25 Avqust 2026 14:02
83
DÜNYA
A- A+
"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  


Xəbər verildiyi kimi, Ukraynanın Müstəqillik Günündə Birləşmiş Krallıq və Fransanın həmsədrlik etdiyi dövlətlər birliyi olan "İstəklilər koalisiyası"nın liderləri Rusiyanın silahlı təcavüzünə qarşı mübarizədə və effektiv təhlükəsizlik zəmanətləri hazırlamaqda Ukraynaya dəstək olmaq üçün Kiyevdə toplaşdılar.

Görüşdə 30 tərəfdaş ölkənin liderləri iştirak etmişlər. Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Avropa Şurasının prezidenti Antonio Kosta, Finlandiya Prezidenti Aleksandr Stubb, Litva Prezidenti Gitanas Nauseda, İsveçin xarici işlər naziri Maria Malmör Stenergård, Latviyanın Baş naziri Andris Kulberqs, Lüksemburqun Baş naziri Lük Friden və Moldova Prezidenti Maya Sandu Ukrayna paytaxtına gəlmişlər. Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz isə görüşə videobağlantı vasitəsilə qoşulmuşlar.

Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında bildirib: "Bu gün Ukrayna həm hərbi, həm də enerji dəstəyi paketləri aldı... Biz Ukraynaya davamlı dəstəyi müzakirə etdik. Hava hücumundan müdafiə prioritet olaraq qalır".

Görüşdə əsas mövzular qış üçün Patriot sistemi raketlərinin çatdırılması, Ukrayna müdafiə qüvvələri üçün 27 milyard dollarlıq maliyyə çatışmazlığının aradan qaldırılması, Qara dənizin blokdan çıxarılması və Freyja anti-ballistik raket layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi olub.

Endi Börnhem Britaniyanın Baş naziri kimi ilk xarici səfərinə - Kiyevə əliboş gəlməmişdi. O, Rusiyanın raket zərbələrinə qarşı durmağa kömək edəcək texnologiyaların verilməsinə söz verib. Məsələn, Böyük Britaniya Ukraynaya uzaq mənzilli raket istehsalı texnologiyasını verəcək. London Avropa müdafiə şirkəti MBDA-ya Britaniyanın "Storm Shadow" raketinin fransız versiyası olan SCALP raketinin Britaniya komponentləri haqqında məxfi məlumatları Ukrayna ilə bölüşməyə icazə verib.

Fransa öz növbəsində "İstəklilər koalisiyası"nın genişmiqyaslı birgə hərbi təlimlərinin bu ilin oktyabr və noyabr aylarında keçiriləcəyini açıqlayıb. Bu barədə məlumat verən Prezident Emmanuel Makron təlimləri müharibə bitdikdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi ilə əlaqələndirib və deyib: "Təhlükəsizlik zəmanətləri məsələsində qətiyyətimizi və hazırlığımızı nümayiş etdirməyə davam etmək çox vacibdir. Oktyabr və noyabr aylarında keçiriləcək genişmiqyaslı təlimlər koalisiyanın əməliyyat hazırlığını və hərbi əməliyyatların dayandırılmasından sonra hərəkət etmək qabiliyyətini nümayiş etdirəcək. Ukrayna danışıqlara başlamaq qərarına gələrsə, bu, gələcək danışıqların əsas elementidir. Bunun üzərində kollektiv şəkildə işləməyimiz çox vacibdir"

Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Tədqiqatları Mərkəzinin baş məsləhətçisi İvan Us hesab edir ki, görüşün əsas nəticəsi təhlükəsizlik zəmanətləri mövzusunun unudulmaması olub. O, "Alman dalğası"  radiostansiyasına bildirib: "Ən əsası odur ki, bu məsələ unudulmamışdır. Bəzən elə görünür ki, hamı bu koalisiyanı unudub. Lakin bu görüş məsələnin aktuallığını qoruyub saxladığını göstərir".

"İstəklilər koalisiyası"nın görüşü Ukrayna üçün bəzi praktik nəticələr Verdi. Lakin təhlükəsizlik zəmanətləri və ya danışıqlar prosesində Avropanın iştirakı ilə bağlı böyük bir irəliləyişdən danışmaq hələ tezdir”. Bu fikri söyləyən "Ukrayna Prizması" analitik mərkəzinin eksperti və Kiyev-Mogila Akademiyasının mühazirəçisi Oleksandr Krayevin dediyinə görə, Ukrayna hələlik görüşdən mümkün olan maksimumu əldə etməyib. Çünki əsas problem iştirakçı ölkələrin bəyanatlardan konkret hərəkətlərə keçmək istəksizliyidir.

Əsas məsələlərdən biri mümkün atəşkəsdən sonra Avropa dövlətlərinin hərbi kontingent göndərmək istəyidir. O.Krayev xatırladıb ki, Birləşmiş Krallıq və Fransa uzun müddətdir  bu variantı nəzərdən keçirməyə hazır olduqlarını bildirirlər. Ekspert qeyd edib ki, "İstəklilər koalisiyası"nın hərəkətə keçməyə hazır olacağını gözləyirik. Onun sözlərinə görə, təxminən bir il yarım əvvəl London və Paris atəşkəs razılaşmasından sonra daimi əsasda kontingent göndərmək imkanını müzakirə ediblər. Hətta hərbi əməliyyatların bitməsindən əvvəl onların mövcudluğu ehtimalı da müzakirə olunub. Lakin O.Krayev qeyd edir ki, o vaxtdan bəri bu istiqamətdə heç bir əhəmiyyətli irəliləyiş yoxdur. Buna görə də, o, görüşün tam uğurundan danışmağın üçün hələ tez olduğunu düşünür. Ukrayna üçün isə tərəfdaşlarının siyasi bəyanatlarının real təhlükəsizlik mexanizmlərinə çevrilməsi vacibdir. 

Sonda qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski "İstəklilər koalisiyası"nın növbəti iclasının sentyabr ayında keçiriləcəyini bildirib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəran hadisələrinin ildönümü anılıb  

14:20
25 Avqust

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

11:30
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq  

11:23
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!