22 İyun 2026 10:58
3662
Səhiyyə
A- A+
İnfarkt və insultdan necə qorunmalı?

İnfarkt və insultdan necə qorunmalı?


Arterial hipertenziya artıq sadəcə “təzyiq xəstəliyi” kimi deyil, kompleks və idarə olunabilən xroniki vəziyyət kimi qəbul edilir. Müasir yanaşmalar erkən diaqnostika, fərdiləşdirilmiş müalicə, davamlı nəzarət prinsiplərinə əsaslanır, bu isə ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır. Gələcəkdə hipertoniya ilə mübarizə dəqiq, texnoloji və daha fərdi olacaq. Süni intellekt, rəqəmsal monitorinq, biomarkerlər sayəsində biz xəstəliyi yalnız müalicə etməyəcək, onu əvvəlcədən proqnozlaşdırıb, qarşısını ala biləcəyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova bildirib.

O deyib ki, arterial hipertenziya dünyada ürək-damar xəstəlikləri, infarkt və insultun əsas risk amillərindən biri hesab olunur:”Mütəxəssislərin fikrincə, xəstəliyin vaxtında aşkarlanması və düzgün idarəolunması minlərlə insanın həyatını xilas edə bilər. Son illərdə hipertoniyanın diaqnostikası və müalicəsinə yanaşmalarda mühüm yeniliklər tətbiq olunub, süni intellekt və rəqəmsal texnologiyalar isə bu sahədə yeni imkanlar açır. Ən maraqlı dəyişikliklərdən biri süni intellektin tibbdə tətbiqidir. Fərdi riskin dəqiq proqnozu bu istiqamətin əsas gələcək perspektivlərindən biridir. Nəzərdə tutulur ki, süni intellekt xəstənin bütün məlumatlarını analiz edərək infarkt və insult riskini daha dəqiq hesablayacaq. Eyni zamanda, erkən xəbərdarlıq sistemləri, məsələn, geyilə bilən cihazlar (smart saatlar və s.) təzyiq dəyişikliklərini izləyərək riskli vəziyyətləri əvvəlcədən xəbər verə bilər. Müalicənin fərdiləşdirilməsi məqsədilə hər xəstə üçün “ən uyğun dərman və doza” daha sürətli seçilə biləcəkdir”.

Xəstəliyin profilaktikasından danışan mütəxəssis bildirib ki, müasir yanaşma xəstəni bütöv şəkildə qiymətləndirməyə əsaslanır. “Yəni yaş, yanaşı xəstəliklər, lipid profili, diabet kimi faktorlar nəzərə alınaraq fərdi risk hesablanır və müalicə buna uyğun qurulur. Bundan əlavə, artıq daha erkən mərhələdə müdaxilə tövsiyə olunur. Aşağısəviyyəli təzyiq artımları belə diqqətə alınır və bu, ağırlaşmaların qarşısını almaqda çox vacibdir. İnsanlar çox vaxt “özümü yaxşı hiss edirəm, deməli problem yoxdur” deyirlər. Bu yanaşma olduqca təhlükəlidir, hipertoniya ilə bağlı ən böyük yanlış düşüncələrdən biridir. Təzyiq hiss olunmaya bilər, amma bu, o demək deyil ki, o zərər vermir. Hipertoniya damar divarlarını zədələyir, aterosklerozu sürətləndirir, nəticədə infarkt və insult riskini artırır. Əksər hallarda bu multifaktorial xəstəlikdir. Genetik meyillik rol oynasa da, həyat tərzi əsas determinantdır. Həddindən artıq xörək duzu qəbulu, artıq çəki, fiziki passivlik, siqaret, alkoqol və xroniki stres hipertoniya riskini ciddi şəkildə artırır. Hipertoniya ilə mübarizədə ən güclü silah profilaktikadır”, - deyə o vurğulayıb.

Gülnaz Dadaşova bildirib ki, Avropa və Amerika kardiologiya cəmiyyətlərinin hipertoniyaya dair tövsiyələrində bir sıra yeniliklər təqdim edilib: “ İlk olaraq daha erkən diaqnoz və daha sərt nəzarət tövsiyə olunur. Yeni yanaşmalarda artıq daha aşağı təzyiq göstəricilərində belə risk qiymətləndirilir və erkən müdaxilə məsləhətdir. Bu yanaşma riskə əsaslanan yanaşmadır. Belə ki, təkcə təzyiq rəqəmi deyil, xəstənin ümumi ürək-damar riski (yaş, diabet, lipidlər və s.) nəzərə alınır. Bununla yanaşı, ev ölçmələri və 24 saatlıq monitorinq ön plandadır, klinik ölçmədən daha etibarlı hesab olunur, müalicə qərarlarında daha çox istifadə edilir. Kombinə müalicəyə erkən başlanğıc bu tövsiyələrin tərkibində mühüm yer tutur. Həyat tərzi müalicənin əsasıdır. Belə ki, tövsiyələr bunu artıq “əlavə” yox, müalicənin əsas hissəsi kimi qəbul edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk 

14:00
06 Avqust

İlin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən hasilat 59 milyon barel olub

13:59
06 Avqust

Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir 

13:57
06 Avqust

Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrilir

13:55
06 Avqust

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

13:53
06 Avqust

Türk media nümayəndələri ilə Azərbaycan–Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb 

13:51
06 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib 

13:49
06 Avqust

TƏBİB: Azərbaycanda tibb işçilərinin paylanmasında regionlar üzrə ciddi fərqlər mövcuddur

13:47
06 Avqust

Pakistan səfiri Azərbaycanla əlaqələrin əhəmiyyətini qeyd edib

13:45
06 Avqust

Uşaqların rəqəmsal təhlükəsizliyi strateji əhəmiyyətli məsələdir

13:43
06 Avqust

Aygün Attar: Qarabağ Zəfəri Azərbaycan–Türkiyə münasibətləri baxımından böyük əhəmiyyət daşıyır

13:41
06 Avqust

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

13:39
06 Avqust

Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər 

13:37
06 Avqust

FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

13:35
06 Avqust

Alimlər qlobal demoqrafik proseslərlə bağlı tədqiqat aparıblar

13:33
06 Avqust

Beş icra hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb

13:31
06 Avqust

Konfrans Liqası: “Qarabağ” bu gün Kiev “Dinamo”su ilə qarşılaşacaq

13:29
06 Avqust

ÜST: Dünyada viral hepatitdən hər gün təqribən 3,5 min nəfər ölür 

13:27
06 Avqust

FHN yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarını dayandırıb 

13:25
06 Avqust

Çoxvektorlu xarici siyasət Azərbaycanı yeni beynəlxalq nizamda mühüm oyunçulardan birinə çevirir

13:23
06 Avqust

Azərbaycan nefti 91,04 dollara satılır 

13:21
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!