10 Sentyabr 2026 14:24
143
CƏMİYYƏT
A- A+
Keşikçidağda “Yay məktəbi–6” layihəsi davam edir - Sarıyoxuş kurqanından yeni artefaktlar tapıldı

Keşikçidağda “Yay məktəbi–6” layihəsi davam edir - Sarıyoxuş kurqanından yeni artefaktlar tapıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi–6” layihəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Bakıdan gələn qrup üçün qoruq ərazisinə elmi-praktiki tur təşkil olunub. İştirakçılar Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji tədqiqatlarla tanış olub, qazıntı prosesini izləyiblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə Sarıyoxuş dərəsindəki 4 saylı kurqanda aparılan qazıntı işləri barədə ziyarətçilərə məlumat verilib. Daha sonra iştirakçılar üçün arxeoloji qazıntı metodikası, maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi, sənədləşdirilməsi və ilkin elmi qiymətləndirilməsi ilə bağlı master-klass keçirilib.

Qazıntı zamanı Orta Tunc dövründən Son Tunc dövrünə keçid mərhələsinə aid artefaktlar aşkarlanıb. Tapıntılar arasında tunc xəncər, qırmızı-qəhvəyi çaxmaqdaşından hazırlanmış 10 ox ucluğu, 2 obsidian ox ucluğu və hər iki tərəfi deşik olan daş əsa başlığı var.

Mütəxəssislərin sözlərinə görə, daş əsa başlığı həmin dövrdə sahibinin yüksək sosial statusunun göstəricisi hesab olunur. Əşyanın hər iki tərəfindəki deşiklər onun dəstəyə möhkəm bərkidilməsi üçün nəzərdə tutulub.

Elmi-praktiki turun iştirakçıları daha sonra Keşikçidağ mağaralar kompleksinə baş çəkiblər. Qonaqlara mağaraların tarixi-mədəni əhəmiyyəti, memarlıq xüsusiyyətləri və burada qorunan freska nümunələri barədə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yəhudi icmasına

14:48
10 Sentyabr

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı  

14:43
10 Sentyabr

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14:40
10 Sentyabr

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14:35
10 Sentyabr

“Astana Finance Days 2026” beynəlxalq forumu davam edir

14:30
10 Sentyabr

Keşikçidağda “Yay məktəbi–6” layihəsi davam edir - Sarıyoxuş kurqanından yeni artefaktlar tapıldı

14:24
10 Sentyabr

Azərbaycan və Çin elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatını dəyərləndirib

14:17
10 Sentyabr

XİN: Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb

14:10
10 Sentyabr

Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir

14:03
10 Sentyabr

“Sabah” – “Mançester Yunayted”: Maraqlı faktlar

13:56
10 Sentyabr

Türkiyənin İğdır vilayətində Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi təmir edilib

13:30
10 Sentyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:25
10 Sentyabr

Azərbaycan və Çin enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

13:20
10 Sentyabr

Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 

13:15
10 Sentyabr

Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

13:10
10 Sentyabr

Ölkədə muzdla çalışan işçilərin sayı artıb

13:00
10 Sentyabr

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

12:55
10 Sentyabr

Koreya səfiri: "KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq "

12:50
10 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə

12:45
10 Sentyabr

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:43
10 Sentyabr

Haqsız rəqabətə qarşı nəzarət güclənir

12:40
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!