02 Fevral 2024 12:05
3974
Səhiyyə
A- A+
Kardioloq: Soyuq hava ürək xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər

Kardioloq: Soyuq hava ürək xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər

 

“Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər, sinir sistemi xəstəlikləri olanlarda təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər”.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli deyib. Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssas qrup mərkəzi sinir və ürək damar sistemi xəstələridir.

“Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan surətli soyuq şimal və cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödəmi hallarının başvermə ehtimalı olur. Sözügedən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tezyorulma, başgicəllənmə, əzələ, oynaq ağrıları və digərləri müşahidə olunur. Məhz bu səbəbdən sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər”,- deyə kardioloq bildirib.

R.Yusifli soyuq havada bu kimi halların baş verməsinin səbəbləri haqda danışıb: “Soyuq hava ilə nəfəs almaq orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmı yaradır. Yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir. Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir”.

Kardioloq küçədə ürək tutması baş verən şəxsə ilkin tibbi yardımın vacib olduğunu qeyd edib: “Əgər ürəktutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır. Bu halda xəstəni uzatmaq və ayaq hissəsini bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır. Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 santimetr basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!