05 Dekabr 2019 01:01
733
İQTİSADİYYAT
A- A+
Kartofçuluq tovuzluların əsas gəlir mənbəyinə çevrilir

Kartofçuluq tovuzluların əsas gəlir mənbəyinə çevrilir


Son illər ölkədə kartof istehsalında öndə gedən tovuzlular bu il də sahələrdə bol məhsul yetişdirmişlər. Keçən il 6 min 600 hektarda kartof əkən rayon sakinləri 144 ton məhsul istehsalna nail olmuşlar.

Əkinçilər faraş kartof istehsalında da fərqlənmişlər. İstixanalarda yetişdirilmiş 2542 ton məhsulun satışından 3 milyon 800 manat gəlir götürən fermerlər cari ildə bu göstəricini xeyli yaxşılaşdırmışlar.

Bu il əvvəlki illərdən fərqli olaraq əkin sahələri bir qədər azaldılaraq intensiv texnologiyaya üstünlük verilmişdir. Belə ki, 5 min 112 hektar sahədə daha məhsuldar toxum sortları əkilmişdir. Bunun üçün Rusiya, Türkiyə və Ukraynadan 2 min 270 ton kartof toxumu gətirilmişdir. Hazırda yığım davam edir. Fermerlər indiyədək sahələrdən 158,7 min tondan çox məhsul toplamışlar. Hər hektardan 250 sentner kartof yığılmışdır.

Əvvəlki illərdən fərqli olaraq builki əkinlərin 90 faizi kənd təsərrüfatı texnikasının köməyi ilə aparılmışdır. Kartofsəpən texnikanın təxminən 100 nəfərin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirməsini nəzərə alsaq, bunun istehsal olunan məhsulun maya dəyərinə nə qədər xeyri olduğunu təsəvvür etmək çətin deyil. Bundan başqa, təsərrüfat sahiblərinin dediklərinə görə, texnika ilə becərilən sahələrdə məhsuldarlıq da yüksək olur.

Rayonda ən çox kartof əkən kəndlərdən biri Əyyubludur. Burada əhalinin 90 faizi kartof əkir. Kənddə 2 min hektar əkin sahəsinin yarısında kartof yetişdirilir. Kartofçuluq üçün əlverişli olan əkin sahələrinin hər hektarından 40 tondan çox məhsul götürülür. Yığılan kartofun bir hissəsi sahədə satılır. Qalanı kənddə olan soyuducu anbarda saxlanılır.

Bozalqanlı kəndindən olan fermer Kamal Ələkbərov keçən il 94 hektar sahənin hər hektarından 45 ton məhsul götürmüşdür. O, bu il intensiv texnologiyaya üstünlük verməklə əkin sahələrini 100 hektara çatdırmışdır. Fermerlə söhbətdən məlum oldu ki, mövsüm ərzində təsərrüfatda 200 nəfərdən artıq işçi qüvvəsi çalışır. Əkin sahələrinin suvarılması çiləyici aqreqatlarla aparılır. Təsərrüfatda inşa edilmiş 3 min tonluq soyuducu anbar məhsulu uzun müddət saxlamağa imkan verir. Təsərrüfatda bu yaxınlarda daha bir 3 min tonluq soyuducu anbarın tikintisinə də başlanmışdır.

Dönük Qırıqlı kəndinin sakini Elçin Əliyev də əvvəlki illərdən fərqli olaraq bu il kartof istehsalında yüksək göstəriciyə nail olub. 70 hektarda kartof əkən fermer nəzərdə tutduğundan çox məhsul əldə edib. Dedi ki, kartofçuluq hər il ona xeyli gəlir gətirir. Bu sahədən götürdüyü qazancla yaxşı ev-eşik qurub.

Əyyublu kəndində kartofçuluqla məşğul olan Fərrux Qurbanov da qazancdan razıdır. Kartofun satışından əldə etdiyi gəlir ailəsinin dolanışığını artıqlaması ilə təmin edir. Fermer deyir ki, keçən il hər hektardan 35 ton məhsul götürməsi onu daha da ruhlandırmış və əkin sahəsini bir qədər də genişləndirərək 1,5 hektara çatdırmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!