25 Noyabr 2026 17:42
114
Səhiyyə
A- A+
Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır


İkinci Dünya müharibəsi və sonrakı illərdə Böyük Britaniyada şəkər məhdudiyyəti şəraitində böyüyən uşaqlarda gələcəkdə xərçəng riski xeyli aşağı olub və onlar daha gec qocalıblar.

“PNAS” jurnalında dərc olunan araşdırmada 1951-1956-cı illərdə doğulan 64 min 761 nəfərin sağlamlıq göstəriciləri öyrənilib. 1953-cü ilin sentyabrında ərzaq məhdudiyyətləri ləğv edildikdən sonra ölkədə şəkər istifadəsi iki dəfə artıb. Alimlər ana bətnindən 2 yaşa qədərki dövrü (ilk 1000 günü) məhdudiyyət vaxtı keçirənlərlə, qadağa bitdikdən dərhal sonra doğulanları müqayisə ediblər. Nəticələr göstərib ki, erkən yaşda şəkəri məhdudlaşdırılan şəxslərdə yetkinlik dövründə qaraciyər xərçəngi riski 69 faiz, ağciyər xərçəngi 41 faiz, düz bağırsaq xərçəngi 40 faiz, süd vəzi xərçəngi riski isə 36 faiz aşağı olub.

Kembric və Çin Kənd Təsərrüfatı universitetlərinin alimlərinə görə, erkən qidalanma həm immun sistemini gücləndirir, həm də 50 il sonra belə davam edən az şəkərli və sağlam qidalanma vərdişi formalaşdırır. İtaliyanın Foca Universitetinin alimi Nikola Çirillo isə həmin dövrdə körpələrə verilən quru süd qarışıqlarına şəkər qatıldığını xatırladıb və dəqiq şəkər miqdarını hesablamağın çətin olduğunu deyib. Tədqiqat müəllifləri də bununla razılaşıblar və nəticələrin konkret şəkər dozasına yox, ümumilikdə o dövrün qidalanma rejiminə aid olduğunu vurğulayıblar.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

Əli Əhmədov: Ailə dəyərlərinin möhkəmləndirilməsi gender əsaslı zorakılığın profilaktikasına müsbət təsir göstərə bilər

16:39
25 Noyabr

Zorakılıqdan zərərçəkənlərin müdafiəsi vahid və fasiləsiz fəaliyyət zənciri əsasında təmin olunmalıdır

16:08
25 Noyabr

Lukaşenko Belarusun növbəti prezidentinin də xalq tərəfindən seçiləcəyini bildirib

15:59
25 Noyabr

Maka Boçorişvili: Azərbaycana səfərim ən yüksək səviyyədə keçdi

15:34
25 Noyabr

Erkin Qadoyev: Özbəkistan və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi artıb

15:23
25 Noyabr

Donald Tramp ABŞ-nin ilk müsəlman senatorunu “ağıllı oğlan” adlandırıb  

15:21
25 Noyabr

Hikmət Çətinin ailəsinə

15:03
25 Noyabr

Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

14:51
25 Noyabr

Dövlət proqramının icrası ilə bağlı Samuxda monitorinq keçirilib  

14:31
25 Noyabr

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

14:27
25 Noyabr

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb  

14:25
25 Noyabr

Litvalı nazir: Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik  

14:21
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!