02 İyul 2026 11:29
182
CƏMİYYƏT
A- A+
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib 

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib 

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarəolunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırlanmış Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarəolunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan ərazisində yerləşən serverlərdə saxlanılır.

Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda 35, rayonlarda 36 dərəcəyədək isti olacaq

13:34
02 İyul

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

13:32
02 İyul

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

13:31
02 İyul

Azərbaycanın sülh təşəbbüsü Avropa İttifaqı tərəfindən də dəstəklənir

13:27
02 İyul

ABŞ İraqa dollar göndərişlərini bərpa edib  

12:05
02 İyul

Rusiya və Ukraynanın qarşılıqlı hava zərbələri nəticəsində mülki əhali arasında itkilər var  

11:47
02 İyul

Dünya çempionatında 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək

11:45
02 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:36
02 İyul

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib 

11:29
02 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

11:21
02 İyul

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib  

11:14
02 İyul

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb  

11:03
02 İyul

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

11:00
02 İyul

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes-forumu işə başlayıb  

10:56
02 İyul

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

10:43
02 İyul

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

10:34
02 İyul

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

10:16
02 İyul

Azərbaycan nefti 72 dollara satılıb 

10:01
02 İyul

Tofiq Musayev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

09:48
02 İyul

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!