21 İyul 2025 13:11
494
SİYASƏT
A- A+
III Şuşa Qlobal Media Forumunda media savadlılığı müzakirə edilib VİDEO  

III Şuşa Qlobal Media Forumunda media savadlılığı müzakirə edilib VİDEO  

İyulun 21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudorun moderatorluğu ilə keçirilən paneldə “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” mövzusu müzakirə olunub.

“TRT World” telekanalının müxbiri Jaffar Hasnain deyib ki, media savadlılığı yalnız informasiyanı qəbul etmək deyil, eyni zamanda, onu qiymətləndirmək, mənbəsini araşdırmaq və etibarlılığını müəyyən etmək bacarığıdır. “Bunun üçün hər birimiz müxtəlif və mötəbər mənbələrə əsaslanmağı öyrənməliyik. Təəssüf ki, bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir. Bunun fəsadlarını dəfələrlə görmüşük. Yanlış xəbərlər cəmiyyət arasında çaşqınlıq yaradır, ictimai rəyi manipulyasiya edir və hətta sosial qarşıdurmalara səbəb ola bilir. Bu halların qarşısını almağın yeganə yolu maariflənməkdir. Özümüzü və ətrafımızdakıları düzgün informasiya ilə təmin etmək, sosial mediadan şüurlu istifadə, hər paylaşımı yoxlamadan qəbul etməmək artıq zərurətə çevrilib”, - deyə Jaffar Hasnain bildirib.

Afrika İttifaqı İnkişaf Agentliyinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane vurğulayıb ki, media savadlılığı, ilk növbədə, dövlət və özəl sektor rəhbərlərinin daşımalı olduğu məsuliyyətdir. Çünki informasiya siyasətinə təsir edən qərarlar təkcə fərdləri deyil, bütöv cəmiyyətləri formalaşdırır. Eyni zamanda, hər bir fərd bu savadlılığı qazanmalı və gündəlik həyatında tətbiq etməlidir.


“Media savadlılığı cəmiyyətə tənqidi düşünmə bacarığı qazandırır. İnsanlar eşitdiklərini və oxuduqlarını dərhal qəbul etməməli, onun doğruluğunu dəyərləndirməyi öyrənməlidirlər. Biz isə bu imkanların yaradılması üçün çalışmalıyıq. Bunun üçün isə, ilk növbədə, medianın müxtəlif sahələrə, siyasətə, iqtisadiyyata, təhsilə və gündəlik həyata olan təsirini dərk etməliyik. Media, sadəcə, informasiya ötürən vasitə deyil, həm də ictimai rəyin formalaşmasında aparıcı rola malikdir. Cəmiyyətin sağlam informasiya mühiti ilə təmin olunması üçün maarifləndirmə işləri gücləndirilməli və media savadlılığı bütün təbəqələrə aşılanmalıdır”, - deyə Ziphora Maubane əlavə edib.

Çin Media Qrupunun Avrasiya Bürosunun baş redaktorunun birinci müavini Vanq Delu öz çıxışında Prezident İlham Əliyevin fəaliyyətində səmərəlilik və strateji yanaşmanın olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti iki gün əvvəl jurnalistlərlə görüşü zamanı çox aktual suallara cavab verib. Qırx dörd günlük müharibədə qazanılan Zəfərdən sonra Qarabağın inkişafı üçün yeni bir yol açıldığını vurğulayan Vanq Delu azad edilən torpaqların nə dərəcədə bərpa olunduğunu burada keçirilən tədbirlər zamanı açıq şəkildə görüldüyünü diqqətə çatdırıb. O, ən son texnoloji fikirləri bölüşməyin önəmini, həmçinin media nümayəndələri ilə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva isə XXI əsrdə media savadlılığının ən az oxuma-yazma qədər vacib bacarıq olduğunu deyib: “Bu, iki əsas məqamı əhatə edir: birincisi, şərh vermə və mühakimə yürütmə qabiliyyətinin inkişafı; ikincisi isə tolerant yanaşma tərzidir. Əgər bu sahələrə diqqət yetirilsə, cəmiyyətdə daha sağlam və məhsuldar müzakirələrin şahidi ola bilərik”, - deyə Ş.Mehrəliyeva əlavə edib.

O qeyd edib ki, media tənqidi yanaşmaya önəm verməzsə, bu, daha çox istehzalı və qeyri-ciddi münasibətin formalaşmasına səbəb ola bilər. “İnsanlar adətən əldə etdikləri məhdud məlumatlara əsaslanaraq mediaya qarşı tənqidi mövqe sərgiləyirlər. Buna görə də jurnalistlər təqdim etdikləri məlumatları sorğulamalı, təhlil etməli və cəmiyyətə düzgün şəkildə çatdırmalıdırlar. Əks halda bu, xüsusilə gənclər arasında psixoloji gərginlik və sosial etimadsızlıq kimi problemlərə yol aça bilər”, - deyə Şəfəq Mehrəliyeva əlavə edib. O, medianın əsas vəzifələrindən birinin cəmiyyətdə tənqidi təfəkkürü aşılamaq olduğunu vurğulayaraq, məlumatların düzgün təhlil edilməməsinin yaratdığı problemlərə diqqət çəkib.

Panel işini müzakirələrlə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!