25 May 2023 19:30
374
DÜNYA
A- A+

İstanbuldakı sərgiyə 90 ölkədən 30 mindən çox dantist gəlib


İstanbul Ağız  boşluğu və diş sağlamlığı, cihaz və materialları sərgisi (IDEX 2023) 90 ölkədən 30 minə yaxın ziyarətçini bir araya gətirib. Tədbir İstanbul Sərgi Mərkəzində 18-ci dəfədir keçirilir.
Bu barədə tədbirin təşkilatçısı olan Stomatoloji Məhsullar İstehsalçıları və Sahibkarları Assosiasiyası (DİŞSİAD) məlumat yayıb.
Sərgi kapitalı 1 milyard dollara qədər olan dünyanın aparıcı stomatoloji şirkətləri üçün ən böyük platforma hesab olunur.
Ötən il sərgi rekord sayda - 25 min nəfərə qədər xarici iştirakçıya evsahibliyi edib. 
Bu il tədbirdə 122-si xaricdən olmaqla 500-dən çox şirkət iştirak edir.
Dörd gün davam edəcək sərgi çərçivəsində dünyanın aparıcı stomatoloqlarının iştirakı ilə ustad dərsləri və təqdimatlar təşkil olunacaq. DİŞSİAD rəhbəri Erkan Uçarın dediyinə əsasən,  stomatologiya sektorunda yerli istehsalın səviyyəsi son dörd ildə 8 faizdən 20 faizə yüksəlib.


Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video