08 Sentyabr 2023 10:40
3873
Təhsil
A- A+
İşıqlı sabahımızın uğurlu gəncləri 

İşıqlı sabahımızın uğurlu gəncləri 

 

Bu il 200 qaxlı məzun tələbə adını qazanıb

 

Bu il Qax rayonu üzrə 478 şagird məzun olub. Onlardan 200 nəfəri tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlardan 23 nəfəri 500-dən çox, o cümlədən 7 nəfəri 600-dən çox bal toplayıb.
Yüksək bal toplayan məzunlardan 5 nəfəri  Namiq Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseyin yetirməsidir. İlisu və Marsan kənd tam orta məktəblərinin hərəsinin bir məzunu da 600-dən çox bal toplamışdır. Onu da qeyd edək ki, məzunlardan Elgün Hacıxanov 672 bal toplayaraq zona 2-cisi olub.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev hər il olduğu kimi, bu il də Qax məktəblilərinin uğurunu yüksək dəyərləndirib və məzunları təbrik edib. Qeyd edib ki, tək qaxlı gənclərin deyil, Azərbaycanın hər bir gəncinin uğuru bizləri sevindirir: "Bu gün doğma Azərbaycanımız sürətlə inkişaf edir. Hər bir ölkəni isə müasir biliklərə mükəmməl yiyələnmiş gənclik daha irəli apara bilər. İndi gənclərimizin geniş imkanları var. Bu gün Azərbaycan gəncləri dünyanın ən məşhur universitetlərində təhsil alır. Elə Qaxın onlarca gənci Türkiyədə, ABŞ-də, İngiltərədə və digər ölkələrdə oxuyur. Gün gələcək, yüksək bal toplayıb tələbə adını qazanan hər bir gəncimizin sorağını çox-çox uzaqlardan, dünyanın tanınmış universitetlərindən alacayıq. Kim olursunuzsa-olun, harada oxuyursunuzsa-oxuyun, ilk növbədə seçdiyiniz sahəni mükəmməl öyrənin və bir də Azərbaycan gənci olduğunuzu unutmayın. Çalışın davranışınızla, mədəniyyətinizlə Azərbaycanın adını uca tutasınız". 
Sonda məzunlara mükafatlar təqim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

Xavər ƏFƏNDİYEVA,
Qax rayonunda çıxan "Şəlalə" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!