30 Noyabr 2015 09:11
107
CƏMİYYƏT
A- A+
İlahiyyatçı alimlər dindən öz ambisiyaları üçün sui-istifadə edənləri qınayırlar

İlahiyyatçı alimlər dindən öz ambisiyaları üçün sui-istifadə edənləri qınayırlar

Respublikamızın bir qrup ilahiyyatçı alimi, o cümlədən ilahiyyat elmləri doktoru İlqar İsmayılzadə, Seymur Nəsirov, Samid Quliyev, Tariyel Rəsulov, Abbas Qurbanov, Şahlar Şərifov, Rəşad Məmmədov, Elsevər Səmədov, İlkin Qayıbov və başqaları Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar ölkə dindarlarına müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: “Müxtəlif dinlərin və onlara məxsus məzhəb nümayəndələrinin birgə yaşadıqları Azərbaycanda hökm sürən tolerantlıq mühiti bizlərə qürur verən dəyərlərimizdəndir. Dövlətimiz dini və mədəni müxtəlifliyi qorumaq üçün əlindən gələni edir. Azərbaycan ictimai-siyasi baxımdan dünyanın ən sabit ölkələrindəndir. Hüquqi, dünyəvi, demokratik dövlətdə yaşayan vətəndaşlarımız üçün etiqadlarını ifadə etməyə bütün lazımi şərait yaradılıb.

Təəssüf olsun ki, bunu gözü götürməyən qüvvələr də var. Dünyada baş verən hadisələrə nəzər saldığımız zaman bir çox tədqiqatçılar ictimai-siyasi sabitliyi təhdid edən əsas amillərdən biri kimi dini amili hesab edirlər. Həqiqətən də tarix boyu ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün bir alət kimi dindən də istifadə edilib. Müasir dünyamızda bu amildən məharətlə istifadə edilməsi nəticəsində dini ekstremizm müxtəlif ölkələrdə fəlakətə gətirib çıxarıb.

Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində dini ekstremist qüvvələrə rəğbət bəsləyən, bəzi hallarda onlara qoşulmağa can atanların olması biz ilahiyyatçıları olduqca narahat edir. Bir neçə gün bundan əvvəl Nardaran qəsəbəsində baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarının yaydığı məlumat onu deməyə əsas verir ki, müəyyən qüvvələr ölkəmizi dünyada din adından törədilən cinayətkarlığa sövq etmək istəyirlər. Belə bir vaxtda ölkəmizdə bu hadisələrin baş verməsi və xüsusən də tələfatlarla müşahidə olunması olduqca üzücüdür. Hadisə zamanı xidməti fəaliyyətini yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarına Allahdan rəhmət diləyirik.

Biz, hər cür ekstremizmin, dini radikalizmin, fundamentalizmin və ən əsası başqasını təkfir edən zehniyyətin İslam dininin humanist dəyərləri ilə üst-üstə düşmədiyini, onun ruhuna zidd olduğunu bildiririk. Din pərdəsi altında insanların heysiyyətlərinin istismar edilməsi, bir qrup dindarlarla dövlətin üz-üzə qoyulması cəhdi, dindən siyasi məqsədlər, terror aktlarının törədilməsi kimi istifadə edilməsi yolverilməzdir. Ən əsası məkrli məqsədlərini həyata keçirmək üçün özlərinin qeyd etdiyi kimi, dövlətçiliyimizə hər zaman sədaqətli olmuş mənəviyyatı yüksək, saf, təmiz insanlarımızın yaşadığı Nardaran kimi qəsəbənin seçilməsini təsadüf hesab etmir, ölkəmizdə marağı olan qüvvələrin qəsəbə sakinlərini təxribata çəkmək cəhdi kimi qiymətləndiririk.

Tolerantlığımızla dünya səviyyəsində öyündüyümüz bir zamanda müxtəlif məzhəb mənsubları tərəfindən ortaya atılmış təkfirçi zehniyyətini birmənalı olaraq pisləyirik. Dövlətimizi, Vətənimizi, dolayısilə inancımızı şərəfi ilə qoruyan oğullarımıza qarşı silah istifadə edilməsi birmənalı olaraq dini dəyərlərimizə ziddir. Dövlətimizə qarşı silah qaldırmağı, onun müdafiəsində duranlara qarşı terror törədilməsini dinimizə zidd hesab edirik. Bu düşüncəyə bəraət qazandıranları da şiddətlə qınayır, öz ambisiyalarını kənara qoyub dinimizin buyurduğu kimi Allahın ipindən möhkəm yapışmalarını tövsiyə edirik. Buna yol vermiş şəxslərin öz əməllərinə dini don geyindirmək haqları yoxdur. Bu terroru törədənlər lazımi cəzasını almalıdır.

Bəyan edirik ki, biz - din alimləri dövlətimizi, dövlət-din münasibətlərinin müsbət məcrada inkişafını dəstəkləyir və dövlətimizin, xalqımızın yanında olduğumuzu bildiririk. Dindən xarici qüvvələrin maraqları naminə öz ambisiyaları üçün sui-istifadə edənləri, bu yolda terror törətməyi belə gözə alanları qətiyyətlə qınayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!