21 İyun 2025 09:10
3260
Səhiyyə
A- A+
İndi də COVID-in "Nimbus" subvariantı dünyanı təhdid edir

İndi də COVID-in "Nimbus" subvariantı dünyanı təhdid edir


2020-ci ildə dünya miqyasında pandemiyaya səbəb olan COVID-19 illər keçsə də, tam olaraq gündəmdən düşməyib. Mütəmadi olaraq yaranan yeni ştam və subvariantlar, onların yoluxuculuğu, ağırlaşma riski və vaksinasiyaya qarşı müqaviməti hələ də ciddi müzakirə mövzusudur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə koronavirusun qlobal fövqəladə sağlamlıq təhdidi kimi başa çatdığını elan etsə də, bu, virusun yox olması demək deyildi. SARS-CoV-2 virusu hələ də müxtəlif formalarda dövr edir, mutasiyaya uğrayır və əsasən zəifləmiş formalarla insanlara yoluxur. Bunlardan sonuncusu "NB.1.8.1" adlandırılan, lakin qeyri-rəsmi olaraq "Nimbus" kimi tanınan subvariantdır.

"Omikron" ailəsindən olan "NB.1.8.1"in ən diqqətçəkən simptomu "qılınc kimi kəsən boğaz ağrısı"dır. Virusa yoluxanlar boğazda sanki sındırılmış şüşə parçaları varmış kimi ağrı hiss etdiklərini bildirirlər. Bu ağrı danışmaq, yemək və ya maye qəbul etməkdə çətinlik yaradır. Bundan əlavə, yorğunluq, öskürək, yüksək hərarət, burun axması və əzələ ağrıları kimi adi soyuqdəymə əlamətləri də müşahidə edilir. Yeni subvarianta qarşı ən həssas insanlar yaşlılar, uşaqlar, hamilələr, xroniki xəstəliyi və immun sistemi zəif olanlardır. Virus azyaşlılarda aşağı tənəffüs yollarının və bronxların iltihabi xəstəliklərinə, yetkinlərdə isə daha çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.

"Nimbus"a ilk dəfə bu il yanvarın sonlarında Çində rast gəlinib. Yaza doğru isə virusun yayılma əhatəsi genişlənib. Hazırda dünyanın 20-dən çox ölkəsində, habelə ABŞ, Yaponiya, Kanada, Avstraliya, Çin, Honq Konq, Sinqapur, Hindistan və Birləşmiş Krallıqda aşkar edilib. ÜST mayın 28-də yaydığı məlumatda həyəcan təbili  çalaraq, bəzi bölgələrdə ştama yoluxmanın artmağa başladığını bildirib. Qurumun məlumatına görə, iyunun əvvəli təkcə ABŞ-də virusa yoluxma öncəki iki həftəyə nisbətən 15 faiz artıb. "NB.1.8.1"in yoluxuculuq əmsalı isə 12-dən 15-ə qədər qiymətləndirilib. Bu isə o deməkdir ki, bir yoluxmuş şəxs ətrafındakı 15 nəfəri yoluxdura bilər.

Genetik analizlər "NB.1.8.1"in sünbül zülalında onun yoluxuculuq qabiliyyətini artıra bilən və antitellərdən yayınmağa imkan verən spesifik mutasiyaların olduğunu göstərir. Bununla belə, ÜST bu subvariantın hazırda dövriyyədə olan digər viruslardan daha ağır xəstəliyə səbəb olduğuna dair heç bir sübut olmadığını deyir.

Yeni subvariant COVID-19-un hələ də ciddi təhlükə olduğunu göstərir. Statistikaya nəzər yetirsək, koronavirus hallarının hər il yay aylarında artdığını görmək olur. "Nimbus"un ortaya çıxması mümkün artımla bağlı narahatlıqları daha da artırıb. Bununla bağlı bir neçə ölkə artıq tədbir almağa başlayıb. Cənubi Koreya Tibb Assosiasiyası COVID-19-un mövsümi dəyişikliklər və səyahət səbəbindən yenidən arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Hindistan Səhiyyə Nazirliyi isə xəstəxanalara çarpayı, oksigen, dərman və avadanlıq baxımından hazır olmaları barədə göstəriş verib. Tayvan səlahiyyətliləri ictimaiyyətə maska taxmaq və əl gigiyenasına riayət etmək barədə xəbərdarlıq edib.

Mütəxəssislər bildirirlər ki, peyvəndlər və qorunma tədbirləri xəstəliyin yayılmasının qarşısını almaqda həlledici rol oynayır. Lakin zaman keçdikcə peyvəndin təsiri azalır, nəticədə orqanizmin virusa qarşı müqaviməti zəifləyir. Buna görə də infeksionistlər xüsusilə yüksək risk qrupunda olan insanlara sonuncu peyvəndlərinin üzərindən 6 ay keçibsə, yenidən peyvənd olmağı tövsiyə edirlər. ÜST-nin məlumatına görə, hazırda təsdiqlənmiş COVID vaksinlərinin "NB.1.8.1" variantına qarşı effektiv olması gözlənilir. 

COVID-19 həyatımıza sağlamlıq və sosial münasibətlər baxımından dərin izlər buraxdı. Onun yeni ştamları bizə göstərir ki, viruslarla mübarizə birdəfəlik deyil, davamlı və çevik yanaşma tələb edən bir prosesdir. Buna görə də ehtiyatı əldən vermədən xüsusən insanların sıx toplaşdığı qapalı məkanlarda tibbi maskadan istifadə tövsiyə edilir. Əlləri tez-tez yumaq və dezinfeksiya etmək, sosial məsafəni qorumaq, havalandırmanın zəif olduğu qapalı məkanlardan çəkinmək lazımdır. "NB.1.8.1" subvariantına yoluxma halına ölkəmizdə rast gəlinməsə də, ehtiyatı əldən vermədən fərdi gigiyena və məsuliyyətli davranış qaydalarına riayət etmək vacibdir. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

23:25
15 Noyabr

Türk dünyasının diaspor nümayəndələri Almaniyada bir araya gəliblər

22:30
15 Noyabr

Türkiyəli ekspert: Ankara-Bakı ittifaqı Cənubi Qafqazda sabitliyin təminatıdır

22:27
15 Noyabr

Tramp BBC-ni məhkəməyə verəcək

19:01
15 Noyabr

Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

18:21
15 Noyabr

Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub YENİLƏNİB  

18:11
15 Noyabr

Anar Quliyev: WUF13 aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə imkan yaradacaq  

18:07
15 Noyabr

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub YENİLƏNİB 

18:05
15 Noyabr

COP30-da Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub  

18:03
15 Noyabr

Nyu-York Universitetinin professoru: Kənd təsərrüfatı üçün meşələrin qırılmasının qarşısı alınmalıdır  

18:02
15 Noyabr

Sabahın hava proqnozu açıqlanıb  

17:35
15 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətinin bəzi yaşayış məntəqələrindən geri çəkilib  

17:09
15 Noyabr

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir  

16:57
15 Noyabr

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib  

16:43
15 Noyabr

“Sabah” qəzeti: Ankara, Bakı və İslamabad əməkdaşlığı – Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxu

16:27
15 Noyabr

“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib  

16:23
15 Noyabr

Böyük Qayıdış: Ağdamın Xıdırlı kəndində daha 50 ailəyə mənzillərin açarları təqdim olunub  

16:03
15 Noyabr

Azərbaycanın artan beynəlxalq nüfuzu və Mərkəzi Asiya ilə genişlənən strateji tərəfdaşlığı  

15:56
15 Noyabr

Noyabrın 16-sı axşamdan 17-si gündüzədək hava şəraiti yağıntılı olacaq - XƏBƏRDARLIQ

15:03
15 Noyabr

Əziz Ələkbərli: Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir  

14:34
15 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

14:32
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!