18 Sentyabr 2024 08:35
527
DÜNYA
A- A+
İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır

İran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır


Avropa isə hələ ki, susmağa üstünlük verir


Ölkədə baş verən son hakimiyyət dəyişikliyindən sonra İran Xarici İşlər Nazirliyinə rəhbərlik edən Abbas Əraqçi nüvə sazişinin - Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı Tehranın Qərb ölkələri ilə danışıqlara hazır olduğunu açıqlayıb. Diplomatın sözlərinə görə, planın bəzi hissələri artıq bərpa faydasını itirib, bəziləri isə köhnəlib. Amma ümumilikdə əvvəlki düstura qayıtmaq - sanksiyaların ləğvi müqabilində etimad yaratmaq mümkündür. 

2015-ci ildə nüvə sazişinin hazırlanmasında və imzalanmasında fəal iştirak etmiş Abbas Əraqçi bildirib ki, ABŞ-nin yaxın gələcəkdə BHFP-nin bərpası üzrə danışıqlara fəal qoşulacağını gözləmir, çünki amerikalıların seçkiqabağı dövrdə digər vacib işləri var. Bununla belə, İran tərəfi hələlik Avropanın vasitəçi ölkələri Fransa, Böyük Britaniya və Almaniya ilə bu mövzuda məsləhətləşmələrə başlamağa hazırdır: "Lazım gələrsə, avropalılarla danışa bilərik, ABŞ-ni gözləmək lazım deyil. Amma maraqlarımız təmin olunmayana qədər heç bir sazişlə razılaşmayacağıq".

Sentyabrın əvvəlində MAQATE-nin baş direktoru Rafael Qrossi də qeyd edib ki, o, İranla nüvə sazişinin 2015-ci ildə bağlandığı formada bərpa olunmasında məna görmür. "Əgər biz Birgə Hərtərəfli Fəaliyyət Planının dirçəldilməsindən danışırıqsa, məncə, nəzərə almaq lazımdır ki, o, müəyyən mənada İrandakı reallıqlarla əlaqədar aktuallığını itirib"... 

Digər məsələlər arasında, Rafael Qrossi uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqalara işarə edib.

2015-ci ilin iyulunda İran və altı beynəlxalq vasitəçi (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) ilə BHFP razılığa gəlmişdilər. Razılaşmanın bir hissəsi olaraq Tehran ona qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırıb. Güman edilirdi ki, İranda maksimum 3,67 faiz zənginləşdirilmiş 300 kq uranın olması dinc məqsədlər üçün kifayətdir. Lakin 2018-ci ildə ABŞ ovaxtkı prezident Donald Trampın qərarı ilə İrana qarşı sanksiyaları geri qaytararaq BHFP-dən çıxdı. Bir il gözlədikdən sonra Tehran plan çərçivəsində bir sıra öhdəliklərdən, o cümlədən uranın zənginləşdirilməsi səviyyəsinin yüksəldilməsi və ehtiyatlarının artırılmasından imtina etməyə başladı. 2021-ci ilin yazında Co Bayden Ağ Evə gəldikdən sonra tərəflər sövdələşməni bərpa etmək üçün danışıqlara başladılar. Lakin 2022-ci ilin payızında proses faktiki olaraq iflic vəziyyətinə düşdü.

MAQATE-nin məlumatına görə, İran artıq 60 faiz zənginləşdirilmiş 165 kq urana malikdir. ABŞ rəsmiləri deyirlər ki, Tehran "bir neçə həftə ərzində" nüvə silahı istehsal etmək gücünə çata bilər. Buna görə Vaşinqton İrana qarşı (o cümlədən Rusiya ilə hərbi-texniki əməkdaşlığa görə) daha çox sanksiyalar tətbiq etməkdə davam edir.

MAQATE-nin baş direktoru Rafael Qrossi, son müsahibəsində BHFP-ni "boş bir qabıq", "heç kəsin riayət etmədiyi bir razılaşma" adlandırıb. Agentlik rəhbərinin fikrincə, İran nüvə silahı yaratmaq qərarına gəlsə, regionun digər ölkələri də ondan nümunə götürəcək və bu, "nüvə silahının yayılmaması rejiminin eroziyasına" gətirib çıxaracaq.

May ayında İranın ali dini lideri Əli Xameneinin müşaviri Kamal Xərrazi bildirmişdi ki, Tehran nüvə silahı yaratmaq istəmədiyinə dair mövqeyinə yenidən baxa bilər. "İran üçün ekzistensial təhlükə yaranarsa, nüvə silahı əldə etməkdən başqa seçimimiz olmayacaq. Bizim nüvə doktrinamızı dəyişməkdən başqa çarəmiz qalmayacaq".

İranın yeni Prezidenti Məsud Pezeşkian bazar ertəsi keçirdiyi ilk mətbuat konfransında bildirb ki, Tehran "nüvə silahı əldə etmək niyyətində deyil". Eyni zamanda o, əlavə edib: "Ancaq ABŞ və Avropa bizi raket proqramlarını dayandırmaqla hədələyir. Raketlərimiz olmasa, Qəzza zolağında olduğu kimi üstümüzə  bomba atacaqlar". 

İranlılar bu yay uranın zənginləşdirilməsi üçün 16 yeni sentrifuqa kaskadını istifadəyə veriblər. Bu, İranın MAQATE-nin idarə heyəti tərəfindən iyun ayında Böyük Britaniya, Fransa və Almaniyanın təklifi ilə sərt qətnamənin qəbul edilməsinə cavabı olub. Sənədin müəllifləri Tehrandan MAQATE ilə, o cümlədən İranın elan olunmamış iki obyektində uran hissəciklərinin aşkarlanması hallarının araşdırılması çərçivəsində daha fəal əməkdaşlıq etməyi tələb ediblər. 

 İdarə heyətində təmsil olunan 35 ölkədən 20-si bu sənədi dəstəkləyib, 12-si bitərəf qalıb, ikisi isə əleyhinə səs verib (Rusiya və Çin). Bir ölkə səsvermədə iştirak etməyib.

Rusiya Federasiyasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov ötən həftə Moskvanın Avropa ölkələrinin "qərəzli və yersiz anti-İran qətnaməsinin" nəticəsiz qalmayacağı barədə xəbərdarlıq etdiyini xatırladıb: "Və belə də oldu. Uzun aylar İran yeni sentrifuqa kaskadlarını istifadəyə vermədi və bu, baş direktorun hesabatlarında mütəmadi olaraq təsdiqlənirdi. Bununla belə Tehran növbəti dəfə təxribata məruz qaldı". Diplomat hesab edir ki, Qərbin uçqun kimi davam edən  təzyiqləri fonunda İranın 16 sentrifuqanın işə salınması şəklində reaksiyasını hələ də çox təmkinli hesab etmək olar.

Əgər BHFP tam formada fəaliyyət göstərsəydi, o zaman bu, İranın nüvə proqramı ilə bağlı demək olar ki, bütün mövcud narahatlıqları aradan qaldırardı. Plan ətrafında yaranmış vəziyyətin əsas səbəbi dəyişməz olaraq qalır - Birləşmiş Ştatların birtərəfli, qeyri-qanuni olaraq ondan çıxması, İrana qarşı davam edən "maksimum təzyiq" siyasəti və sazişin canlandırılması üçün danışıqlar prosesini yekunlaşdırmaqdan imtina. 

Rusiya Federasiyasının daimi nümayəndəsi vurğulayıb ki, İran tərəfi layihəni reallaşdırmağa hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin nə Vaşinqtonda, nə Brüsseldə, nə də ki, "avroüçlük" ölkələrinin paytaxtlarında buna lazımi cavab verilib.

Diplomat Qərb ölkələrini dağıdıcı siyasətdən əl çəkməyə, İranın nüvə proqramı ətrafında vəziyyəti gərginləşdirməməyə və BHFP-nin bərpası üzrə diplomatik proses üçün məkanın daralmasına səbəb olan yanaşmalara yenidən baxmağa çağırıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ABŞ-nin riyakarlığı

08:10
06 Oktyabr

Azərbaycan sabitlik məkanıdır

08:05
06 Oktyabr

Eviniz mübarək, eliniz abad olsun

08:00
06 Oktyabr

Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb

01:58
06 Oktyabr

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq

01:57
06 Oktyabr

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

01:55
06 Oktyabr

S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:54
06 Oktyabr

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

01:49
06 Oktyabr

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb 

01:47
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!