İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
Hər bir dövlətin ixrac potensialının yüksək olması müsbət iqtisadi göstəricilərin təzahürüdür. Xarici ticarət dinamikasının yüksək templə artması həm də ölkənin maliyyə və iqtisadi dayaqlarının möhkəm olmasını təmin edən faktorlardandır. Azərbaycanın xarici ticarətdə ili müsbət saldo ilə başa vurması da ölkəmizin iqtisadi sahədəki dinamikasının müsbət tendensiyası kimi başa düşülməlidir.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar sırasında xarici ticarətdə əldə olunan nailiyyətin əhəmiyyətini də vurğulayaraq demişdir: "...Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir".
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 184 dövlətindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 121 ölkəyə məhsul ixrac edilmiş, 172 ölkədən isə idxal olunmuşdur. Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 51 milyard 229,2 milyon, o cümlədən ixracın dəyəri 38 milyard 347,7 milyon, idxalın dəyəri 12 milyard 881,5 milyon dollar təşkil etmiş, nəticədə 25 milyard 466,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Həmin dövrdə keçən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7, real ifadədə 7,9, o cümlədən ixrac 11,2, idxal isə 1,2 faiz artmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumata əsasən, xarici ticarət dövriyyəsinin 91,3 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, Birləşmiş Krallıq, Xorvatiya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, İndoneziya, Ukrayna, Qazaxıstan, ABŞ, Vyetnam, İsveçrə, Tunis, İran, Rumıniya, Türkmənistan və İrlandiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə bir çox məhsulun ölkəyə idxalı xeyli azalmışdır. Həmin məhsulların çeşidlərinə diqqət yetirdikdə məlum olur ki, onlar qeyri neft-qaz sektoruna aid məhsullardır. Səbəblər müxtəlif ola bilər. Məsələn, bir çox məhsula ölkə daxilində tələbatın azalmasını göstərmək olar. Sözsüz ki, əsas səbəb qeyri neft-qaz sektorunun inkişafı ilə bağlıdır. Yəni daxili istehsal artdıqca idxala olan ehtiyac azalır.
İxracın strukturuna diqqət yetirdikdə isə görürük ki, neft-qaz məhsulları ilə yanaşı, qeyri neft-qaz məhsullarının ixracının tərkibi də artmaqdadır. Hesabat dövründə ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və ondan hazırlanan məmulatların, şəkərin, bitki yağlarının, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil etmişdir.
Keçən ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9, real ifadədə 4,8 faiz artaraq 2 milyard 688,4 milyon dollara bərabər olmuşdur. Bir daha qeyd edək ki, xarici ticarətdə qeyri neft-qaz məhsullarının ixracının dinamik artımı bu istiqamətdə aparılan islahatların sayəsində mümkün olmuşdur.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!