22 Noyabr 2023 10:40
456
SİYASƏT
A- A+
Keçmiş hərbi xunta dövlət çevrilişinə hazırlaşır

Keçmiş hərbi xunta dövlət çevrilişinə hazırlaşır

 

Paşinyanla revanşistlərin qarşıdurması daha da gərginləşir

 

Hayastanda Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan sabiq hərbi xunta rejiminin təmsilçiləri yeni qarşıdurma yaratmaqla ölkədə növbəti xaos formalaşdırmaq məqsədi güdürlər. 
Belə ki, baş nazirin son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarından sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. 
Keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Erməni bloqçu Natali Aleksanyan videomüraciətində deyib ki, Robert Koçaryan və Serj Sarkisyan çox sərt üsullarla Hayastanda dövlət çevrilişi təşkil etməyə hazırlaşırlar. Bu, heç kim üçün sürpriz olmamalıdır. Rədd edilmiş quldurların hakimiyyətə gəlmək üçün başqa yolu yoxdur. Onların hakimiyyətə gəlməsinin yeganə yolu dövlət çevrilişidir və indi bunu təfərrüatlı şəkildə hazırlayırlar.
Aleksanyan Hayastan hakimiyyətini sayıq olmağa çağırıb: "Mən dövlətin demonlara (cinlərə) cavab zərbəsi endirməyə hazır olmasını tələb edirəm. Hayastanı dağıtmayana qədər rahatlıq tapmayacaqlar. Ehtiyatlı olun. Bizim öz doğma Hayastanımızı iblislərə verməyə haqqımız yoxdur. Şəxsən mən hər şeyi edəcəm ki, Qarabağın "cənab prezidentləri" Bakı həbsxanasına düşsünlər. Onları orada cəza gözləyir".
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər digər ara qızışdıranların çevriliş etmək xəyalları erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir. 
Azərbaycanla müharibədəki məğlubiyyət Hayastanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub.  Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.
Sarkisyan-Koçaryan koalisiyası hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alacağına ümid bəsləyir. "4rd.am" nəşri yazır ki, Hayastanda hakimiyyət çevrilişi istisna olunmur: "Danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr də gedir. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Hayastan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərb sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirir. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün ola, həm də məqsədəuyğun olmaya bilər. Buna görə də onlar "B planı" tapmağa çalışırlar". 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!