“Kiçik ürəklərdə böyük xatirələr” yaddaşlarda həkk olunacaq
“Azercell”in şəhid övladları üçün uzunmüddətli reabilitasiya proqramı uğurla həyata keçdi
Əsas məqsədi İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün uzunmüddətli psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi olan “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi “Azercell Telekom”un dəstəyi və “GID CSR Consulting” şirkətinin peşəkar təlimçilərinin iştirakı ilə reallaşdı.
Xatırladaq ki, 5-14 yaş arasında olan 300 şəhid övladı, eləcə də xanımlarının cəlb olunduğu layihə mart ayından etibarən bir neçə mərhələdən ibarət təlimlər və qrup çalışmalarını özündə birləşdirdi.
Məsələn, “Art terapiya” (təsviri sənət terapiyası) uşaqlara musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi incəsənət sahələri vasitəsilə öz duyğu və hisslərini ifadə etmək imkanı yaratdı. “Arzular ağacı” adlı təlimin köməyilə isə böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa şərait yarandı. “Uğur hekayəsi” istiqamətindəki təlimlərdə isə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanmağı bacaran peşəkarlarla görüşlər keçirildi.
Layihənin daha bir vacib məqsədi isə şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitab halında toplamaq oldu. Tezliklə həm çap, həm də elektron formatda işıq üzü görəcək həmin kitab həm şəhidlərin öz ailə üzvləri üçün bir xatirə toplusu, həm də cəmiyyətimiz üçün Vətənin igid oğulları barədə daha zəngin məlumat mənbəyi olaraq müxtəlif kitab mərkəzləri, eləcə də Bookmate mobil kitabxanasında yerləşdiriləcək.
“Kiçik ürəklərdə böyük xatirələr” layihəsi hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
Şəhid hərbçilərimizin xanımları və layihə təşkilatçılarının təəssüratlarını əks etdirən videonu sizinlə də bölüşmək istərdik:
https://youtu.be/P4X9ytuL9zQ
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə kon...
29 Aprel
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!