30 Oktyabr 2025 08:25
869
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf Azərbaycanın iqtisadi gücünün göstəricisidir

İşğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf Azərbaycanın iqtisadi gücünün göstəricisidir


Bu gün Azərbaycanın bütün regionları, o cümlədən işğaldan azad edilmiş ərazilər sürətli inkişaf və yenidənqurma mərhələsini yaşayır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın müharibədən dərhal sonra genişmiqyaslı bərpa və quruculuq işlərinə başlaması beynəlxalq miqyasda yüksək qiymətləndirilir və bu addım dünya hərb tarixində analoqu olmayan nümunə kimi dəyərləndirilir. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, hazırda azad edilmiş ərazilərdə icra edilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi, yaşayış məntəqələrinin bərpası və iqtisadi fəaliyyətin canlandırılması ölkəmizin iqtisadi gücünün, siyasi iradəsinin və strateji hədəflərinə sadiqliyinin bariz göstəricisidir: "Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri bir daha göstərdi ki, dövlət başçısının diqqət və qayğısı təkcə işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır, ölkənin bütün regionlarının hərtərəfli inkişafını əhatə edir. Bu səfərlər həm bölgələrdə icra olunan sosial-iqtisadi layihələrin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyır, həm də yeni infrastruktur obyektlərinin açılışı, istehsal müəssisələrinin fəaliyyətə başlaması və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm qərarların qəbuluna şərait yaradır. Prezidentin regionlara mütəmadi səfərləri dövlət siyasətinin mərkəzində insan amilinin, bərabər regional inkişafın və dayanıqlı sosial rifahın dayandığını bir daha təsdiqləyir".

Deputat qeyd edib ki, Böyük qayıdış proqramının icrası planlı və mərhələli şəkildə uğurla davam edir. Proqramın birinci mərhələsinin yekununda, yəni 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 mindən artıq insanın daimi məskunlaşması nəzərdə tutulur. Bu, Azərbaycanın tarixində bərpa və yenidənqurma sahəsində ən genişmiqyaslı layihələrdən biridir. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzur əraziləri böyük tikinti və dirçəliş meydanına çevrilib. Yeni yaşayış məntəqələri salınır, müasir yollar, elektrik və qaz xətləri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar və sosial obyektlər inşa olunur. Artıq 50 mindən çox insan bu torpaqlarda yaşayır, çalışır və təhsil alır. Onlardan təxminən 20 mini öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdir. Bu proses təkcə ərazilərin bərpasını deyil, həm də ədalətin, mənəvi və tarixi qayıdışın təcəssümünü ifadə edir. 

K.Bayramov vurğulayıb ki, səfər çərçivəsində görülən işlərə diqqət yetirdikdə Azərbaycanın iqtisadi və maliyyə gücünün, dövlət idarəçiliyinin səmərəliliyinin və inkişaf strategiyasının aydın mənzərəsi formalaşır: "Bu reallıq ölkəmizin son illərdə həyata keçirdiyi düşünülmüş, mərhələli və gələcəyə hesablanmış siyasətin, həmçinin sosial-iqtisadi sahədə aparılan təkmil islahatların məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç vaxt əldə olunanlarla kifayətlənmir, əksinə, yeni hədəflərə doğru inamla irəliləyir. Əsas məqsəd azad edilmiş ərazilərin tam bərpası, dayanıqlı məskunlaşmanın təmin edilməsi və soydaşlarımızın doğma yurdlarına qürurla, təhlükəsiz şəkildə qayıdışıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu gün biz Azərbaycan xalqının əyilməz iradəsini və milli birliyini Qarabağa və Şərqi Zəngəzura dönən insanların timsalında görürük. Onlar illərlə doğma yurd həsrəti ilə yaşasalar da, indi o torpaqlarına sahib çıxaraq həyatlarını yenidən qururlar. Heç vaxt o torpaqlarda yaşamamış gənc nəsil belə, bu gün ata-baba yurduna qayıtmaq sevincini yaşayır".

 Deputat bildirib ki, bu reallıqlar Azərbaycanın bərpa prosesinə necə sistemli və uzaqgörən yanaşdığını bir daha göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, salınan hər bir yeni məskən xalqımızın həmrəyliyinin və sarsılmaz inamının ifadəsidir. Məhz bu baxımdan dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri, sakinlərlə görüşləri həm mənəvi, həm də siyasi baxımdan xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdə söylədiyi fikirlər bu mənzərənin mahiyyətini dolğun ifadə edir: "Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!