18 Aprel 2025 08:45
669
Mədəniyyət
A- A+
İki minillik məbəd

İki minillik məbəd


Azərbaycanın hər qarışı tarixdir. Hara getsən, hansı tərəfə üz tutsan, bu tarixi yaşadan, onu əvəzsiz bir miras, qiymətsiz xəzinə kimi bu günəcən qoruyub saxlayan abidələrlə rastlaşırsan. Şəki də tariximizi yaşadan bölgələrimizdəndir...

Ölkəmizin şimal-qərbində yerləşən Şəki şəhərinin tarixi kökləri eramızdan əvvəl IV əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanır. Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, mükəmməl sənət inciləri, zəngin tarixi-mədəni irsiylə Şəki bu gün ölkəmizə gələn qonaqların ilk ayaq basdığı bölgələrimizdəndir. Şəkiyə gələn xarici turistlər, həmvətənlərimiz Xan sarayını, Dairəvi Məbədi, Karvansarayı, Qala Divarlarını və Xan bağını gəzdikdən sonra mütləq Kiş kəndində Alban məbədini də ziyarət edirlər.

Biz də elə etdik. Beləliklə, yolumuz Kiş kəndinədir...


Məbəd içərisində məbəd


Şəkinin şimal-qərbində, təxminən 5 kilometrlik məsafədə yerləşən Kiş kəndi şəhərin ən qədim kəndlərindən sayılır. Kəndin 15 məhəlləsi var.  Bu məhəllələrin adları da kəndin tarixi keçmişi ilə bağlıdır. Burada Duluzlar, Tatar uşağı, Gavan, Bədələr, Cour, Salay uşağı kimi məhəllələr var. Məhz bu məhəllələrin birində, Maaflar məhəlləsində Kiş Alban məbədi yerləşir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir və ən hündür nöqtələrindən birində yerləşir. Bu günə qədər yaxşı qorunub saxlanılan abidənin restavrasiyasına 2001-ci ildən başlanılıb. 

Bu məkan yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim Alban məbədi sayılır. Eramızdan əvvəl yerli əhali səma cisimlərinə sitayiş edirdi. Tarixi mənbələrə görə,  abidə eramızın I əsrində Müqəddəs Yelisey adlı missionerlərdən birinin xristianlığı yaymaq məqsədilə Qafqaza gəlişi zamanı tikilib. O, İsa peyğəmbərin 12 həvarisindən biri olan Faddeyin şagirdi olub. Faddeyin ölümündən sonra Müqəddəs Yelisey İsanın din qardaşı Yakovun göstərişi ilə Kiş ərazisinə gələrək Ay məbədinin özülü üzərində xristianlığı qəbul edənlər üçün ibadətgah yeri - Kiş məbədini qurub. Buna görə onu "məbəd içərisində məbəd" də adlandırırlar.


Misir ehramları da bu cür bünövrə üzərində qurulub


Kilsənin tikilişi erkən Orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir və mehrabı 80 santimetrə qədərdir. Məbədin divarlarında hər hansı boyadan, rəsmdən istifadə olunmayıb. 

Kiş məbədinin bələdçisi Gülnaz Maqsudova bildirdi ki, hələ 1981-ci ildə aparılan arxeoloji qazıntı zamanı  abidənin bünövrəsinin düz yox, kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğu sübut edilib: "Maraqlıdır ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulub. Kiş məbədində əsas arxeoloji qazıntılar 2000-ci ildə aparılıb. Qazıntı zamanı məbədin aşağı hissəsinin arxeoloji qatlarından əldə edilən məlumatlar abidəni nəzəri və praktiki şəkildə bərpa etməyə imkan verib. Aydın olub ki, məbədin binası ehtimal olunduğundan da əvvəl tikilib". Bələdçinin sözlərinə görə, bu qazıntılar eramızdan əvvəl 3500-cü illərdə Qafqazda yaranmış Kür-Araz mədəniyyəti kimi tanınan erkən Tunc dövrü mədəniyyətinin mövcudluğunu da təsdiqləyib: "Məlumdur ki, bu mədəniyyət Suriyaya, İsrailə, Fələstinə,  hətta Misirə  qədər yayılıb. Məbəd təsadüfən bu yerdə tikilməyib. Hələ xristianlığın yaranmasından 3000 il əvvəl - indiki dövrdən 5000 il əvvəl bu məkanın sitayiş edilən müqəddəs yer olduğu güman edilir". 

O bildirdi ki, abidənin günümüzə qədər qorunub saxlanmasının ən böyük səbəbi müsəlman əhali tərəfindən də kilsənin müqəddəs ziyarətgah kimi qəbul edilməsidir: "Belə ki, məbədin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bu, nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi ilə izah edilir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən, övladı olmayan insanlar uzun illər bura gələrək məbədin ətrafında 3 dəfə dövrə vurub, kilsənin içəri divarına qəpik yapışıdırıblar. Qəpik divarda qalarsa, bu, həmin insanın niyyətinə çatacağı anlamına gəlir. Yerli əhalidən, xüsusən yaşlı nəsildən bu inancı davam etdirənlər az da olsa, hələ də var. Hətta kilsənin həyətində üzərində yastı çay daşı olan qəbir də inanc yeri kimi ziyarət edilib. Xəstə uşaqları olan valideynlər onları bura gətirib  bu daşın üzərinə qoyublar. Sanki bununla uşaqlarını məbədə bəxş ediblər".


Ermənilər tərəfindən təhriflərə məruz qalıb


2000-ci illərdə Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən həyata keçirilmiş "Kiş" layihəsi əsasında kilsə memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilmiş, restavrasiya və muzeyifikasiya işləri həyata keçirilmiş, əsas inşaat mərhələləri müəyyən edilmişdir. Dörd mərhələdə həyata keçirilən layihənin 2003-cü ildə muzey kimi açılışı olub.

Layihənin ilkin mərhələsi məbədin arxeoloji cəhətdən öyrənilməsinə həsr olunub. Arxeoloji qazıntı zamanı götürülən analizlər onu göstərir ki, məbədin tarixində 3 əsas inşaat mərhələsi mövcud olub. Birinci mərhələdə abidə düzbucaqlı plana malik tağdan örtüklü zal şəklində qurulub. İkinci mərhələdə onun altar absidası, sonra isə günbəzi əlavə olunub. Bu, tarixdə ilk zal tipli günbəz hesab edilir. Qazıntılar zamanı çoxlu sayda qəbir nümünələri, abidənin əsrlər boyu  mədəni mərkəz olduğunu göstərən keramik qalıqlar, tunc bəzək əşyaları üzə çıxıb. Məbədin mehrabında qurbanlıq heyvanların qəbirləri aşkar edilib. Arxeoloji qazıntılar zamanı, habelə Tunc dövründən başlayaraq, son Orta əsrlərə qədər qəbirlər aşkarlanıb. Məbədin giriş qapısının önündə isə içində insan sümüklərinin qalıqları olan sərdabə tapılıb.

Bələdçi onu da qeyd etdi ki, arxeoloji qazıntılar zamanı tapılan insan skeletləri qədim albanların çox ucaboylu olduğunu göstərir. Qəbirlərə əsasən demək olar ki, insanların boyu 2 metr və daha çox olub. Məbədin içərisində yerləşən dərinliyi 4 metr, eni 3 metr olan katakomba tipli sərdabənin içərisində 10 nəfərdən çox insanın dəfn edildiyi bildirilir. Tədqiqatlar bitdikdən sonra 6 qəbrin üzərinə şüşə örtük çəkilib. Buna görə də muzeyə gələn turistlər qəbirlərin içərisini görə bilirlər. Kilsənin həyətində sənduqə qəbir yerləşir. Bu qəbri Şəkinin Böyük Dəhnə kəndinin sakini tapıb və yerli arxeologiya qrupu tərəfindən çıxarılaraq Kiş məbədinə gətirilib. Sənduqə qəbirlər Albaniyada xristianlıq rəsmən qəbul olunandan sonra nüfuzlu xristian ailələr üçün hazırlanmış qəbir növüdür.

Gülnaz Maqsudova onu da xüsusilə vurğuladı ki, 2001-ci ildən başlanan bərpa işləri zamanı məbədə XIX əsrdə edilmiş saxta əlavələr də təmizlənib və öz ilkin arxitekturasına qaytarılıb. Belə ki, abidə XIX əsrin ortalarında ermənilər tərəfindən müəyyən təhriflərə, saxta əlavələrə məruz qalmışdı. Təxminən 1836-cı ildə I Nikolayın əmri ilə Azərbaycanda olan alban kilsələrinin yepiskopluğu ləğv edilərək, erməni qriqorian kilsəsinə tabe edilmişdi. Bundan istifadə edən ermənilər dua etmək adı ilə məbədə gələrək burada saxta bərpa işləri aparıblar. Bərpa zamanı bu müdaxilələr aşkarlanaraq əvvəlki vəziyyətinə qaytarılıb. 2003-cü ildə bərpa işləri tamamilə başa çatdırılıb.

Məbədin həyətində şüşə altında digər kəndlərdə olan Kiş məbədlərinin maketləri, məbədin müxtəlif inkişaf mərhələrində necə göründüyü ilə bağlı təsvirlər sərgilənir. Məbədin içərisində həm məbədin özündən, həm də arxeoloji qazıntılar zamanı kəndin digər məhəlləsindən tapılan eradan öncə IV əsrə aid nekropol qalıqları, qab nümunələri, ölkəmizin digər ərazilərindən çıxan bir çox eksponat da təqdim edilir. Muzeyi ziyarət edən qonaqlar burada Albaniyada ticarət dövriyyəsi zamanı istifadə edilən makedoniyalı İsgəndərin dövrünə məxsus kəsilmiş metal pullarla tanış olurlar. 

Eksponatlar arasında qadınların istifadə etdikləri qolbaq, üzük, sırğa kimi müxtəlif metallardan və daşlardan bəzək əşyaları, gözmuncuğuna bənzəyən mavi muncuqlar var. Albanlarda mavi muncuqların qoruyuculuğuna inanc olub.

Kiş məbədinə baş çəkən ziyarətçilər məbəd vasitəsilə Qafqaz Albaniyasının, qədim Azərbaycanın tarixi ilə yaxından tanış olmaq imkanı qazanırlar. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!