23 Avqust 2025 11:48
468
DÜNYA
A- A+
İnqilabi antibiotiklərin hazırlanmasında süni intellekt dəstəyindən istifadə edilib

İnqilabi antibiotiklərin hazırlanmasında süni intellekt dəstəyindən istifadə edilib

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və qızılı stafilokok infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar. Test zamanı 36 milyondan çox potensial birləşmə generasiya edilib. Ən perspektivli birləşmələr mövcud preparatlardan struktur baxımından fərqlənir və bakteriyaların hüceyrə membranlarını dağıdan yeni təsir mexanizmləri ilə işləyirlər. Bu yanaşma səhiyyənin ən ciddi qlobal problemlərindən biri - antibiotikə qarşı müqavimətlə mübarizəyə kömək edə bilər.

Təxminlərə görə, dərmanlara davamlı infeksiyalar hər il dünyada 5 milyon insanın ölümünə səbəb olur. Son onilliklər ərzində ənənəvi antibiotik hazırlama metodları əsasən mövcud preparatların modifikasiyasını təklif edib və bu, köklü yeni təsir mexanizmlərinin yaranmasına gətirib çıxarmayıb. İnstitutun “Süni intellekt antibiotikləri” layihəsi çərçivəsində tədqiqatçılar artıq mövcud kimyəvi birləşmələrin böyük kitabxanalarını süni intellekt vasitəsilə “screening” etmək üçün istifadə ediblər. Bu, halicin və abaucin daxil olmaqla bir neçə perspektivli namizədin müəyyənləşdirilməsinə imkan verib.

Alimlər indi də təbiətdə mövcud olmayan fərziyyəvi molekullar yaratmağa qərar veriblər. Bunun üçün iki yanaşmadan istifadə olunub: birinci yanaşmada süni intellekt alqoritmlərinə antimikrob aktivliyə malik müəyyən kimyəvi fraqment əsasında molekullar hazırlamaq tapşırılıb, ikinci yanaşmada isə süni intellekt istənilən fraqmenti daxil etməyə ehtiyac olmadan sərbəst şəkildə molekullar generasiya edib. Tədqiqatçılar süni intellektlə təlimləndirilmiş “machine learning” modelləri vasitəsilə 45 milyon kimyəvi fraqment analiz ediblər. Toksik və artıq məlum antibiotiklərə bənzər birləşmələr istisna edildikdən sonra təxminən 1 milyon namizəd qalıb. Onların arasında perspektivli “F1” fraqmenti seçilib.

İki süni intellekt alqoritmi vasitəsilə “F1”dən 7 milyon törəmə molekul yaradılıb, ən aktiv 1000 birləşmə seçilib və onlardan ikisi sintetik şəkildə hazırlanıb. Birləşmələrdən biri olan “NG1” həm laboratoriya şəraitində, həm də siçanlar üzərində aparılmış sınaqlarda davamlı bakteriya ştamlarına qarşı yüksək effektivlik göstərib. Sonrakı tədqiqatlar “NG1” birləşməsinin daha əvvəl öyrənilməmiş bir hədəfə - bakterial membranların formalaşması üçün vacib olan “LptA” adlı zülala təsir etdiyini ortaya qoyub.

Test zamanı istifadə olunan metodlar süni intellektin digər təhlükəli bakteriyalara qarşı preparatların hazırlanmasında potensialını araşdırmağa imkan verəcək. Bu bakteriyalar arasında vərəm və pnevmoniya da yer alır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!