26 Fevral 2026 16:26
160
CƏMİYYƏT
A- A+
İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  


Prezident İlham Əliyevin fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolunun transformasiyasının və ABŞ-nin regiondakı əsas strateji tərəfdaşlarından biri kimi çıxış etməsinin mühüm göstəricisi oldu.

Bu barədə AZƏRTAC-a İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti və beynəlxalq ekspert Karlo Marino bildirib.

Ekspert qeyd edib ki, dövlət başçısının ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti ilə Sülh Şurasının iclasında iştirakı protokol diplomatiyasından daha da irəli gedir və Azərbaycan-Amerika münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başladığını göstərir. O qeyd edib ki, Sülh Şurası Cənubi Qafqazda strateji yaxınlaşmanı möhkəmləndirmək üçün institusional platformaya çevrilib, Soyuq müharibənin bitməsindən bəri regionda ən əhəmiyyətli geosiyasi dəyişikliklərdən biridir.

Agentliyin həmsöhbəti fevralın 10-da Bakıda ABŞ və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını xatırladaraq bildirib ki, bu sənəd ikitərəfli münasibətləri əsasən enerjiyə yönəlmiş formatdan çoxşaxəli strateji ittifaqa çevirir. O qeyd edib ki, Xartiya dörd əsas sahədə - iqtisadiyyat və ticarət, enerji, süni intellekt və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələrində işçi qruplarının yaradılmasını nəzərdə tutur. Ekspert əlavə edib ki, üç ay ərzində konkret yol xəritələri və birgə layihələrin siyahısının təqdim edilməsi planlaşdırılır.

Karlo Marino qeyd edib ki, sənədin əhatə dairəsi onu xüsusilə əhəmiyyətli edir. Neft və qaz sektorundakı ənənəvi əməkdaşlıqla yanaşı, mülki nüvə enerjisi, vacib mineralların tranziti və elektrik enerjisi bazarlarının inteqrasiyası sahələrində əməkdaşlıq da nəzərdə tutulur. Ekspert vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq Azərbaycanın Avropa üçün enerji tərəfdaşı kimi etibarlılığını sübut edib və yeni Xartiya onilliklər ərzində uzunmüddətli tərəfdaşlığın təməlini qoyur.

Onun sözlərinə görə, sənəddə rəqəmsal transformasiyaya xüsusi diqqət yetirilir. Buraya süni intellekt, kibertəhlükəsizlik, kosmik sənaye sahəsində əməkdaşlıq və dövlət-özəl tərəfdaşlığı vasitəsilə Azərbaycanda süni intellekt data mərkəzlərinin yaradılması daxildir. Assosiasiyanın vitse-prezidenti əlavə edib ki, bu, rəqəmsal infrastruktur və məlumatlar üzərində nəzarətin qarşıdakı illərdə geosiyasi rəqabətdə əsas amilə çevriləcəyi və Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın rəqəmsal mərkəz kimi mühüm rol oynamaq potensialına malik olması anlayışını əks etdirir.

Karlo Marino, həmçinin qeyd edib ki, Azərbaycanın Sülh Şurasının təsisçi üzvü olmağa dəvət edilməsi onun sülh və sabitliyin təşviqindəki rolunun tanınmasıdır. O, bu kontekstdə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında çərçivə sülh sazişinin imzalanmasında ABŞ-nin fəal vasitəçiliyinin və Bakının ərazi bütövlüyünü bərpa etdikdən sonra siyasi və diplomatik mexanizmlər vasitəsilə sülhü möhkəmləndirmək istəyinin əhəmiyyətini qeyd edib.

Avropa meyarı prizmasından danışan ekspert vurğulayıb ki, ABŞ ilə Azərbaycan arasında dərinləşən strateji tərəfdaşlığın İtaliya üçün də mühüm əhəmiyyəti var. İtaliya Avropa İttifaqında Azərbaycanın aparıcı tərəfdaşı olaraq qalır və ənənəvi olaraq, enerjiyə əsaslanan ikitərəfli münasibətlər hazırda təhlükəsizlik, təhsil və strateji dialoq sahələrini də əhatə edir.

Karlo Marino bildirib: “Azərbaycanın neft və qaz təchizatı ölkəmizin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, əməkdaşlıq enerji təchizatından kənara çıxır. İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında humanitar və təhsil əlaqələrinin inkişafına mühüm töhfə olub”.

İtaliyalı ekspert müsahibənin sonunda xatırladıb ki, yanvar ayında Bakıda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilib. Görüşdə alternativ enerji, nəqliyyat əlaqələri və təhsil sahələrində layihələr müzakirə olunub. O qeyd edib ki, əldə edilən razılaşmalar Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında əlavə stimul olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatasının kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

16:33
26 Fevral

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib

16:28
26 Fevral

Nazir: Orta Dəhlizin səmərəliliyinin artırılması Cənubi Qafqazın regional ticarətdə rolunu daha da artıracaq  

16:27
26 Fevral

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Vaşinqtona səfəri Xəzər regionunun yeni geosiyasi kursunu nümayiş etdirir  

16:26
26 Fevral

Nazir: Türkiyə-Azərbaycan-Gürcüstan arasında süni intellekt sahəsində əməkdaşlığın artacağına inanırıq  

16:10
26 Fevral

Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub

16:09
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-2

16:07
26 Fevral

Finlandiyada Xocalı soyqırımı ilə bağlı kampaniya həyata keçirilir 

16:01
26 Fevral

Sloveniya paytaxtında Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

15:48
26 Fevral

“Sabah” qəzeti: Xocalı ağrısı Türk dünyasının yaddaşında silinməz izlər buraxıb  

15:34
26 Fevral

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib  

15:32
26 Fevral

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır  

15:18
26 Fevral

Ombudsman Aparatının kollektivi “Ana harayı” abidəsini ziyarət edib

15:13
26 Fevral

AFFA İntizam Komitəsi “Kəpəz”in futbolçusunu cəzalandırıb

15:01
26 Fevral

Kvirikaşvili: Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu dostluğumuzu daha da möhkəmləndirəcək  

14:52
26 Fevral

Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ikitərəfli əlaqələri müzakirə edib  

14:45
26 Fevral

“Diplomatic World Sweden” saytında Xocalı faciəsi haqqında məqalə dərc edilib  

14:44
26 Fevral

Estoniyalı parlamentarilər Xocalıda törədilən bəşəri cinayəti qətiyyətlə pisləyən bəyanat yayıblar

14:43
26 Fevral

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

14:33
26 Fevral

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

14:27
26 Fevral

Media: Ağ Ev hərbi əməliyyatların İranı güzəştə getməyə məcbur edəcəyinə inanır

14:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!