13 Oktyabr 2026 17:52
208
DÜNYA
A- A+
Panamada 6 maqnitudalı zəlzələ baş verib  

Panamada 6 maqnitudalı zəlzələ baş verib  


Panamada 6 maqnitudalı zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib. Fəlakətdən ən çox Los-Santos, Kokle, Veraquas və Errera əyalətləri zərər çəkib. Yeraltı təkanlar nəticəsində 900-ə yaxın evin zədələndiyi, ən azı 27 nəfərin yaralandığı bildirilir. Həlak olanlar barədə məlumat yoxdur. Yerli hakimiyyət orqanları uzaq yaşayış məntəqələrində araşdırmalar aparıldıqdan sonra xəsarət alanların sayının artacağını istisna etmir. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının məlumatına görə isə zəlzələnin maqnitudası 6,1 təşkil edib və episentri La Çorrera şəhərindən 144 kilometr qərbdə qeydə alınıb. Qeyd edək ki, oktyabrın 9-da ölkədə 7,7 maqnitudalı daha bir güclü zəlzələ baş vermişdi. Həmin vaxt mərkəzi əyalətlərdə yüzlərlə ev və infrastruktur obyekti zədələnmiş, 300-dən çox afterşok qeydə alınmışdı. İstirahət günlərində isə hökumət ölkədə fövqəladə vəziyyət elan etmişdi.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

Ənənəyə meydan oxuyan və sözün sərhədlərini aşan söz ustası  

17:36
13 Oktyabr

SOCAR-dan İtaliyada yanacaq qiymətlərinə müdaxilə: fermerlərə və balıqçılara dəstək

17:29
13 Oktyabr

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq  

17:27
13 Oktyabr

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

17:26
13 Oktyabr

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır  

17:26
13 Oktyabr

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

17:25
13 Oktyabr

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

17:24
13 Oktyabr

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var  

17:13
13 Oktyabr

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

17:11
13 Oktyabr

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb  

17:10
13 Oktyabr

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb  

17:10
13 Oktyabr

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib  

17:08
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!