01 İyun 2025 08:45
712
İQTİSADİYYAT
A- A+
İKT-nin daha bir yetirməsi - influenser

İKT-nin daha bir yetirməsi - influenser


Sosial media artıq həyatımızın ayrılmaz parçasına çevrilib. Hər gün minlərlə insan "Feysbuk", "İnstaqram", "Yutub", "TikTok" kimi platformalarda öz həyat tərzini və fikirlərini paylaşır. Bəs bu insanlar içində hansı biri digərlərindən fərqlənir? 

Cavab sadədir: influenserlər. Bunlar o şəxslərdir ki, fikirlərinin dinlənilməsindən dolayı izləyicilərinə təsir göstərə bilir, bəzən isə trendlər yaradırlar. Onlar yalnız böyük izləyici kütləsinə sahib olmaqla kifayətlənmir, həm də müxtəlif sahələrdə biznes fəaliyyəti quraraq iqtisadi və sosial təsir göstərirlər. Bu insanlar kimlərdir? Bu qədər gücü haradan alırlar? Və ən əsası: influenserlərin təsiri cəmiyyətə nə verir, nə alır?

İnfluenserlər hər birimizin tanıdığı insanlardır. Bu, aktyor, müğənni, idmançı, yaxud da  fərqli peşə sahibi ola bilər. İnfluenser brendin bir növ siması olaraq, sosial mediada xidmət və ya məhsul haqqında təcrübələrini bölüşür. Bu, izləyiciyə əsasən xidmət və məhsul, onların keyfiyyəti, istifadəsi və qiymətləri ilə bağlı çatdırılır. "İnfluenser" (orijinalda "influencer") sözü ingilis dilindəndir və "təsir edən şəxs", "nüfuz sahibi" mənasını verir. Əslində, bu anlayış əvvəllər də mövcud idi (məsələn, məşhurlar, ictimai xadimlər), amma rəqəmsal dövrdə, xüsusilə də sosial medianın inkişafı ilə bu termin daha konkret forma alıb və geniş yayılıb. 

İnfluenserlik fenomeni və sosial mediada təsir yaratmaq işi ilk dəfə dünyada geniş şəkildə 2000-ci illərin sonları - 2010-cu illərin əvvəllərində ABŞ-də yaranıb.  Böyük influenserlər əsasən "Yutub"dan effektiv istifadə edənlər idi. Bu mənada ilk böyük sosial media influenserlərindən biri kimi Michelle Phan "Yutub"da gözəllik dərsləri verən şəxs kimi yaddaşlarda qaldı. O, 2007-ci ildə "Yutub"a video yükləməyə başlayıb və ilk professional influenserlərdən sayılır. Həmin illərdə PewDiePie, Jenna Marbles kimi şəxslər milyonlarla izləyici toplaya bilmişdilər. Sonrakı zamanlarda "İnstaqram" və "TikTok" kimi vizual məzmunlu platformalarda influenserlik işi daha da genişləndi və peşəkar hala gəldi. Məsələn, Huda Kattan və Chiara Ferragni sosial mediada peşəkar makiyaj və moda influenseri kimi tanındılar. Bəs niyə bu işdə məhz ABŞ öndə oldu? Çünki bütün texnologiya və sosial media şirkətlərinin mərkəzi bu ölkədədir. Üstəlik də, ABŞ-də marketinq və reklam sahəsi çox güclü olduğu üçün sosial media yeni reklam kanalı kimi tez qəbul edildi. 

Qeyd edək ki, influenserlər ən çox moda və gözəllik (geyim, makiyaj, dəriyə qulluq, saç düzümü), yaşam tərzi, yəni gündəlik həyat, səyahət, ailə həyatı, interyer dizaynı kimi mövzularla izləyici qarşısına çıxırlar. Bir çox halda ev dekorasiyası və gündəlik vloqlar paylaşaraq, öz həyat tərzlərini nümayiş etdirən influenserlərlə yemək bişirərək, öz təcrübəsini bölüşən, sağlam qidalanma üzrə paylaşım edən  influenserlər eyni izləyici kütləsinə sahib olurlar. Səyahət etdiyi yerlər barədə foto və videolar, tövsiyələr paylaşan, idman, sağlam həyat tərzi, motivasiya, məşq proqramları  təqdim edən influenserlərin isə öz daimi izləyiciləri var. Texnoloji məhsulları, proqram təminatlarını, mobil tətbiqləri və oyunları təqdim edən, mikro və nano influenserlər çox böyük  izləyici kütləsinə malik olmasalar da,  1000-50000 arası bir auditoriyada güclü təsirə malikdirlər. 

Azərbaycanda bu sahə hələ yenidir, lakin sürətlə böyüyür. Gənclər üçün yeni peşə, sahibkarlar üçün isə yeni reklam vasitəsi olan influenserlik artıq sosial fenomen olmaqla yanaşı,  son 4-5 ildə inkişaf edərək iqtisadi aktora çevrilib. İlk dalğa təxminən 2012-2016-cı illəri əhatə edir. Bu dövrdə əsasən "Feysbuk" və "İnstaqram" istifadəçiləri arasında müəyyən populyarlıq qazanan şəxslər ortaya çıxdı. Onlar çox vaxt moda, gözəllik, həyat tərzi mövzularında paylaşım edən gənc xanımlar və ya satirik, yumoristik məzmunda yazan şəxslər idi. Reklam əməkdaşlıqları bu dövrdə hələ çox məhdud idi. Sonrakı 3 ildə influenserlik artıq marketinq aləti kimi tanınmağa başladı. Brendlər onlarla əməkdaşlıq etməyə maraq göstərdilər. Bu dövrdə "Yutub" bloqçuları və "İnstaqram" kontent yaradıcıları, yəni videoçəkən, şəkil paylaşan, yazı yazanlarla yanaşı, "TikTok" fenomenləri  də meydana çıxdı.

 Hazırda influenserlik artıq peşəyə çevrilib. Bir çox insan sosial media hesabları üzərindən gəlir əldə edir və brendlərlə uzunmüddətli əməkdaşlıqlar qurur. Bu gün həm də etik məsələlər, reklamın düzgün işarələnməsi, saxta izləyici problemi kimi mövzular influenserlərin gündəmindədir. "TikTok"-un yüksəlişi ilə yeni nəsil influenserlər daha gənc, daha dinamik olmaqla, çox zaman  sadə, səmimi, adi danışıq dili və şəxsi üslubu ilə irəli çıxırlar. Ən çox da müğənnilər bu işdə öncül yerləri bölüşürlər. Məsələn, Damla "İnstaqram"da  3 milyona yaxın izləyicisi ilə diqqət çəkir. Xalq artisti Röya Ayxan 2,6 milyon, Vəfa Şərifova isə 1,5 milyon izləyici ilə  2-ci və 3-cü yerləri bölüşürlər. Baxmayaraq ki, Azərbaycanda influenserlərin biznes modeli, cəmiyyətə təsirləri və perspektivləri maraqlı araşdırma mövzusu olaraq önə çıxıb, amma bu peşə hələ tam da normal olmayan bir sahədir. İndiyə kimi qanunvericilik baxımından da reklam və vergi məsələlərində boşluqlar mövcud idi. Lakin bu günlər "Reklam haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, influenserlər də vergiyə cəlb olunacaqlar. Onu da deyək ki, bu adamlara cəmiyyətin yanaşması birmənalı deyil. Bəziləri onları "vaxt itirənlər", digərləri isə "rəqəmsal dövrün iş adamları" kimi görürlər.

Nəticə etibarilə influenserlik bu gün sadəcə trend yox, yeni peşə, yeni təsir gücü, hətta yeni iqtisadi alətdir. Onlar yalnız məhsul tanıdan şəxslər deyil, eyni zamanda cəmiyyətin fikirlərinə təsir edən güclü simalardır. İnfluenserlər həm də cəmiyyətin güzgüsüdür, lakin bu güzgünü necə istifadə edəcəyimiz bizim əlimizdədir. Bir vaxtlar sadəcə hobbi sayılan bu fəaliyyət indi cəmiyyətin formalaşmasına, bazarın davranışına və insanların qərarlarına təsir edən güclü amilə çevrilib. İnfluenserlər gələcəyin təkcə məzmun istehsalçıları yox, həm də düşüncə formalaşdırıcılarıdır. Bu baxımdan onları təkcə izləmək yox, anlamaq zamanıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!