08 Sentyabr 2026 12:37
859
DÜNYA
A- A+
Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır

Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır


Almaniyanın əmək bazarında səssiz böhran böyüyür. Zavodlarda, mağazalarda, texniki sahələrdə və müxtəlif peşələrdə boş qalan yerlərin sayı ildən-ilə artır. Proqnozlara görə, 2029-cu ilədək ölkədə ixtisaslı işçi çatışmazlığı 723 min nəfərə çata bilər. Bu barədə Alman İqtisadiyyatı İnstitutunun apardığı araşdırmada bildirilib.

Qeyd olunub ki, yeni proqnoz 2024-cü ildə verilən göstəricidən 47 faiz çoxdur. Ən ciddi çatışmazlığın pərakəndə ticarət sektorunda yaşanacağı gözlənilir. Bu sahədə 2029-cu ilədək təxminən 39 min mütəxəssisə ehtiyac yarana bilər. Əmək bazarındakı təzyiqin əsas səbəblərindən biri isə nəsil dəyişməsidir. “Baby bumer” nəslinin nümayəndələrinin kütləvi şəkildə təqaüdə çıxması ilə Almaniya minlərlə təcrübəli işçini itirə bilər. Əvəzində onların yerini dolduracaq kadrların sayının kifayət qədər olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.

İmmiqrasiyanın azalması da bu boşluğu böyüdə biləcək amillər sırasında göstərilir. Beləliklə, Almaniya qarşıdakı illərdə təkcə işçi deyil, həm də iqtisadiyyatın davamlılığı üçün vacib olan insan resursu problemi ilə üz-üzə qala bilər. Araşdırmaya əsasən, 2029-cu ilədək avtomobil sənayesində 15,9 min, elektrik mühəndisliyi sahəsində 13,8 min, mexatronika üzrə isə 13,6 min mütəxəssis çatışmazlığı yarana bilər.

Görünən odur ki, Almaniyanın gələcək əmək bazarında əsas suallardan biri artıq “nə qədər iş yeri olacaq?” deyil, “bu iş yerlərində kim çalışacaq?” olacaq.


Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!