17 Dekabr 2023 10:10
1075
SİYASƏT
A- A+
İkinci Qarabağ müharibəsinin yaddaqalan mənzərələri

İkinci Qarabağ müharibəsinin yaddaqalan mənzərələri

 

Böyük tarixi hadisələr yalnız böyüklüyü ilə deyil, həm də kiçik epizodları ilə yaddaşlarda qalır. Erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsi də bu baxımdan istisna deyil. Müharibə başlayan günlərdə düşmən üzərində qələbə qazanmaq, torpaqlarımızı azad etmək naminə hamı bir nəfər kimi ayağa qalxmışdı. 
Sözün həqiqi mənasında bir yumruq kimi birləşmişdi. Əli silah tuta bilənlər döyüşə yollanır, imkanlı adamlar orduya yardım edir,  ön xətdə vuruşan əsgərlərə sovqat göndərirdi. Kimin nəyə gücü çatırdısa, cəbhəyə yollayırdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı dillərdən düşmürdü. Bütün bu addımlar erməni işğalçıları üzərində qələbə qazanmaq naminə atılırdı. Artıq o günlərdən üç ildən çox vaxt keçib. 

 

Oğullar əsgər gedir...

 

Qarabağ uğrunda döyüşlər başlayan kimi ürəyi Vətən eşqi ilə döyünən, əsgəri xidmətini  başa vurub tərxis olunmuş oğullar ordu sıralarına dönməyə, düşmənlə vuruşmağa  can atırdılar. Bu məqsədlə  onlar qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər idarələrinə, şöbələrinə müraciət edirdilər. Cəsur oğullar bu addımları ilə demək istəyirdilər ki, onlar qorxmadan, çəkinmədən erməni qəsbkarları ilə vuruşmağa hazırdırlar. Vətənin taleyi üçün narahat  olan bu vətənpərvər gənclərin könüllü olaraq döyüşlərə getdiyini görəndə qəlbimizi iftixar hissləri bürüyürdü. Belə cəsur, igid oğulları olan Vətən torpaqları qorxaq ermənilərin işğalında qala bilməzdi. Necə olursa-olsun, ərazilərimiz  işğaldan azad olunmalıydı, düşməndən şəhidlərin intiqamı alınmalıydı.
2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş  Komandanı  İlham Əliyevin  sərəncamı ilə qismən səfərbərlik elan olundu. Torpaqlarımızın azadlığı uğrunda vuruşmaq istəyən oğullar qısa müddət ərzində böyük təntənə ilə ordu sıralarına yola salındı. Vətənin çətin günlərində əsgər gedən bu cəsur, vətənpərvər gənclərimiz döyüşlərdə cəsarətlə, hünərlə vuruşdular. Onlar əməliyyatlar zamanı uzun illərdən bəri ərazilərimizi işğalda saxlayan erməniləri məğlubiyyətə uğratdılar. Bir müddətdən sonra bu cəsur oğullar cəbhə bölgələrindən evlərinə başıuca qələbə müjdəsi ilə döndülər. Xalq bu döyüşçüləri qarşılayarkən bir ağızdan "Qələbən mübarək, Azərbaycan əsgəri!" dedi.

 

Yavaş-yavaş Qarabağın havasını hiss edirdik...

 

Qarabağ uğrunda döyüşlər getdikcə, illər uzunu işğalda qalmış torpaqlarımız ermənilərdən azad edildikcə qələbəyə olan ümidimiz artırdı, inamımız ürəyimizdən bir az da boy verirdi. Müharibənin ilk həftələrindən Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Füzuli rayonunun yaşayış məntəqələrinin, Tərtər rayonunun Talış, Suqovuşan kəndlərinin, Murov zirvəsinin, başqa kənd və yüksəkliklərin düşməndən azad edilməsindən sonra Qarabağımızın təmiz, saf havasını hiss etməyə başladıq. Azərbaycan Ordusunun  zabit və əsgərləri böyük hünərlə, yenilməz qəhrəmanlıqla, yalnız qələbə naminə düşmən üzərinə atıldılar. Ordumuzun hissələri hər gün bir-birindən uğurlu əməliyyatlar həyata keçirdilər, Qarabağın azadlığı uğrunda ölüm qorxusu bilmədən cəsarətlə vuruşdular. Düşmənin mövqelərinə, zirehli texnikalarına, canlı qüvvələrinə dəqiq və sarsıdıcı zərbələr endirdilər. Yağılar nə qədər cəhd göstərsələr də, ehtiyat qüvvələrini döyüşə yönəltsələr də, cəsur döyüşçülərimizin qarşısında dayana bilməyib mövqelərini qoyub qaçdılar.  Əminik ki, bu qaçışın, bu çöküşün bir daha dönüşü olmayacaq.
Azərbaycan Ordusunun zabit və əsgərləri torpaqlarımızın azadlığı uğrunda son damla qanlarınadək döyüşdülər! Cəsarətləri ilə qəhrəmanlıq tariximizdə pozulmayan izlər qoydular! Həmin günlər tariximizin səhifələrinə şərəf və iftixar dolu sözlərlə yazıldı. Şanlı ordumuz oktyabr və noyabr aylarında bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonlarını, bir sıra yaşayış məntəqələrini, Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Noyabrın 10-da qüvvəsi tükənən düşmən məğlubiyyət aktına imza ataraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz qaytaracağı barədə öhdəlik götürdü. 28 illik işğaldan sonra ermənilər noyabrın 20-də Ağdamdan, noyabrın 25-də Kəlbəcərdən, dekabrın 1-də isə Laçından çıxdılar. Qəsbkarlar bu yerlərdən çıxmazdan əvvəl meşələri, evləri, mağaza və məktəbləri yandırdılar. Ağacları vəhşicəsinə doğrayıb maşınlara yükləyib apardılar. Dilsiz-ağızsız heyvanları barbarcasına kəsib-doğradılar. Ermənilər bu hərəkətləri ilə bir daha işğalçı, vəhşi olduqlarını bütün dünyaya göstərdilər. Hansı şərəfsizliklərə əl atsalar da, nə qələt etsələr də, axır ki, torpaqlarımızdan rədd olub getdilər. 

 

Azərbaycan əsgərinin addım səsləri

 

İllərdən bəri gün-gün, həftə-həftə, ay-ay ordumuzun həm qələbə ilə başa çatacaq uğurlu döyüşlərini, həm də erməni işğalçılarının  hansı şəraitdə məhv ediləcəyini görmək arzusu ilə yaşayırdıq. Şükürlər olsun ki, nəhayət, 28 ildən sonra həmin günü, həmin anı görmək bizə nəsib oldu. Həyəcan və narahatlıqlarla dolu olan həmin çağlarda biz bəlkə də ömrümüzün ən çətin və şərəfli günlərini yaşadıq. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan Ordusu bütün cəbhəboyu erməni qəsbkarlarının mövqelərini sərrast atəş zərbələri ilə darmadağın etdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğaldan azad olundu. Yağılar şanlı ordumuzun  qarşısında dayana bilməyərək məhv olacaqlarından qorxub geri çəkildilər. İşğalçıların müqaviməti qısa müddət ərzində qırıldı. İyirmi səkkiz il qəsbdə qalan torpaqlarımızda Azərbaycan əsgərinin addım səsləri eşidildi. Bu addım səslərindən torpaq da sevindi, əsgər də, uzun illər doğma ocaqlarına həsrət qalmış insanlar da! Addımların mübarək, Azərbaycan əsgəri!
Qələbə ilə başa çatan əməliyyatlarda ordumuzun hissələri döyüş meydanlarında düşmənin yüzlərlə canlı qüvvəsini məhv etdi, onlarca hərbi texnikasının külünü göyə sovurdu. Ordumuzun cəsur zabit və əsgərləri Qarabağ uğrunda gedən döyüşlərdə yağılara sarsıdıcı zərbələr vurdu. Düşmən uzun illərdən bəri dayandığı və möhkəmləndiyi mövqeləri geridə qoyub gəldiyi məkana - Ermənistana qaçdı. Uğurlu döyüşlər addım-addım bizi qələbəyə yaxınlaşdırdı. Erməni qəsbkarlarının döyüş texnikaları, silah-sursat anbarları hərbçilərimizin dəqiq atəş zərbələri ilə məhv edildi.
Qarabağ uğrunda gedən döyüşlərdə ordumuzun qazandığı uğurları eşitdikcə ürəyimiz açılır, üzümüz gülür, qəlbimiz fərəhlə dolurdu. Bütün cəbhəboyu davam edən əməliyyatlarda zəfərlər qazanan Azərbaycan Ordusunun, onun sıralarında xidmət edən zabit və əsgərlərin cəmiyyətdə hörməti, nüfuzu getdikcə artırdı. Dəqiq atəş zərbələri ilə işğalçıları məhv edən ordusundan xalqımız yalnız və yalnız qələbə müjdələri eşidirdi. Azərbaycan Ordusu 44 gün ərzində iyirmi səkkiz il erməni işğalçılarının, erməni terrorçularının, erməni vandalizminin məskəni olan ərazilərimizi işğaldan azad etdi. İndi bu müqəddəs torpaqlardan qüdrətli Azərbaycan əsgərinin gur səsi gəlir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!