Kənd təsərrüfatı məhsullarının istehsalında artım var
Zaqatalada tütünçülüyün inkişafı həm də yeni iş yerlərinin açılmasına şərait yaradır
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Zaqatala rayonunda da müsbət dəyişikliklər baş vermişdir. Aqrar sektorda aparılan işlər sayəsində rayonda 2018-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 38 milyon 628 min manata çatıb.
Rayonda ənənəvi və ixrac potensialı olan məhsulların əkininə də məxsusi diqqət yetirilməkdədir. Bunların arasında tütünçülük də var. Mütəxəssislərin qənaətinə görə, tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılmasında və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri olmaqla geniş perspektivlərə malikdir. Hesab edilir ki, bu sahənin inkişaf etdirilməsi yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq. Qeyd olunan fikirlər bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusuna həsr olunan zona müşavirəsində də səsləndirilib.
Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə deyir ki, Zaqatalada kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi düzgün qərardır. Məlumdur ki, tütünçülükdə bir müddət tənəzzül yaranmışdı. Lakin ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hazırda digər ənənəvi sahələr kimi, tütünçülük də yüksək sürətlə inkişaf etdirilir.
Tədbirdə qeyd olundu ki, bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə ötən il rayonda “Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib. Bu sahənin və tütünçülüyə töhfə verən insanların dövlət qayğısı ilə əhatə olunması zəhmət adamlarını daha da ruhlandırır.
İ.Şəfizadə bildirib ki, 2016-cı ildə Zaqatala rayonunda 600 hektar sahədə tütün əkilmişdirsə, cari ildə əkin sahələri artırılaraq 750 hektara çatdırılıb. Ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəyə 12 milyon ABŞ dolları həcmində vəsait daxil olub.
Tütünçülük yerli sakinlərin məşğulluğunun artırılmasına da əhəmiyyətli təsir göstərib. Beləliklə də cari ildə 2265 nəfər mövsümi işə cəlb edilib. Bu günədək sahələrdən 1000 tondan çox yaş tütün dərilərək tütün qəbulu məntəqələrinə təhvil verilib. Hazırkı vəziyyətdə də həmin proses davam etdirilməkdədir.
Rayonda tütün istehsalı sahəsində seçilən çoxsaylı fermer təsərrüfatları formalaşmaqdadır. Fermerlərin arasında Zaqatala rayon Lahıc kənd sakini Xuraman İbiyeva da var. O, Maliyyə-kredit texnikumunun məzunudur. İxtisasca mühasibdir. Dediyinə görə, uzun illər kolxozda ixtisasına uyğun çalışıb. 2004-cü ildən tütünçü fermer kimi fəaliyyətə başlayıb. 2006-cı ildə “İntertobacco” MMC yaradıldıqdan sonra burada ətirli tütün növlərindən “Vircinya”nın əkininə başlanıb. Həmin zamandan da qeyd olunan müəssisə ilə bağlanan müqavilə əsasında bu fəaliyyətlə məşğuldur.
X.İbiyeva deyir ki, cari ildə 40 hektar sahədə “Vircinya”, 10 hektarda isə “İmmun” növlü tütün əkib. Bütün becərmə prosesləri yüksək səviyyədə aparılıb və hazırda tütün dərimi prosesi gedir. Sahədən toplanan tütün yarpaqları qəbul məntəqələrinə təhvil verilir.
Müsahibimizin sözlərinə görə, keçən il 45 hektarda tütün əkini aparıb. Yaşıl kütlə halında 403 ton tütün toplayaraq dövlətə təhvil verib. Ümumi qazancı isə təxminən 50 min manat olub. Bundan başqa, tütün istehsalçılarının maddi marağını artırmaq üçün hər 10 kiloqram yaş tütünə görə 5 qəpik subsidiya ayrılıb. Həmin işlərin icrasına 25 işçi cəlb edilib. Onlar həvalə olunan işlərin öhdəsindən layiqincə gəlməklə, həm də maddi vəziyyətlərinin daha da yaxşılaşmasına nail olurlar.
X.İbiyeva yaradılan şərait hesabına kənddə insanların sosial rifah halının xeyli yüksəlməsini qeyd etdi. O, eyni zamanda, əlavə torpaq sahəsi ayrılacağı halda məhsul istehsalını daha da artıra biləcəyini və daha çox insanı işlə təmin edəcəyini bildirdi.
Cari ilin məhsuldarlığından razılıq edən fermer hektardan 10-15 sentner məhsul gözlədiyini dedi. Bununla belə, subsidiyanın hər kiloqram üçün 5 qəpik olmasının ümumi vəziyyətlərinə xeyli müsbət təsir göstərə biləcəyini nəzərə çatdırdı.
Əli SƏLİMOV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
27 Aprel
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
27 Aprel
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb
27 Aprel
Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb
27 Aprel
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!