08 Fevral 2025 09:00
627
İQTİSADİYYAT
A- A+
İstiqamət dəyişmir

İstiqamət dəyişmir


İxracda qeyri-neft məhsullarının çəkisi artır


Hər bir ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri də onun ixrac potensialı ilə ölçülür. İxracın yüksək olması o deməkdir ki, ölkədə rəqabətə davamlı müxtəlif mal və məhsullar istehsal edilir. Bu isə həm də o ölkənin valyuta ehtiyatlarının artması və maliyyə sabitliyi deməkdir. 

Azərbaycan dünyada xarici ticarət əməliyyatlarında saldosu müsbət olan azsaylı ölkələr sırasındadır. Ölkəmiz ötən ilin 11 ayını xarici ticarətdə 5 milyard 270,3 milyon müsbət saldo ilə başa vurub. Dünya iqtisadiyyatının indiki durumunda, yəni baş verən mənfi tendensiyalar fonunda bu çox önəmli faktdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ötən il üzrə "İxrac icmalı"na əsasən, il ərzində Azərbaycanın qeyri-neft-qaz məhsulları ixracının dəyəri 3,4 milyard dollar olub. Keçən il ölkə üzrə yeyinti məhsullarının ixracının dəyəri 11,3 faiz artaraq 1,03 milyard dollara çatıb. İl ərzində həmçinin şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 62,4, pambıq lifi - 45,2, bitki mənşəli yağlar və piylər - 32,8, qiymətli metallar - 29,2, kimya sənayesi məhsulları - 18,3, spirtli və spirtsiz içkilər - 14,3, çay - 1,6, qara metallar - 1,9, alüminium və ondan hazırlanan məmulatlar - 1 faiz artıb. Ümumiyyətlə, ölkə üzrə aqrar məhsullarının ixracında 2,8, aqrar-sənaye məhsullarının ixracında 57,3 faiz artım qeydə alınıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 14,1 faiz artaraq 1,11 milyard dollar təşkil edib.

Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci, tomat (pomidor) ikinci, qızıl üçüncü olub. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan,  İsveçrə, ABŞ isə qeyri-neft sektoruna aid mal ixracında əsas ticarət partnyorlarımızdır.

2024-cü il üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Silk Vey Vest Aviaşirkəti" MMC, "ASG Business Aviation" MMC, "Baku Steel Company" QSC, Süleymanova Göhər Süleyman qızı, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Tabaterra" QSC, "Khan-El" MMC, "Atena" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Daha sonra siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma zavodu" ASC, "Azəripək" MMC kimi şirkətlər yer alıblar. 

Ötən il habelə "Azərkosmos" tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. Dekabr ayında isə "Azərkosmos" dünyanın 40 ölkəsinə 1,6 milyon dollarlıq xidmət göstərib. İl ərzində "Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Pakistan və Türkiyə kimi ölkələr istifadə edib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!