08 Sentyabr 2026 13:07
64
CƏMİYYƏT
A- A+
İlhamə Qədimova: "İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur"  

İlhamə Qədimova: "İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur"  


"Fermer üçün iqlim təhlükəsi heç vaxt sadəcə meteoroloji hadisə deyil. Quraqlıq məhsul itkisinə səbəb olur. İsti hava dalğaları bitkilərin məhsuldarlığını azalda və heyvandarlıqda ciddi istilik stresi yarada bilər. Güclü yağıntılar və daşqınlar əkin sahələrinə və kənd infrastrukturuna zərər vurur. Su qıtlığı isə bəzi hallarda məhsul istehsalının mümkün olub-olmayacağını müəyyən edən əsas amilə çevrilir. Kənd təsərrüfatında isə vaxt həlledici əhəmiyyət daşıyır".

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusunda panel sessiyada kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə, təhlükə barədə hətta 24 saat əvvəl verilən xəbərdarlıq potensial zərərin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin baxışına görə, məsələ bununla məhdudlaşmır. Yalnız təhlükəni əvvəlcədən proqnozlaşdırmaq kifayət deyil.

"Biz proqnozu fermer üçün vaxtında, anlaşılan və konkret fəaliyyətə imkan verən qərara çevirməliyik. Məhz bu baxımdan rəqəmsal transformasiya və süni intellektəsaslı həllər mühüm imkanlar yaradır. Azərbaycanda iqlim dayanıqlılığının təmin edilməsi getdikcə daha sistemli şəkildə aqrar siyasətə, investisiya yanaşmalarına, texnoloji yeniliklərə və fermerlərə dəstək mexanizmlərinə inteqrasiya olunur.

Həmin yanaşma yeni “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aydın şəkildə öz əksini tapıb. Dövlət Proqramı resurslardan səmərəli istifadəyə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelini müəyyən edir. Proqram çərçivəsində torpaq və su ehtiyatlarının daha səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının daha geniş tətbiqi, rəqəmsallaşma və innovasiyanın təşviqi, eləcə də iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur.

Beləliklə, bizim üçün erkən xəbərdarlıq ayrıca texnoloji layihə deyil. Bu istiqamət milli aqrar inkişaf siyasətimizin tərkib hissəsinə çevrilir. Eyni zamanda, bu keçidi dəstəkləmək üçün zəruri rəqəmsal imkanları formalaşdırırıq. Nazirliyin aqrar sahədə süni intellekt proqramı iqlim stansiyalarından daxil olan məlumatlar, peyk və məsafədən zondlama müşahidələri, dronlar, sahə məlumatları, torpaq analizləri, sensorlar və kənd təsərrüfatı texnikalarından əldə edilən məlumatlar kimi müxtəlif mənbələri bir araya gətirərək aqrar monitorinqin və qərar qəbuletmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir", - deyə İ.Qədimova bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

13:17
08 Sentyabr

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

13:15
08 Sentyabr

ANAMA sədri: "Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir"

13:10
08 Sentyabr

İlhamə Qədimova: "İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur"  

13:07
08 Sentyabr

Selesta Saulo: "Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur"

13:05
08 Sentyabr

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

13:00
08 Sentyabr

Azərbaycan təmsilçisi 2-ci yerə layiq görülüb

12:50
08 Sentyabr

Ötən gün 44 cinayətin açılması təmin olunub

12:45
08 Sentyabr

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

12:43
08 Sentyabr

“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət

12:40
08 Sentyabr

Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır

12:37
08 Sentyabr

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

12:35
08 Sentyabr

Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir

12:30
08 Sentyabr

Muxtar Babayev: "Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır"

12:27
08 Sentyabr

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi təşkil edilib

12:25
08 Sentyabr

Fərid Şəfiyev: Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşmaq lazımdır

12:22
08 Sentyabr

Küləkli havada baş vermiş hadisələr zamanı 4 nəfər xəsarət alıb

12:20
08 Sentyabr

Minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

12:15
08 Sentyabr

Dünya birjalarında neftin bahalaşması davam edir 

12:10
08 Sentyabr

İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin əməkdaşlığı zəruridir 

12:05
08 Sentyabr

“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq”: Bakıda beynəlxalq konfrans

12:00
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!