01 Oktyabr 2025 09:05
10885
Səhiyyə
A- A+
İllər keçsə də, COVID-19-un fəsadları beyində qalır

İllər keçsə də, COVID-19-un fəsadları beyində qalır


Dünya miqyasında pandemiyaya yol açan, milyonlarla insanın yoluxmasına və ölümünə səbəb olan COVID-19-un üzərindən illər keçsə də, hələ də xəstəliyin fəsadları üzə çıxır.  Zaman keçdikcə pandemiyanın sağlamlığa vurduğu zədələr daha aydın görünür.

Mütəxəssislər indiyədək COVID-19-un ən geniş yayılmış fəsadlarının ağciyər və ürək-damar xəstəlikləri olduğunu düşünürdülər. İndi isə koronavirusun beyinə də ciddi təsir etdiyi məlum olub. Böyük Britaniyanın Nottingem Universitetinin tədqiqatçıları xəstəliyin beyində yaratdığı fəsadlarla bağlı araşdırma aparıblar. Tədqiqat zamanı 15 mindən çox xəstənin məlumatlarından istifadə edərək beyin yaşlanmasını təyin edən süni intellekt modeli hazırlayıblar. Araşdırma çərçivəsində insanların xəstəlikdən öncəki və sonrakı beyin skanları müqayisə edilib. Məlum olub ki, koronavirusa yoluxmuş insanların beyninin  qocalma sürəti orta hesabla 5,5 ay irəli çəkilib. Üstəlik, bu nəticə xəstəliyə yoluxmayan bir qrup insanda da görünüb. Tədqiqata rəhbərlik edən nevroloq Ali Reza Mohammadi Nejad bildirib ki, yalnız xəstəliyə yoluxma yox, həm də izolyasiya və qeyri-müəyyənlik kimi amillər beyin sağlamlığına da təsir edib. O qeyd edib ki, beyin sağlamlığı təkcə xəstəliklər tərəfindən deyil, həm də ətraf mühit tərəfindən formalaşır.

Bir müddət öncə "Nature" jurnalında koronavirus infeksiyasının baş-beyinə vurduğu dağıdıcı təsirlərdən bəhs edən yazı dərc edilmişdi. Yazı Liverpool Universitetinin, London Universitet Kollecinin, Yel Universiteti və İkon Tibb Məktəbinin mütəxəssislərinin birgə elmi işlərinə istinadən hazırlanmışdı. Mütəxəssislərin bildirdiklərinə görə, nevroloji və psixiatrik ağırlaşmaları olan COVID-19 xəstələrinin 62 faizində baş-beynin qanla təchizatı sistemi zədələnib. Eyni zamanda 31 faiz xəstədə qarışıqlıq və uzunmüddətli huşsuzluq vəziyyəti olduğu təsbit edilib. London Universitet Kollecindən bildirilib ki, infeksiyanın ən çox yayılmış nevroloji nəticələri insult və ensefalit - baş-beyin toxumalarının iltihabıdır. Belə simptomlar əhalinin müxtəlif qruplarında, o cümlədən gənclərdə görünüb.

Alimlərin fikrincə, koronavirusu ağır keçirən xəstələrin 50 faizindən çoxunda nevroloji fəsadlar baş verib. Onlar bildiriblər ki, üzərindən illər keçsə belə, xəstəliyin fəsadlarının heç də hamısını aradan qaldırmaq mümkün deyil. Təsirlərin əksəriyyəti isə hətta ömürlükdür. ABŞ-də keçirilən 1,2 milyon nəfəri əhatə edən geniş araşdırmada yoluxanların 15 faizində xəstəlikdən sonra bir ildən çox davam edən zehni problemlər müşahidə olunub. Böyük Britaniyanın Milli Statistik Ofisinin (ONS) məlumatına görə, COVID-19-dan sağalanların təxminən 2 milyonu "uzun COVID" sindromundan əziyyət çəkir. Onların 40 faizinin əsas şikayətlərindən biri məhz yaddaş və diqqət problemləridir.

Tədqiqatlar göstərir ki, COVID-19 beyində sadəcə funksional pozuntular yaratmayıb, həm də anatomik dəyişikliklərə səbəb olub. Almaniyanın Münxen Universitetinin alimləri yeni tədqiqatlarına əsaslanaraq bildiriblər ki, koronavirusa yoluxandan illər sonra belə beyində mənfi təsirlər qalacaq. Belə ki, SARS-CoV-2-nin spayk proteini yoluxmadan dörd il sonraya qədər beyin qişalarında və kəllə sümüyü iliyində qala bilər. Bu isə neyrodegenerativ xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. Bunu süni intellektə əsaslanan innovativ görüntüləmə metodu sayəsində öyrənmək mümkün olub. Yeni metod hüceyrə strukturlarını, metabolitləri və virus proteinlərini 3D formatda göstərməyə kömək edib. Nəticələr göstərib ki, spayk proteini bu bölgələrdə xüsusilə çox olan ACE2 reseptorları ilə birləşərək sümük iliyində və beyin qişalarında toplanır və illərlə qalır.

Elm adamlarının sözlərinə görə, spayk proteininin davamlı mövcudluğu COVID-19-un nevroloji nəticələri, həmçinin "uzun koronavirus" və neyrodegenerativ xəstəliklərlə əlaqəli ola bilər. Alimlər hesablayıblar ki, spayk proteininin daimi mövcudluğu beyin qocalmasını sürətləndirir ki, bu da onun normal işinin 5-10 il itirilməsinə bərabərdir. Tədqiqat həmçinin uzunmüddətli fəsadların riskinin azaldılmasında mRNT peyvəndlərinin effektivliyini təsdiqləyib.

Pandemiyanın bitməsi, yoluxmaların azalaması problemin həlli demək deyil. COVID-19-un uzunmüddətli təsirlərini izləmək üçün davamlı monitorinq sistemləri, reabilitasiya mərkəzləri və psixonevroloji dəstək proqramları vacibdir. Mütəxəssislər koronavirusun fəsadlarından qorunmaq üçün davamlı tibbi nəzarəti, psixoloji dəstəyi və zehni reabilitasiya proqramlarını vacib hesab edirlər. Sağlam həyat tərzi, düzgün qidalanma, idman, yuxu rejimi və stresin azaldılması bu yolda mühüm rol oynayır. Unutmamaq lazımdır ki, zamanında görülən tədbirlər daha ciddi problemlərin qarşısını almağa kömək edir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!