Keçmişini unudanın gələcəyi olmur
Hörmətli redaksiya!
Yaşım 70-i ötsə də, əlimə qələm alıb sizə yazmaq, məni narahat edən fikirlərinizlə bölüşmək istədim. Ötən əsrin çətinliklərini, İkinci dünya müharibəsindən keçən uşaqlığımızı xatırlayıram. Qəribəsi odur ki, bu günkü gənclərin bizim sürdüyümüz ömür, rastlaşdığımız çətinliklər haqqında heç bir anlayışları, məlumatları yoxdur. Buna həm təəccüblənir, həm də təəssüflənirəm.
Müasir gənclərin həyat səviyyəsi yüksəlir, tələbləri də təbii ki, artır. Onlar yaxşı yaşayır, firavan dolanır, bundan da artığına nail olmaq istəyirlər. Ancaq keçmiş unudulduqca uşaqlarımız soy kökündən aralı düşür, güvənc yerlərini də itirirlər. Əslində, ötən nəsillərin çətinliklərini, həyatın pis üzünün nədən ibarət olmasını bilmək bu gün cavanlarımızı torpağa, vətənə daha dərindən bağlayar. Təəssüf ki, bu istiqamətdə kütləvi informasiya vasitələri demək olar ki, heç bir fəaliyyət göstərmirlər. Mövcud telekanallar bəsit şoulara daha böyük üstünlük verirlər. Bu söz, şou burulğanında ən vacib milli dəyərlərimiz, ən gözəl əxlaqımız iflasa uğrayır.
Öz uşaqlığımı xatırlayıram - qazmada yaşayardıq. Babat işığı, pəncərəsi də olmazdı. Qazmanı nəinki indiki evlərlə, hətta tövlə ilə belə, müqayisə etmək mümkün deyil. Bizə başqasının paltarını geyindirərdilər, elə sevinərdik ki, elə bil təp-təzədir. Dolanışıq da asan deyildi. Valideynlərimizin qazandığı bir tikə çörəyə də min dəfə şükür edərdik. Kiçicik ovuntu belə, süfrədən kənara düşəndə öpüb gözümüzün üstünə qoyardıq.
Nəvələrimə bu haqda danışıram ki, həyatın tərs üzü haqqında anlayışları olsun. Amma gərək bunu telekanallar eləsin. Gəncləri maarifləndirsin və tərbiyələndirsin.
Yəni, boş tərifdənsə, tutarlı müqayisələr aparsınlar, mənasız şüarlardansa zamanlar arasındakı fərqləri və təzadları araşdırsınlar. Daha çox yüksək əxlaqı, mənəviyyatı olan və bəşəri dəyərlərə qiymət verə bilən müxtəlif sənət adamlarını, elm və bilik sahiblərini efirə çıxarsınlar. Telekanalları şoumenlərin əsarətindən qurtarsınlar.
Yeni söz, iti ağıl dövlətçiliyin özülünə atılan binə daşı qədər güclü və etibarlıdır.
Əhməd RÜSTƏMOV,
Xaçmaz rayon Ağsaqqallar Şurasının sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!