və tövsiyələr nəzərdən keçirilməli, hər bir qurumun mandatı və məsuliyyəti nəzərə alınmalıdır. Büdcə dayanıqlığının təmin olunması üçün fiskal yanaşmalarla yanaşı, qeyri-fiskal tədbirlərin də həyata keçirilməsi vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!