14 May 2022 15:24
789
SİYASƏT
A- A+
İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Yüksəliş Partiyasının sədri ilə keçirilib

İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Azərbaycan Yüksəliş Partiyasının sədri ilə keçirilib

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 14-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, siyasi partiyaların cəmiyyətdə artan nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsidir. Yeni siyasi konfiqurasiyanın uğurla inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi bu islahatların tərkib hissəsidir.

Qeyd edilib ki, yeni siyasi konfiqurasiyanın və aparılan islahatların strateji hədəfləri ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyasıdır. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər.

Siyasi partiyalar arasında sağlam münasibətlər mühitinin yaradılmasının vacibliyini vurğulayan şöbə müdiri bildirib ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalamasının iqtidar-müxalifət dialoqunun nə qədər önəmli olmasını bir daha sübut edib.

Həmçinin İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar mövzusunda aparılan müzakirələr zamanı regionda sülhün möhkəmləndirilməsi, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Ermənistanın mina xəritələrini təqdim etməməsi, Qarabağda maddi-mədəni irs nümunələrinin bərpası, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının inkişafı barədə söhbət aparılıb.

Şöbə müdiri siyasi sabitliyin əhəmiyyəti barədə danışaraq bildirib ki, radikal siyasi meyillər dövlətçiliyə olan təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən hər bir siyasi partiya buna qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ölkəmizdə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyi bildirilib. Qeyd olunub ki, məhz bu səbəbdən, yeni qeydiyyatdan keçmiş Azərbaycan Yüksəliş Partiyası öz siyasi fəaliyyətini uğurla apara bilir.

Partiya sədri qeyd edib ki, yeni siyasi konfiqurasiyanın inkişafı, ölkədə sağlam siyasi mədəniyyətin yaradılması, iqtidar-müxalifət dialoqunun aparılması ölkəmizdə güclü siyasi sistemin yaradılmasına dəlalət edir. Bu səbəbdən Azərbaycan Yüksəliş Partiyası həmin istiqamətdə sağlam münasibətlərin qurulmasında maraqlıdır.

Sonda Anar Əsədli dövlət qeydiyyatına alınmış ən gənc partiya kimi qəbul edilməsinə görə təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!