13 Oktyabr 2024 09:45
1241
SİYASƏT
A- A+
İstefalar Ermənistanı yeni xaosa sürükləyir 

İstefalar Ermənistanı yeni xaosa sürükləyir 


Revanşist keşişin başçılıq etdiyi etirazlar istənilən effekti vermir


Ermənistanda son günlərdə baş tutan istefalar bu ölkədə ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir. Yerli mətbuatın yazdığı xəbərə görə,  Ermənistanda yüksəkvəzifəli şəxslərin istefası hələ də davam edəcək.

Xatırladaq ki, bir müddət əvvəl keçmiş ədliyyə naziri Qriqor Minasyanın müavini Sirvard Gevorqyan istefa verdiyini açıqlayıb. Gevorqyan qərarını iki müxalif siyasi düşərgənin təzyiqi və manipulyasiyası ilə izah edib və qeyd edib ki, o öz mövqeyini qorumaq üçün dostlarını və həmkarlarını təhlükəyə atmağa hazır deyil. Gevorqyanın istefası hakim fraksiya deputatlarının istefasını tələb etdiyi ədliyyə naziri Qriqor Minasyana təzyiqlər fonunda baş verib. 

Oktyabrın 1-də isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa vermişdi. Bu ayın 11-də isə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan tutduğu vəzifədən istefa ərizəsi yazıb. Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, Tashir Group və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb. Oktyabrın 10-da Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olub.

Ermənistanda istefa zəncirinin növbəti halqası isə iqtisadiyyat nazirinin müavini Narek Teryan olub. Teryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb. Teryan 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın qərarı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Bu günlərdə həmçinin Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu sektora cavabdeh şəxslər kəskin tənqid edilib.

Erməni analitik Manvel Levonyan istefalar fonunda hesab edir ki, Paşinyan və komandasının həll etməsi vacib olan ciddi problemlər var: "Müharibədəki məğlubiyyətdən sonra Paşinyanı çevriliş yolu ilə hakimiyyətə gətirən cəmiyyət ondan inqilabi islahatlar və Ermənistanı böhran bataqlığının içindən çıxarmağı gözləyir. Lakin erməni ekspertlər bu barədə pessimistdirlər. Hesab edilir ki, Nikol Paşinyanın komandası tərəfindən konkret nəticələrin əldə edilməsinə hesablanmış təbliğat tezisləri praktikada müsbət nəticələrin əldə edilməsinə imkan verməyəcək. Hesab edilir ki, Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə keçmiş hakimiyyətin siyasətini davam etdirsə, Ermənistanda daha böyük problemlər yaranacaq".

İndi sual olunur, hazırda hakimiyyətdə olanlar xalqın istədiklərini onlara verə bilmək bacarığına malikdirlərmi? Gedən istefalar və daxili qarşıdurma fonunda belə görünür ki, yox. Belə olan təqdirdə aydın məsələdir ki, xalqın tələbləri yerinə yetirilməyəcək. Yəni Ermənistanda yoxsulluq, korrupsiya, işsizlik əvvəlki qaydasında davam edəcək. 

Bu arada Ermənistanda revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxsa da, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər.  Keçmiş hərbi xunta iqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə olduğunu iddia edir. Bütün bunlar isə, əslində, yenidən qarşıdurma yaratmaqla ölkədə növbəti xaos yaratmaq məqsədi güdür. Belə ki,  son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda keçmiş hərbi xuntanın revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. 

Hələ ki, keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi "Müqəddəs mübarizə" adlı təşkilatın etirazları istənilən effekti vermir. Kifayət qədər kütləvilik təmin edilmədiyindən revanşistlərin növbəti planları da fiaskoya uğramaqdadır. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!