08 Sentyabr 2026 12:00
791
SİYASƏT
A- A+
Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB  

Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB  



Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe – GCE-HSG) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, eləcə də Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsində rolu əsas müzakirə istiqamətlərini təşkil edib.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi nəqliyyat layihələri onu Şimal və Cənub istiqamətlərində mövcud geosiyasi qarşıdurmalar arasında mühüm bağlantı məkanına çevirib. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin fəaliyyəti regionun nəqliyyat və iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu müzakirələrdə həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi regional təşəbbüslərlə xüsusi yer tutur:

Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmid Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan arasında yeni sülh təşəbbüsünün regional əməkdaşlıq üçün yaratdığı imkanlar və bu proseslərin Rusiyanın regiondakı mövqeyinə mümkün təsirləri beynəlxalq ekspert dairələrinin diqqət mərkəzində olduğunu qeyd edib.

İsveçrənin Azərbaycan və Türkmənistandakı Səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin qeyd edib ki, Cənubi Qafqazın coğrafi mövqeyi regionu Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevirir. Azərbaycanın bu prosesdə mühüm rol oynadığını deyən diplomat ölkənin son 30 ildə keçdiyi inkişaf yolunun və regional əlaqələrin genişlənməsinin diqqətəlayiq olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) direktoru, idarəçilik, regional siyasət və sosial-siyasi transformasiya üzrə ekspert Alexander Meienbergerin moderatorluğu ilə keçirilən birinci panel “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” mövzusuna həsr olunub.

Sessiyada Cənubi Qafqazda meydana çıxan yeni geosiyasi reallıqlar, Azərbaycanın regionda artan rolu və xarici siyasət prioritetləri, həmçinin regional təşəbbüslər və müxtəlif güc mərkəzləri arasında formalaşan münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xucla “Azərbaycanın Cənubi Qafqazda dəyişən geosiyasi roluna və Avropa İttifaqının strateji dönüşü”nə dair yanaşmalarını təqdim edib. Onun sözlərinə görə, 2025-ci ilin avqustundan etibarən regionda baş verən proseslər sülhün möhkəmləndiyini və regional inteqrasiyanın irəlilədiyini göstərir. Bu dəyişikliklər Cənubi Qafqazda əvvəlki geosiyasi reallıqların tədricən aradan qalxmasına və yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır. Bu prosesə müxtəlif amillər, o cümlədən Rusiya-Ukrayna müharibəsi təsir göstərib.

Yeni Avrasiya Observatoriyasının (ONE) həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın Asiyaya siyasəti üzrə ekspert Michael Levystone “2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasəti”ndə baş verən dəyişikliklərə nəzər salıb. O, Azərbaycanın regiondakı həlledici roluna diqqət çəkib.

ADA Universitetində Dövlət İdarəçiliyi üzrə dosent, postsovet məkanında dövlət siyasəti, idarəçilik, demokratiya və şəhər inkişafı üzrə mütəxəssis Anar Vəliyev isə “Tarazlıq axtarışında: Cənubi Qafqazda rəqabət aparan regional yanaşmalar fonunda Azərbaycan və qoşulmama siyasəti” mövzusunda analitik təqdimatla çıxış edib.

Konfrans proqramının davamı olaraq, iştirakçıların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahə tədqiqatları aparması, Ermənistanın işğalı dövründə ərazilərdə törədilmiş dağıntılarla və regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olması məqsədilə info-turun keçirilməsi nəzərdə tutulur.

İnfo-tur Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və Laçın ərazilərini əhatə edəcək.


09:57


Sentyabrın 8-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və İsveçrənin St. Gallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda baş verən dəyişikliklər, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, həmçinin Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsindəki rolu müzakirə olunur.

Beynəlxalq konfrans çərçivəsində regionda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar, nəqliyyat-kommunikasiya layihələrinin Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi inkişafına təsiri, eləcə də regional əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılır.

Tədbirdə, həmçinin Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlığın təmin olunması, yeni bağlantı imkanlarının yaradılması və regionun beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası məsələləri diqqət mərkəzində saxlanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!