25 May 2025 09:35
868
Mədəniyyət
A- A+
Kitabxanaya yeni kitablar hədiyyə olundu

Kitabxanaya yeni kitablar hədiyyə olundu


Azərbaycan Prezidenti İlham Əliyev ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, maarifçi və pedaqoq Seyid Əzim Şirvaninin yubileyi ilə bağlı "Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır.

Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına "Kitabxanaya kitab hədiyyə edirik" və "Yaradıcı oxucularımız" layihələri çərçivəsində Seyid Əzim Şirvaninin "Qəzəllər" kitabı təqdim olunub. 

Kitabın tərtibçisi kitabxananın fəal oxucusu, şair Ceyhun Möhübbidir. Seyid Əzim Şirvaninin yeni nəşr olunmuş "Qəzəllər"i şairin 190 illiyinə həsr olunub. Kitabda görkəmli maarifçi pedaqoqun bizə gəlib çatan 636 qəzəli və ilk dəfə olaraq qəzəllərə izahlı lüğət də verilmişdir. Qəzəllərin bir çoxu ilk dəfədir ki, latın qrafikası ilə nəşr olunub. 

Bundan başqa, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya biokimya üzrə fəlsəfə doktoru, şair Tariyel Azərtürkün "Hanki məkandan, hanki zamandan başlanır muğam?" kitabı da hədiyyə olundu. 

Güclü məntiqə malik olan fədakar alim əsərini Azərbaycanın, bütövlükdə qədim türk dünyasının tarixini, musiqi mədəniyyətini, etnoqrafiyasını araşdırması nəticəsində yazıb. Araşdırmalarda müəllif sübut edib ki, mixi yazılarını türklər yaradıb.

Müəllifin çoxillik və peşəkar araşdırmaları nəticəsində yazılan kitab 2010-2016-cı illərdə ABŞ-nin Sietl şəhərində ərsəyə gəlib. 2022-ci ildə isə təkrar işlənərək yenidən çapa imzalanıb. Müəllif gil üzərindəki mixi yazılarından əcdadlarımızın şeir, qəzəl, musiqi, rəqs, muğam və incəsənətin başqa sahələri haqqında biliklərini, fikirlərini toplayaraq oxuculara təqdim edib. Əsər şumerlərin (qədim türklərin) musiqi dünyasına həsr edilmişdir. Müəllif mixi yazılarının araşdırılması nəticəsində Azərbaycan-türk musiqi incisi sayılan muğamın mənşəyinin dərin köklərinə aid nadir faktları aşkara çıxarmışdır. Kitabda muğamların adları, muğamın növləri, musiqi alətləri və terminləri haqqında, onların Azərbaycan-türk mədəniyyətinə aid olduğuna dair inandırıcı, danılmaz dəlillər gətirilmişdir. Əsərdə "Səmayi-Şəms", "Mahur-Hindi", "Bayatı-Qacar" və başqa muğamlarımız haqqında maraqlı və dəyərli fikirlər var.

"Hanki məkandan, hanki zamandan başlanır muğam?" kitabı  qədim musiqi tariximizin və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olan dəyərli incilərdən biridir. İnanırıq ki, kitabxanaya hədiyyə olunan kitablar oxucular tərəfindən maraqla qarşılanacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!