25 Avqust 2026 13:50
60
SİYASƏT
A- A+
Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir


“Avqustun 26-da Laçın şəhərinin dövlətimizin nəzarətinə keçməsindən dörd il ötür. Bu tarix respublikamızda Laçın Şəhəri Günü kimi qeyd olunur”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçın şəhərinin nəzarətə götürülməsi xəbərini verməklə bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

O qeyd edib ki, Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu  1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsi oldu.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın hazırda özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Prezident İlham Əliyev Laçına səfərlərinin birində deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

“Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş  ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Həkəri çayının kənarında salınan bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Bir sözlə, Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir”,- deyə Samir Vəliyev vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

11:30
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq  

11:23
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!