14 Avqust 2023 17:08
1493
Mədəniyyət
A- A+
Kamal Talıbzadə - 100

Kamal Talıbzadə - 100

 

Azərbaycan Prezidentinin sərəncamı ilə 100 illik yubileyi respublikamızın elm və  təhsil ocaqlarında böyük təntənə ilə qeyd edilən Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakıda, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ailəsində dünyaya göz açıb. 
Kamal Talıbzadənin həyat və yaradıcılıq yolunun cığırı məhz atasının bədii və nəzəri-tənqidi irsindən başlayır və onun ədəbi-tənqidi görüşləri Abdulla Şaiqin nəzəri irsinin təsiri ilə formalaşıb. 
O, 1940-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurub. Onun ilk müəllimi, həmişə adını hörmət və minnətdarlıq hissi ilə andığı məşhur qəzəl şairi Məşədi Azər Buzovnalı, bütün şagirdləri kimi, balaca Kamala da hələ ibtidai sinifdə oxuduğu vaxtdan ədəbiyyata vurğunluq hissini aşılamışdı. O, orta məktəbi bitirdiyi il Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub.
Universitetdə təhsilini uğurla başa çatdıran Kamal Talıbzadə 1945-ci ildə “XX əsr Azərbaycan romantizmi və M.Hadi” mövzusunda diplom işini hazırlayıb və müvəffəqiyyətlə müdafiə edib.
Kamal Talıbzadə Universiteti bitirdikdən sonra sənədlərini aspiranturaya verir və qəbul edilir. Elə o vaxtdan elmi fəaliyyətini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayır. Aspiranturada təhsil aldığı illərdə professor Mir Cəlalın elmi rəhbərliyi altında “A.Səhhətin həyatı və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir, 1949-cu ildə isə onu müvəffəqiyyətlə müdafiə edir. Kamal Talıbzadənin bu ilk fundamental tədqiqat əsərini görkəmli sənət və elm xadimləri - S.Vurğun, M.Hüseyn, Mir Cəlal, C.Xəndan, Ə.Sultani və başqaları elmdə əhəmiyyətli yenilik kimi dəyərləndiriblər. 
Çalışdığı kollektivin yüksək rəğbətini qazanan alim 1952-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun XIX – XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə layiq görülür. Bu şöbəyə rəhbərlik etdiyi illər ərzində Kamal Talıbzadə yeni bir elmi istiqamətdə, ədəbi əlaqələr yönümündə “Qorki və Azərbaycan” mövzusunda monoqrafiya üzərində işləyir. 1959-cu ildə tamamlanıb nəşr olunan bu monoqrafiya elmi ictimaiyyətin böyük marağına səbəb olur.
1960-cı ildə Kamal Talıbzadəyə etimad göstərib, onu Nizami adına Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Bu vəzifədə işlədiyi iyirmi ildən artıq müddət ərzində o, institutun elmi işləri, elmi tədqiqat planlarının müəyyənləşdirilməsi və icrası kimi mürəkkəb bir prosesə böyük məharətlə rəhbərlik edir. 
Ötən əsrin 60-cı illərdə Kamal Talıbzadənin çoxsahəli elmi yaradıcılığı həm də ədəbiyyatşünaslığın daha bir vacib sahəsinin tədqiqi ilə zənginləşib. Ədəbi-elmi ixtiraların on ilini klassik ədəbi-estetik fikrin tarixi haqqında monumental tədqiqata həsr edən Kamal Talıbzadə 1965-ci ildə “XX əsr Azərbaycan ədəbi tənqidi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 
Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatının aktual problemlərindən bəhs edən 400-dən artıq məqaləsi “Ədəbi irs və varislər” (1974), “Sənətkarın şəxsiyyəti” (1978), “Tənqid və tənqidçilər” (1989), “Seçilmiş əsərlər” (iki cilddə: 1991, 1994) kitablarında toplanıb. “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti” kitabları alimin 70-ci illərdəki ədəbi tənqidi görüşlərini özündə əks etdirir.
Görkəmli tənqidçinin elmi yaradıcılığında ötən əsrin 80-ci illəri əhəmiyyətli bir mərhələ kimi diqqəti cəlb edir. “Abbas Səhhət”, “XX əsr Azərbaycan ədəbi tənqidi (1905-1917-ci illər)” monoqrafiyalarının təkmilləşdirilmiş yeni nüsxələri məhz bu illərdə işıq üzü görüb. Kamal Talıbzadənin milli ədəbi-estetik fikrin tarixinə dair tədqiqatının əsaslı şəkildə işlənib təkmilləşdirilən yeni nüsxəsinin – “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyasının nəşri (1984) ədəbi ictimaiyyətdə böyük maraq doğurub. Əsər nəinki Azərbaycan, SSRİ xalqları, eləcə də xarici ölkələrin ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib, 1986-cı ildə daha böyük diqqətə - Respublika Dövlət mükafatına layiq görülüb.
1980-ci ildə tədqiqatçı Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. Alim 1986-cı ildə Dövlət mükafatına layq görülüb. Bu ali məqamlara qədər də Kamal Talıbzadənin yaradıcılığı, elmi təşkilatçılığı layiqincə dəyərləndirilib. O, yüksək vəzifələrə təyin olunub, fəxri adlara layiq görülüb. “Bilik Cəmiyyəti” 1968, 1985-ci illərdə, Azərbaycan Elmlər Akademiyası 1993-cü ildə alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə “Fədakar əməyə görə”, 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın “Əmək veteranı” medalları ilə təltif edilib, “Əməkdar elm xadimi” (1982), “Qabaqcıl maarif xadimi” (1983) fəxri adlarını alıb. 1998-ci ildə tədqiqatçı “Qızıl Qələm” mükafatına və “Kamaliyyə” diplomuna layiq görülüb. 

Rəhman SALMANLI,
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!