15 May 2024 09:20
1490
Mədəniyyət
A- A+
İndi Qarabağda sülh nəğməsi oxunur, qardaşlıq marşları çalınır

İndi Qarabağda sülh nəğməsi oxunur, qardaşlıq marşları çalınır

 

Festivallar xalqların həyatında böyük mədəni hadisədir. Dünyada elə şəhərlər var ki, adı məhz orada keçirilən festivalların adları ilə bağlıdır. İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı "Şuşa - islam dünyasının mədəniyyət paytaxtı 2024"də  tarixi əhəmiyyəti  və rəngarəngliyi ilə dünyanın diqqət mərkəzini cəlb edən əsl mədəniyyət hadisəsi idi. 
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.
Şuşa yalnız məkan baxımından əzəmətli dağların zirvəsində qərar tutmayıb. Şuşa həm də bütünlüklə Qafqazda musiqinin paytaxtı, təsviri sənətin məkanı, Azərbaycan xalçasının vətəni, fikir və şairlər yurdu olması ilə zirvədə qərar tutan bir şəhərdir.
Şuşa dünyada bir mədəniyyət ocağı kimi tanınsa da, həm də qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. 
VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında qonaqları səmimiyyətlə salamlayan Prezident İlham Əliyev vurğulamışdır: "Builki "Xarıbülbül" festivalı bu hadisəyə - Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq".
Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçildi. Dünyada az şəhər tapılar ki, üç il mədəniyyət paytaxtı adına layiq  olsun. Bu şəhər 2024-cü ilin bu günündə isə  İslam dünyasının mədəniyyət paytaxtı kimi qürurverici bir statusa sahiblənib.
VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Şuşa və şuşalıları  belə təsvir etdi: "Şuşa paklıq, saflıq və xoş ab-hava şəhəridir. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır". 
İşğaldan azad olduğu gündən Şuşa dünyada sülh, əmin-amanlıq, musiqi və dostluq şəhəri ənənəsini davam etdirir. 32 ildən sonra şuşalıların doğma yurdlarına qayıdışı da festival iştirakçılarına ruh verirdi. Sanki doğma insanlarının nəfəsini duyan dağların da gözləri gülürdü. ICESCO-ya üzv ölkələrin bayraqları ilə 27 Qarabağ atından ibarət süvari dəstənin Cıdır düzünə daxil olması isə coşqunu daha da artırdı. 
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilirdi. Builki festival  ICESCO-ya üzv ölkələrin ifaçıları və yaradıcı kollektivlərinin yer alması ilə fərqlənirdi. Festivalda müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Gülyanaq Məmmədova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişir Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin "Aşıqlar qrupu", Azərbaycan Dövlət Rəqs Ansamblı, "Natiq" ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən "Almazyood", İndoneziyadan "Sendja Community", Qətərdən "Qılınc rəqqasları", Mərakeşdən "Tizwit" qrupları, Özbəkistandan "Navbahor" Mahnı və Rəqs Ansamblı, Türkiyədən "Anadolu atəşi" rəqs qrupu və digərləri çıxış etdilər. Konsert iştirakçılarının ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən "Səsin gəlsin, xarıbülbül" mahnısı ilə Şuşada yekunlaşan VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında "Aşıq mahnıları yeni səslənmədə" adlı konsert proqramı ilə Həkəri çayı ətrafında açıq səma altında davam etdirilib. Konsertdə Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar. Festival iştirakçıların birgə ifasında səslənən "Bütöv Azərbaycan" mahnısı ilə başa çatıb. Artıq bütün dünya bir həqiqəti görür və anlayır. İşğaldan azad edilmiş ərazilərdə insanlar məskən salır, sürətlə abadlıq-quruculuq işləri gedir. Bir zamanlar dünyanın münaqişə ocağı kimi tanıdığı Qarabağa müxtəlif xalqların musiqisi səslənir. İndi Qarabağda silahlar yox, musiqi alətləri daşınır. İndi Qarabağda sülh, qardaşlıq marşları çalınır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!