03 Dekabr 2023 11:00
762
İQTİSADİYYAT
A- A+
İndi də şəhərdən kəndə axın var

İndi də şəhərdən kəndə axın var

 

Azərbaycanda əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə əhalinin hesablanmış sayı 10 milyon 168 min 369 nəfər təşkil edib. 
Dövlət Statistika Komitəsi Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatlarına əsaslanaraq bildirir ki, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 85 min 352 körpə anadan olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə azalaraq 12,4-dən 11,2-yə düşüb. Doğulan körpələrdən 2574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub.
 Doğumun səviyyəsi əvvəlki illərə nisbətən aşağı olsa belə, əhali əsasən təbii artımla və bir qədər də digər ölkələrdən köçub gələnlərin hesabına çoxalır. Təbii artım təzə doğulan uşaqların sayının dünyasını dəyişən insanların sayını üstələməsi deməkdir və belə hal heç də hər ölkədə baş vermir. Azərbaycanda isə bu xoşbəxtlik həmişə var! Rəqəmlər göstərir ki, cari ilin 9 ayında da dünyaya göz açan körpələrin sayı həyatdan köçənlərin sayını iki dəfəyə qədər üstələyib.
Yeri gəlmişkən: rəqəmlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölümün səviyyəsinin aşağı düşdüyünü də təsdiqləyir. Belə ki, bu ilin 9 ayında ölkədə 45 min 16 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən göstəriciyə görə, ölümün səviyyəsi 6,1-dən 5,9-a enib.
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox fakt təsdiqləyir ki, onlardan biri də məhz ölüm hallarının azalmasıdır. Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri istisna etməklə, son illər ölkədə, ümumiyyətlə, ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun səbəblərindən biri, əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər yenidən qurulub, tibbi sığorta tətbiq olunub.
Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.
 Söhbət doğulanların və ölənlərin sayından düşmüşkən, anadan olan oğlan və qız uşaqlarının xüsusi çəkisini göstərən rəqəmlərə də diqqət yetirək. Dünyaya göz açan körpələrin 53,3 faizini oğlan, 46,7 faizini qız uşaqları təşkil edib. Oğlan və qızların xüsusi çəkisində təbiətin özünün yaratdığı mütənasiblik yenə də pozulmaqdadır. Qeyd edək ki, bu hal bir sıra digər ölkələrdə də müşahidə edilir. Hətta bu ölkələrdən bəziləri körpələrin cinsinin arzuedilən olmadığı üçün hələ ana bətnində ikən məhv edilməsinə qanunla qadağa qoyulub. Fikrimizcə isə, vəziyyətdən çıxış yolu məsələyə şüur və vicdanla yanaşmaqdır. Konkret olaraq, dünyaya göz acacaq qız övladının məhvinə qərar verən valideyn əməlinin günah və cinayət olduğunu dərk etməlidir. Belə gənc ata-analar bir həyat həqiqətini unutmamalıdırlar - o körpənin bircə dırnağı üçün burnunun ucu göynəyənlər, illərlə müalicə alaraq varından-yoxundan çıxanlar, hətta ailəsi dağılanlar var.
Yeni doğulanların cins tərkibinin süni surətdə pozulması gələcəkdə genofondumuz üçün də böyük təhlükə yarada bilər. Bunun fəsadları indidən aydın görünməkdədir. Hazırda ölkədə kişilərin xüsusi çəkisi 49,8 , qadınların xüsusi çəkisi isə 50,2 faizdir. Halbuki on-on beş il əvvəl qadınların xüsusi çəkisi bundan böyük idi. 
Təəssüf doğuran hallardan biri də boşanmaların artmasıdır. Onlar bir ara səngisə də, yenidən artıblar. Qeyd edək ki, sözügedən dövrdə yeni qurulan ailələrin də sayı azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri cari ilin yanvar-sentyabr ayları ərzində 39 min 134 nikah və 16 min 226 boşanma halları qeydə alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayının azalaraq 6-dan 5,1-ə düşməsi, boşanmaların sayının isə 1,6-dan 2,1-ə qədər artması deməkdir.
Dövlət Statistika Komitəsinin açıqlamasında ölkə əhalisinin şəhər və kəndlərdə yerləşməsi haqqında rəqəmlər də öz əksini tapıb. Belə ki, hazırda əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 , kənd əhalisinin xüsusi çəkisi 45,4 faizdir. Bu rəqəmləri Prezident İlham Əliyevin cari il sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında dediyi sözlərlə şərh edək: "Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Qaldı ki Azərbaycanda daimi yaşamağa gələnlərin və ölkədən biryolluq köçənlərin sayına, bu sahədə də saldomuz müsbət - 888 nəfərdir. Belə ki, başa vurmaqda olduğumuz ilin ilk 9 ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları həmişəlik yaşamaq üçün Azərbaycana 2860 nəfərin gəldiyini, 1972 nəfərin isə ölkədən birdəfəlik getdiyini qeydə alıblar. Bu faktların isə geniş şərhə ehtiyacı yoxdur. Onlar özləri də təsdiqləyir ki, Azərbaycanda yaşamaq və işləmək xoşdur.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

12:43
16 İyun

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

12:42
16 İyun

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

12:41
16 İyun

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

12:40
16 İyun

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

12:39
16 İyun

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

12:38
16 İyun

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

12:38
16 İyun

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

12:37
16 İyun

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır  

12:36
16 İyun

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

12:35
16 İyun

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır  

12:34
16 İyun

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

12:33
16 İyun

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

12:32
16 İyun

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur  

12:32
16 İyun

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

12:31
16 İyun

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

12:30
16 İyun

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib  

12:09
16 İyun

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir  

12:08
16 İyun

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir  

12:07
16 İyun

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

12:06
16 İyun

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb  

11:58
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!