11 Mart 2023 00:56
668
İQTİSADİYYAT
A- A+
Kəndlinin çörəyi torpaqdan çıxır

Kəndlinin çörəyi torpaqdan çıxır

 

Əyilməsə, əli çatmaz

 

Valideynlərimdən eşitmişdim ki, torpaq da canlıdır, qayğıkeşliyi sevir. Torpağa əyilən hər zaman ucalar. Mənim öz həyatım bu sözlərin nə qədər doğru olduğunu sübut edir. 
İlk vaxtlar fermer kimi fəaliyyətə başlayanda çətinliklərim çox oldu. Lakin qarşıma məqsəd qoydum və yorulmaq bilmədən çalışdım. Hazırda Tərtərin İsmayılbəyli kəndində 80 hektar sahədə toxumluq taxıl becərirəm. Nailiyyətlərimiz yüksəkdir. Təkcə ötən il hər hektardan  65 sentner birinci, 55 sentner 2-ci reproduksiyalı taxıl götürmüşük. Bu, orta rəqəmdir, halbuki ayrı-ayrı sahələrdə məhsuldarlıq daha yüksək olub. 
Uğurlarımın səbəbi nədir sualına birmənalı belə cavab verərdim: "Dövlətimizin fermerlərə göstərdiyi qayğıkeşlik, yaratdığı şərait". Bu gün toxumluq taxıl becərən fermerlərə dövlət tərəfindən kvota ilə elit toxum verilir. Mən özüm əsasən "Qobustan"  sortu seçirəm. Həm məhsuldardır, həm də becərilməsi zamanı problemlərlə rastlaşmırıq. Texnika sarıdan da çətinliklərimiz yoxdur.  Dövlət aqrolizinq yolu ilə əldə etdiyimiz texnikanın qiymətinin müəyyən hissəsini özü ödəyir. Gübrələr isə pulsuz verilir. Üstəlik, becərdiyimiz məhsula görə subsidiyalar alırıq. Beləcə, bu dəstək hesabına həm rayonumuzun  fermerlərini, həm də ətraf rayonlardan gələnləri yüksək məhsuldar toxumlarla təmin edirik. Və bununla hazırkı dönəmdə - dünyanın ciddi ərzaq qıtlığı ilə üz-üzə qaldığı bir vaxtda üzərimizə düşən vəzifənin məsuliyyətini anlayır və hər bir aqrotexniki tədbiri yüksək səviyyədə həyata keçirərək ölkəmizin taxıl ehtiyatlarının artırılmasına  öz töhfəmizi verməyə çalışırıq. 
Qeyd edim ki, təkrar əkindən istifadə etməyə başlamışıq. Ötən mövsüm biçindən dərhal sonra 40 sentner sahədə qarğıdalı əkdik və hər hektardan xeyli məhsul götürdük. Bu işdə müasir texnologiyadan və texnikadan istifadə etməklə təsərrüfatımızın gəlirlərini xeyli artıra bildik. Cari ildən təkrar əkini 50 hektarda aparmağı qərara almışıq.
Su məsələsinə gəldikdə, taxıl sahələrini əsasən  subartezian quyularının vasitəsilə suvarırıq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində hazırda Suqovuşandan arxlarımıza da su gəlir. Bu isə işlərimizi daha yüksək səviyyədə qurmağa kömək edir. 
Taxılçılıqla yanaşı, baramaçılıqla  da məşğul oluruq. 2016-cı ildə 12 hektar sahədə Çindən gətirilmiş çəkil tingləri əkib becərdik. 2017-ci ildə çinlilərin özləri tərəfindən keçirilən monitorinq zamanı işimiz bəyənildi və rayonumuz bu sahədə öndə oldu. Hazırda əlavə kümxana  düzəldirik, çünki yaxşı yem bazamız var. 
Rayon rəhbərliyindən də razıyıq. Onlar vaxtaşırı təsərrüfatımızda olur,  işlərimizlə maraqlanır və lazımi dəstək verirlər. Tərtərə gələn xarici qonaqlar da iş  təcrübəmizlə tanış olmaq üçün bizə müraciət edirlər.

Mirzə CÜMŞÜDOV, 
fermer 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!